Bakı
0° C
Şuşa
0° C

Rusiyadan yolların açılması üçün Ermənistana 5 milyardlıq TƏKLİF

Ətraflı

Bərdədə erməni raketi ilə dağıdılmış ev “indi vurulmuş hayk evi” nə döndü…-FOTOLAR

Ətraflı

Ordumuzun azad etdiyi strateji əhəmiyyətli yüksəkliklər – ADLAR

Ətraflı

Ordumuzun erməni təxribatına cavabının yeni görüntüləri – VİDEO

Ətraflı

Vətəndaşlar hansı qurumlardan daha çox şikayətçidir? – RƏSMİ

“2015-ci ildə hüquq-mühafizə, o cümlədən polis orqanlarının fəaliyyəti ilə əlaqədar ərizə və şikayətlərin sayı əvvəlki ilə nisbətən azalıb. Lakin Binəqədi, Xətai, Xəzər, Nizami, Səbail rayonlarının, Lənkəran, Sumqayıt, Gəncə, Biləsuvar, Goranboy, Tovuz, digər şəhər və rayonların polis orqanlarının fəaliyyəti barədə ərizə və şikayətlərin sayı nisbətən çox olub”.

Bunu Azərbaycan Prezidenti Administrasiyasının (PA) Sənədlərlə və Vətəndaşların Müraciətləri ilə İş Şöbəsinin müdiri Süleyman İsmayılov “Azərbaycan Prezidenti vətəndaşların müraciətlərinə daimi diqqət və qayğını prioritet məsələ hesab edir” başlıqlı təhlili materialında bildirib.

 PA rəsmisi deyib ki, prokurorluq orqanlarının fəaliyyəti ilə əlaqədar ərizə və şikayətlərin sayı əvvəlki ilə nisbətən 6,4 faiz azalsa da, Qaradağ, Nərimanov, Sabunçu, Suraxanı, Yasamal rayonlarının, Şirvan, Astara, Goranboy, Qazax, Quba, Sabirabad, Salyan, digər şəhər və rayonların prokurorluqlarının fəaliyyəti barədə müraciətlər daha çox olub: “Bilavasitə məhkəmə orqanlarının və hakimlərin fəaliyyəti ilə bağlı ərizə və şikayətlərin təhlili göstərir ki, ayrı-ayrı şəhər və rayon məhkəmələrinin fəaliyyətindən narazılıq bildirən müraciətlər də az deyil. Bu baxımdan Nəsimi, Nizami, Suraxanı rayonlarının, Şirvan, Abşeron, Gədəbəy, Xaçmaz, İmişli, Kəpəz, Nizami (Gəncə), Tərtər, Zərdab, digər şəhər və rayonların məhkəmələrinin fəaliyyəti barədə müraciətlər nisbətən yüksək olub”.

 S.İsmayılovun sözlərinə görə, vətəndaşlar hüquq-mühafizə orqanlarını asayişin, təhlükəsizliyin, sabitliyin, həmçinin, onların Konstitusiya hüquqlarının qoruyucusu, xüsusilə məhkəmə orqanlarını haqqın, ədalətin təminatçısı kimi tanıyır və öz hüquqlarını qanun müstəvisində qorumaq üçün bu orqanların özünə və onlardan yuxarı instansiyalara, xüsusilə bütün hüquq və azadlıqlarının qarantı saydıqları ölkə Prezidentinə müraciət edirlər: “Son illərdə bu orqanların hüquqları və səlahiyyətləri artırılıb, maddi və digər təminatları xeyli yaxşılaşdırılıb, onlar üçün ən yüksək səviyyəli iş şəraiti yaradılıb. Eyni zamanda, onlara qarşı tələbkarlıq da artırılıb”.

