Bakı
0° C
Şuşa
0° C

Rusiyadan yolların açılması üçün Ermənistana 5 milyardlıq TƏKLİF

Ətraflı

Bərdədə erməni raketi ilə dağıdılmış ev “indi vurulmuş hayk evi” nə döndü…-FOTOLAR

Ətraflı

Ordumuzun azad etdiyi strateji əhəmiyyətli yüksəkliklər – ADLAR

Ətraflı

Ordumuzun erməni təxribatına cavabının yeni görüntüləri – VİDEO

Ətraflı

Azərkosmos: Azərbaycanda peykin idarə edilməsinə yalnız yerli kadrlar cəlb olunub (FOTO)

Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin “Azərkosmos” Açıq Səhmdar Cəmiyyəti peyk resurslarının idarə edilməsi üzrə kadr və texniki mütəxəssislərin hazırlanması ilə bağlı ciddi işlər görüb. Bunu Trend-ə “Azərkosmos” ASC-nin Peyk əməliyyatları qrupunun rəhbəri Dunay Bədirxanov deyib.

Onun sözlərinə görə, əsas diqqət yerli kadr potensialına yönləndirilib və birinci telekommunikasiya peykinin orbitə buraxılmasından və idarəetmə mərkəzlərinin işə salınmasından sonra ASC-nin mütəxəssisləri “Measat Satellite Systems” və “Orbital Sciences Corporation” şirkətlərində staj keçiblər: “Hazırda peykin idarə edilməsi yalnız yerli kadrlar hesabına həyata keçirilir. Bununla yanaşı, əməkdaşlarımızın kadr potensialının artırılması işinə əcnəbi mütəxəssisləri cəlb edirik”.

D.Bədirxanov qeyd edib ki, peykin idarə edilməsi sistemi fasiləsiz olaraq, həftədə 7 gün, sutkada 24 saat işləyir. ASC-nin mütəxəssisləri təyin edilmiş orbital mövqedən yayınmaması üçün peykin iş vəziyyətinə nəzarət edirlər və lazım olanda peykə komandalar göndərir, konfiqurasiyada və peykdə quraşdırılmış telekommunikasiya avadanlığının istifadəsində müvafiq dəyişikliklər edirlər.

O, əlavə edib ki, hazırda ASC qarşısında dayanan vacib vəzifələrdən biri “Azerspace-2” telekommunikasiya peykinin orbitə buraxılmasıdır. Onun istehalçısı qismində Kanadanın MDA korporasiyasının törəmə şirkəti “Space Systems Loral” (SSL) çıxış edir. Şirkətlə 2015-ci ilin oktyabrında müqavilə imzalanıb. Bu şirkət peyk idarəetmə sistemlərinin tədarükçüsü qismində də çıxış edir.

Qrup rəhbəri diqqətə çatdırıb ki, “Azerspace-2” peykinin orbitə buraxılması 2017-ci ilə planlaşdırılıb: “Peyk 45 dərəcə şərq uzunluğu orbital mövqedə yerləşdiriləcək. “Azerspace-2” Fransanın “Arianespace” şirkətinin “Arian-5” raket daşıyıcısı ilə Kuru aerodromundan orbitə buraxılacaq. Onun xidmət zonasına Avropa, Mərkəzi və Cənubi Asiya, Yaxın Şərq və Afrika ölkələri daxil olacaq”.

D.Bədirxanov deyib ki, Peyk idarəetmə mərkəzində “Azersky” aşağıorbitli peykin idarə edilməsi üzrə texniki qrup da işləyir: “Qrup missiyaların planlaşdırılması və peykdən alınan şəkillərin işlənməsi ilə məşğul olur. Azersky-ın resursları rəqəmsal xəritələrin modelləşdirilməsi, nəqliyyat infrastrukturuna nəzarət, ekoloji monitorinq, şəhərsalma, əkinlərin monitorinqi, çirklənmənin qiymətləndirilməsi, təhlükəsizlik, hərbi məqsədlər və s. üçün lazımdır. Azərbaycanın “Azersky” peykinin idarəetməsini əldə etməsi üzrə müqavilə 2014-cü ildə Azərbaycan və Fransa arasında strateji tərəfdaşlıq çərçivəsində imzalanıb ki, bu da ASC-yə Yerin məsafədən zondlaşdırılması üzrə kommersiya xidmətlərini göstərməyə başlamaq hüququ verdi”.

