Yanğınsöndürən maşın kənd ərazisində hazır vəziyyətdədir
Tap-Qaraqoyunlu erməni silahlı birləşmələrinin işğal altında saxladığı Talış kəndi ərazisindəki yüksəkliklərdən mütəmadi atəş altında qalır. Kənd sakini Səmərqə Quliyevanın evi də ötən il qarşı tərəfin gülləbaranı nətiəsində tamamilə yanaraq kül olub. Yanmış evin tikilməsi ərazilərin yenidən qurulması və bərpası agentliyi tərərindən bu il başa çatdırılıb.
Gülləbaran nəticəsində evi yanan Səmərqə Quliyeva
Yanmış ev yenindən tikilib
Səmərqə Quliyeva deyir ki, dəfələrlə həmkəndlilərinin mal-qarası tövlədə diri-diri yanıb. Ən yaxın məsafədə yerlşən Naftalan yanğından mühafizə hissəsinin yanğınsöndürən birqadaları isə kəndə ən tez 20 dəqiqə ərzində çata bilirdi.
“Əgər əvvəldən belə olsaydı, bəlkə də evimizin birinci mərtəbəsi yanardı. İkinci mərtəbə yanmazdı. Bunlar gələndə artıq evin şiferləri yanırdı”, – Səmərqə Quliyeva bildirib.
Erməni silahlı birləşmələrinin mövqeləri Tap-Qaraqoyunlu kəndinə nisbətən yüksəklikdə yerləşdiyindən qarşı tərəf kəndə aydın müşahidə edə bilir. Bu səbəbdən də kənddə demək olar ki, hər evdə güllə izlərinə rast gəlmək mümkündür.
Evinin hasarına güllə dəymiş kənd sakini Zahidə Hidayətova
“Dünən axşam möhkəm atışma başladı. Pulemyotla elə yağdırırdılar ki, sabaha qədər yatmamışıq. Saat 4 də kəsildi. Bizimkilər vurdular onların postu dağıldı. Saat 5 ə qalmış atışma kəsdi”, – deyə Zahidə Hidayətova bildirib.
Kənd sakinlərinin sözlərinə görə qarşı tərəf əsasən gecə saatlarında atəşkəsi pozur. Son bir həftə atəşkəsin pozulması nəticəsində kənd sakinləri arasında ölən və ya yaralanan olmayıb.