 S.İsmayılov qeyd edir ki, Prezident Administrasiyasına daxil olan müraciətlər arasında bilavasitə Azərbaycan dövlətini, ölkə Prezidentini yerlərdə təmsil edən, hər an vətəndaşlarla, sıravi insanlarla təmasda olan yerli icra hakimiyyəti orqanlarının, həmçinin, xalqın seçkili orqanları olan bələdiyyələrin fəaliyyəti ilə əlaqədar daxil olan müraciətlər həmişə diqqət mərkəzində saxlanılır: “Şəhər və rayon icra hakimiyyəti başçılarının aparatlarının və inzibati ərazi dairələri üzrə nümayəndələrinin fəaliyyəti haqqında Bakı şəhəri və onun bəzi rayonlarından, Şəki, Ağsu, Astara, Beyləqan, Bərdə, Cəlilabad, İmişli, Qazax, Şamaxı, Şəmkir, digər şəhər və rayonlardan daha çox müraciət daxil olub

Bu mövzuda ən az müraciət isə Naxçıvan, Pirallahı, Ağstafa, Cəbrayıl, Culfa, Xocalı, Qax, Oğuz, Sədərək, Şahbuz, Şuşa, Ucar, digər şəhər və rayonlardan daxil olub”.

No Comments »

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Xəbər lenti

• 20.09.2022, 10:53

Kosmik teleskopdan möhtəşəm görüntü – FOTO

• 20.09.2022, 9:58

MN: “Laçında 100 mina zərərsizləşdirilib” – FOTOLAR

• 20.09.2022, 9:56

Blinkendən Əliyevə gecə zəngi – ABŞ Ermənistanı intihara sürükləyir

• 20.09.2022, 9:02

“Əsrin müqaviləsi”nin imzalanmasından 28 il ötür

• 20.09.2022, 8:48

Azərbaycanın üç stolüstü tennisçisi erməni rəqiblərinə qalib gəlib

• 20.09.2022, 8:41

Ceyhun Bayramov üçtərəfli görüşdə Azərbaycanın mövqeyini AÇIQLADI

• 20.09.2022, 8:39

Blinken, Bayramov və Mirzoyan arasında görüş keçirilib

• 20.09.2022, 8:38

“İlham Əliyev və Paşinyan sülhə hazır olduqlarını bildirdilər” – Blinken

• 20.09.2022, 8:37

Rusiyadan yolların açılması üçün Ermənistana 5 milyardlıq TƏKLİF

• 16.09.2022, 9:28

KTMT Paşinyana “yox ”dedi – sərhəddə təxribatların davam etməsinin səbəbi nə?

• 16.09.2022, 9:25

“Qarabağ”ın qrupdakı ilk qələbəsindən şəkillər

• 16.09.2022, 9:24

“Qarabağ” Prezidentə təşəkkür etdi – Şəkil

• 16.09.2022, 9:23

“Bu qələbə Qarabağ adına, Azərbaycan adına yaraşır” – Qara Qarayev

• 16.09.2022, 9:22

“Avroliqada pley-off mərhələsinə yüksəlmək istəyirik” – Qurban Qurbanov

• 16.09.2022, 9:21

Bərdədə erməni raketi ilə dağıdılmış ev “indi vurulmuş hayk evi” nə döndü…-FOTOLAR

• 15.09.2022, 17:10

Ordumuzun azad etdiyi strateji əhəmiyyətli yüksəkliklər – ADLAR

• 15.09.2022, 14:16

Azərbaycan icması Ermənistanın sərhəd təxribatı ilə bağlı Fransa hökumətinə müraciət ünvanlayıb

• 15.09.2022, 14:09

Ermənistan hökümətinin iclası təxirə salındı

• 15.09.2022, 14:05

Ordumuzun erməni təxribatına cavabının yeni görüntüləri – VİDEO

• 15.09.2022, 14:04

Daha 21 şəhidimizin adı açıqlandı – YENİ SİYAHI

• 15.09.2022, 13:15

Azərbaycan qalib tərəfdir və sülhün tərəfindədir – MÜSAHİBƏ

• 15.09.2022, 13:14

Ötən gün ermənilərə dəstək verən ukraynalı müğənninin Bakıdakı konserti LƏĞV EDİLDİ

• 15.09.2022, 13:11

Bakı mantaşovların, şaumyanların şəhərinə necə dönmüşdü? – 15 sentyabr qurtuluşu…

• 15.09.2022, 13:10

Ermənistan parlamentində dava düşdü – VİDEO

• 15.09.2022, 13:07

KTMT ölkələrindən Ermənistana RƏDD CAVABI

sorğu

İşğal olunmuş torpaqlarımızın azad olunacağına inanırsız?

ən çox oxunanlar

Fevral 2016
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
29