“Azərbaycanda erməni ailələri yaşayıb, bu gün də yaşayır”
“Azərbaycanda erməni ailələri yaşayıb, bu gün də yaşayır. Təkcə Bakıda 20-30 minə yaxın erməni əsilli Azərbaycan vətəndaşı var”.
Bunu Bakıda səfərdə olan İsveçin xarici işlər naziri Marqot Vallströmü qəbul edən, Qafqaz Müsəlmanlari İdarəsinin sədri Şeyxulislam hacı Allahşükür Paşazadə deyib.
O, həmçinin Azərbaycanda yaşayan ermənilərin yardım üçün tez-tez ona müraciət etdiyini və hər zaman da müraciətlərinə müsbət cavab aldıqlarını söyləyib.
Şeyx qonaqla söhbəti zamanı söylədi: ”Vaxtınız olsa sizə erməni kilsəsini də göstərərdik. 12 erməni katolikosu Azərbaycanda yerləşən erməni kilsəsinin keşişi olub. 2010-cu ildə Bakıda Dinlərarası Multikutralizm konfrası oldu və mən erməni Qaregini də bu konfransa dəvət etmişdim. O, da Ermənistanının patriarxı kimi Bakıya gəlmişdi. Onun üçün bütün şərait yaradılmışdı. Ondan iki il əvvəl də İrəvanda həmin konfransplenumu keçirilmişdi. Mən özüm də orda iştirak etmişəm. Bizim əlaqələrimiz var. Bəzən hadisələr elə gətirir ki, əsir düşənləri qaytarmaq, vəfat edənlərin nəşini qaytarmaq məsələlərində bir-birimizə kömək edirik”.
Şeyxülislam Azərbaycan ərazisinin 20% çoxunun Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunduğunu, həmin ərazilərin isə narkotik vasitələrin becərilməsi və istehsalı üçün istifadə edildiyini bildirdi.
İsveçin xarici işlər naziri isə Azərbaycanda yaradılan multikultral mühitdən məmnun olduğunu söyləyib. Qarabağ probleminin həllində indi əsas yükün siyasətçilərin üzərinə düşdüyünü deyən xanım nazir, dünyada, o cümlədən Suriyada münaqişənin həlli uzandıqca, Avropanın da bundan əziyyət çəkdiyini dilə gətirdi.