Azərbaycan Dağlıq Qarabağ üzrə qətnamənin qəbul edilməməsində Nulandın rolunu araşdırır
Azərbaycanın ABŞ-dakı səfirliyinə AŞ PA-da Dağlıq Qarabağ üzrə qətnamənin qəbul edilməməsində ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi Viktoriya Nulandın rolunu öyrənmək tapşırılıb.
Trend-in məlumatına görə, bunu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov deyib.
O bildirib: “Diplomatik nümayəndəliklərimiz Konqres və Ağ evlə iş aparır. Bu işin yekunu üzrə daha ətraflı məlumat yayılacaq”.