Ermənistanda iri şirkətlər hər ay bir neçə min adamı işdən qovur
Ermənistanda iri şirkətlər kütləvi ixtisarlara başlayıb.
Virtualaz.org ARKA agentliyinə istinadən xəbər verir ki, hər ay şirkətlərdən bir neçə min adam işdən çıxarılır. Maliyyə və iqtisadiyyat nazirliklərindəki mənbələr məlumatı təsdiqləyərək deyiblər ki, iri şirkətlər ağır iqtisadi situasiya qarşısında kütləvi ixtisarlara gedərək xərcləri azaltmağa çalışırlar.
Son aylarda nə qədər adamın işdən çıxarıldığına dair dəqiq statistika açıqlanmasa da Maliyyə Nazirliyinin apardığı monitorinq ölkədə qeydiyyatdan keçmiş 520 şirkətin əməkdaşlarının son bir ildə 3600 nəfər azaldığını təsdiq edib.