No Comments »

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Xəbər lenti

• 20.09.2022, 10:53

Kosmik teleskopdan möhtəşəm görüntü – FOTO

• 20.09.2022, 9:58

MN: “Laçında 100 mina zərərsizləşdirilib” – FOTOLAR

• 20.09.2022, 9:56

Blinkendən Əliyevə gecə zəngi – ABŞ Ermənistanı intihara sürükləyir

• 20.09.2022, 9:02

“Əsrin müqaviləsi”nin imzalanmasından 28 il ötür

• 20.09.2022, 8:48

Azərbaycanın üç stolüstü tennisçisi erməni rəqiblərinə qalib gəlib

• 20.09.2022, 8:41

Ceyhun Bayramov üçtərəfli görüşdə Azərbaycanın mövqeyini AÇIQLADI

• 20.09.2022, 8:39

Blinken, Bayramov və Mirzoyan arasında görüş keçirilib

• 20.09.2022, 8:38

“İlham Əliyev və Paşinyan sülhə hazır olduqlarını bildirdilər” – Blinken

• 20.09.2022, 8:37

Rusiyadan yolların açılması üçün Ermənistana 5 milyardlıq TƏKLİF

• 16.09.2022, 9:28

KTMT Paşinyana “yox ”dedi – sərhəddə təxribatların davam etməsinin səbəbi nə?

• 16.09.2022, 9:25

“Qarabağ”ın qrupdakı ilk qələbəsindən şəkillər

• 16.09.2022, 9:24

“Qarabağ” Prezidentə təşəkkür etdi – Şəkil

• 16.09.2022, 9:23

“Bu qələbə Qarabağ adına, Azərbaycan adına yaraşır” – Qara Qarayev

• 16.09.2022, 9:22

“Avroliqada pley-off mərhələsinə yüksəlmək istəyirik” – Qurban Qurbanov

• 16.09.2022, 9:21

Bərdədə erməni raketi ilə dağıdılmış ev “indi vurulmuş hayk evi” nə döndü…-FOTOLAR

• 15.09.2022, 17:10

Ordumuzun azad etdiyi strateji əhəmiyyətli yüksəkliklər – ADLAR

• 15.09.2022, 14:16

Azərbaycan icması Ermənistanın sərhəd təxribatı ilə bağlı Fransa hökumətinə müraciət ünvanlayıb

• 15.09.2022, 14:09

Ermənistan hökümətinin iclası təxirə salındı

• 15.09.2022, 14:05

Ordumuzun erməni təxribatına cavabının yeni görüntüləri – VİDEO

• 15.09.2022, 14:04

Daha 21 şəhidimizin adı açıqlandı – YENİ SİYAHI

• 15.09.2022, 13:15

Azərbaycan qalib tərəfdir və sülhün tərəfindədir – MÜSAHİBƏ

• 15.09.2022, 13:14

Ötən gün ermənilərə dəstək verən ukraynalı müğənninin Bakıdakı konserti LƏĞV EDİLDİ

• 15.09.2022, 13:11

Bakı mantaşovların, şaumyanların şəhərinə necə dönmüşdü? – 15 sentyabr qurtuluşu…

• 15.09.2022, 13:10

Ermənistan parlamentində dava düşdü – VİDEO

• 15.09.2022, 13:07

KTMT ölkələrindən Ermənistana RƏDD CAVABI

sorğu

İşğal olunmuş torpaqlarımızın azad olunacağına inanırsız?
Fevral 2016
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
29