Bakı
0° C
Şuşa
0° C

Rusiyadan yolların açılması üçün Ermənistana 5 milyardlıq TƏKLİF

Ətraflı

Bərdədə erməni raketi ilə dağıdılmış ev “indi vurulmuş hayk evi” nə döndü…-FOTOLAR

Ətraflı

Ordumuzun azad etdiyi strateji əhəmiyyətli yüksəkliklər – ADLAR

Ətraflı

Ordumuzun erməni təxribatına cavabının yeni görüntüləri – VİDEO

Ətraflı

“Azərbaycanın səsi olmağa davam edəcəyik”

Bundan əvvəl olduğu kimi, Xocalı faciəsinin 24-cü ildönümündə də TRT Azərbaycanın səsi olmağa davam edəcək. Bu barədə Trend-ə açıqlamasında Türkiyə Radio və Televiziya Qurumunun (TRT) Bakı təmsilçisi Yıldıray Arslan bildirib.

Y.Arslan qeyd edib ki, əvvəlki illərdə olduğu kimi, bu il də Xocalı soyqırımı ilə əlaqədar olaraq, faciə şahidlərinin iştirakı ilə 20 dəqiqəlik xüsusi veriliş hazırlanacaq, həmçinin TRT AVAZ telekanalının koordinatoru Murat Akkoçun iştirakı ilə fevralın 25-də Qız Qalasının, fevralın 26-da isə “Ana Fəryadı” memorial kompleksinin qarşısından canlı yayım aparılacaq: “Bununla yanaşı, həmin gün “TRT Haber” telekanalının “Günlük” proqramında da Xocalı faciəsi il bağlı veriliş yayımlanacaq”.

Onun sözlərinə görə, TRT bundan əvvəlki illərdə də Xocalı soyqırımı ilə bağlı silsilə verilişlər hazırlayıb və yayımlayıb.

Y.Arslan deyib ki, Xocalı soyqırımı baş verdiyi gündən etibarən Türkiyə ictimaiyyətində əks-səda doğurub: “Xocalıda yaşanan faciənin istər Türkiyə ictimaiyyətinə, istərsə də dünyaya çatdırılması üçün TRT üzərinə düşən məsuliyyətli işi artıqlaması ilə yerinə yetirib. Dolayısilə, TRT bu faciənin dünyaya çatdırılması Xocalının səsi olub”.

Bakı təmsilçisi bildirib ki, Türkiyə xalqı da azərbaycanlıların ürəyini qanadan Xocalı ağrısını hər zaman özündə hiss edib və Azərbaycan xalqının səsinə səs verib: “Xocalıya ədalət bu faciəni unutmamaq və unutdurmamaqla mümkündür. Bunun üçün həm media qurumlarına, həm faciənin şahidlərinə, həm də ictimaiyyətin üzərinə ciddi məsuliyyət düşür”.

O, hesab edir ki, hər şeydən əvvəl bütün gücləri birləşdirərək, hamı bir hədəfə vurmalıdır – “Xocalının səssiz fəryadı”na səs verməyə çalışmalıdır: “Xocalıya ədalət haqq səsimiz soyqırımı törədənlərin səsi qədər gur çıxanda mümkün olacaq. Ənənəvi toplantılar keçirməklə dünyadan nəticə gözləmək xoş niyyət nümayiş etdirmək deməkdir. Faciəni dünyaya çatdırmaq eşitmək istəməyənə eşitdirmək, görmək istəməyənə göstərməklə mümkündür”.

Y.Arslan vurğulayıb ki, faciənin dünyaya çatdırılması üçün ortaq coğrafiya, mədəniyyət və ortaq imkanlardan yararlanmaq lazımdır: “Düşünürəm ki, faciənin dünyaya çatdırılması üçün ilk növbədə birgə sənədli, bədii filmlər hazırlamaq, birgə beynəlxalq tədbirlər təşkil etmək və gələcək nəsillərə çatdırmaq lazımdır. Gücümüzü parçalamaq əvəzinə birləşdirmək lazımdır”.

No Comments »

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Xəbər lenti

• 20.09.2022, 10:53

Kosmik teleskopdan möhtəşəm görüntü – FOTO

• 20.09.2022, 9:58

MN: “Laçında 100 mina zərərsizləşdirilib” – FOTOLAR

• 20.09.2022, 9:56

Blinkendən Əliyevə gecə zəngi – ABŞ Ermənistanı intihara sürükləyir

• 20.09.2022, 9:02

“Əsrin müqaviləsi”nin imzalanmasından 28 il ötür

• 20.09.2022, 8:48

Azərbaycanın üç stolüstü tennisçisi erməni rəqiblərinə qalib gəlib

• 20.09.2022, 8:41

Ceyhun Bayramov üçtərəfli görüşdə Azərbaycanın mövqeyini AÇIQLADI

• 20.09.2022, 8:39

Blinken, Bayramov və Mirzoyan arasında görüş keçirilib

• 20.09.2022, 8:38

“İlham Əliyev və Paşinyan sülhə hazır olduqlarını bildirdilər” – Blinken

• 20.09.2022, 8:37

Rusiyadan yolların açılması üçün Ermənistana 5 milyardlıq TƏKLİF

• 16.09.2022, 9:28

KTMT Paşinyana “yox ”dedi – sərhəddə təxribatların davam etməsinin səbəbi nə?

• 16.09.2022, 9:25

“Qarabağ”ın qrupdakı ilk qələbəsindən şəkillər

• 16.09.2022, 9:24

“Qarabağ” Prezidentə təşəkkür etdi – Şəkil

• 16.09.2022, 9:23

“Bu qələbə Qarabağ adına, Azərbaycan adına yaraşır” – Qara Qarayev

• 16.09.2022, 9:22

“Avroliqada pley-off mərhələsinə yüksəlmək istəyirik” – Qurban Qurbanov

• 16.09.2022, 9:21

Bərdədə erməni raketi ilə dağıdılmış ev “indi vurulmuş hayk evi” nə döndü…-FOTOLAR

• 15.09.2022, 17:10

Ordumuzun azad etdiyi strateji əhəmiyyətli yüksəkliklər – ADLAR

• 15.09.2022, 14:16

Azərbaycan icması Ermənistanın sərhəd təxribatı ilə bağlı Fransa hökumətinə müraciət ünvanlayıb

• 15.09.2022, 14:09

Ermənistan hökümətinin iclası təxirə salındı

• 15.09.2022, 14:05

Ordumuzun erməni təxribatına cavabının yeni görüntüləri – VİDEO

• 15.09.2022, 14:04

Daha 21 şəhidimizin adı açıqlandı – YENİ SİYAHI

• 15.09.2022, 13:15

Azərbaycan qalib tərəfdir və sülhün tərəfindədir – MÜSAHİBƏ

• 15.09.2022, 13:14

Ötən gün ermənilərə dəstək verən ukraynalı müğənninin Bakıdakı konserti LƏĞV EDİLDİ

• 15.09.2022, 13:11

Bakı mantaşovların, şaumyanların şəhərinə necə dönmüşdü? – 15 sentyabr qurtuluşu…

• 15.09.2022, 13:10

Ermənistan parlamentində dava düşdü – VİDEO

• 15.09.2022, 13:07

KTMT ölkələrindən Ermənistana RƏDD CAVABI

sorğu

İşğal olunmuş torpaqlarımızın azad olunacağına inanırsız?

ən çox oxunanlar

Fevral 2016
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
29