Bakı
0° C
Şuşa
0° C

Rusiyadan yolların açılması üçün Ermənistana 5 milyardlıq TƏKLİF

Ətraflı

Bərdədə erməni raketi ilə dağıdılmış ev “indi vurulmuş hayk evi” nə döndü…-FOTOLAR

Ətraflı

Ordumuzun azad etdiyi strateji əhəmiyyətli yüksəkliklər – ADLAR

Ətraflı

Ordumuzun erməni təxribatına cavabının yeni görüntüləri – VİDEO

Ətraflı

Aşot Bleyan: “Bakıda olmaq, izolyasiyada olmaqdan yaxşıdır”

Qarabağ münaqişəsinin həlli ilə nə vaxtsa məşğul olmuş azərbaycanlılar onu yaxşı xatırlayırlar. 90-cı illərdə, Ermənistan-Azərbaycan qarşıdurmasının ən qızğın vaxtlarında o, sülhməramlı təşəbbüslə Bakıya gəlməkdən qorxmadı. Özünün hazırladığı və Ermənistan parlamentinin 55 deputatının imzaladığı sənədlə Azərbaycanın və Ermənistanın prezidentlərinə, parlamentlərinə, hökumətlərinə, siyasi xadimlərinə, ziyalılarına müraciət edərək, Dağlıq Qarabağın Azərbaycanın tərkibində statusunun bərpa edilməsini ehtiva edən sülh müqaviləsini imzalamağa çağırmışdı.

Söhbət tanınmış erməni ictimai-siyasi xadim, keçmiş təhsil naziri, keçmiş deputat, Yerevandakı «Mxitar Sebastatsi» təhsil kompleksinin direktoru Aşot Bleyandan gedir. O, haqqin.az-a eksklüziv müsahibə verib.

Bleyan müsahibəsində bildirib ki, hələ də 2000-ci illərin əvvəllərində «Azərbaycan günləri» təşkil etdiyi təhsil kompleksinə rəhbərlik edir, son vaxtlar mediada tez-tez görünməsə də, sülhpərvər missiyasını davam etdirməkdədir.

Onun fikrincə, Ermənistanda və Azərbaycanda məktəblilər bir-birləri haqqında məlumatsızdırlar və təhsil mərkəzində o, bu boşluğu da doldurmağa çalışır. «Çoxəsrlik qonşularımızın, qonşu respublikanın necə inkişaf etməsi bizə maraqlıdır», – A.Bleyan belə deyib.

O vaxtkı fəaliyyətinə toxunan ictimai-siyasi xadim sözlərinə davam edib: «Nəyə görə 90-cı illərdə mən belə fəal idim? Mənə belə gəlirdi ki, Ermənistan-Azərbaycan münaqişəsini məhz bizim nəsil həll etməlidir. Bunu öz məqsədim hesab edirim. Təəssüf ki, alınmadı. Və artıq iki xalqın barışması indiki və ya sonrakı erməni və azərbaycanlı nəsillərinin məqsədi olmalıdır».

İndiki vəziyyətdə Ermənistanda və erməni xalqının daxilində sülhpərvər əhval-ruhiyyənin nə qədər güclü olub-olmaması sualına cavabında haqqın.az saytının müsahibi deyib: «Bütün erməni xalqı adından danışmağa səlahiyyətim yoxdur. Lakin çalışdığım mühitdə insanlar anlayır ki, münaqişənin davam etməsi — heç bir yerə gətirməyəcək yoldur. Kimsə müharibədən danışanda, həmişə sözünü kəsirəm. Biz iki xalqın təbii, sülh şəraitində birgə yaşayışını bərpa etməliyik. Qonşularla — Azərbaycan və Türkiyə ilə sülhün, barışığın və anlaşmanın bərqərar edilməsini həyatımın əsas məqsədi hesab edirəm. Burada başqa yol, sadəcə olaraq, yoxdur. Bu gün Ermənistanda bunu artıq yaxşı başa düşürlər. Xüsusilə də, uşaqları əsgərlikdə, ön cəbhədə olanlar. Tərbiyəli, savadlı insan müharibəyə yaxşı yanaşa bilərmi? Eyni zamanda, təəssüflə qeyd etmək istəyirəm ki, ictimai təşkilatlar bu işdə üçüncü plana keçiblər. Xalq diplomatiyası münaqişənin həllindən uzaqlaşdırılıb. 90-cı illərdə biz hamıya göstərirdik ki, ictimai təşkilatlar ön planda olmaq arzusundadır. Bu münaqişə ictimaiyyətin iştirakı olmadan həll edilə bilməz».

«Sonra siyasətçilər ön plana çıxdılar. Bu azmış kimi, indi ictimai xadimlər münaqişənin həllindən siyasətçilərdən savayı, beynəlxalq vasitəçilər tərəfindən də uzaqlaşdırılıblar. Mən anlaya bilmirəm, nəyə görə vasitəçilər ön plandadır? Ümumiyyətlə, bizə vasitəçilər lazımdırmı? Onlar bizə təzyiq göstərməlidirlərmi? Biz öz ploblemlərimizin həllini üçüncü qüvvəyə güzəştə getməməliyik», – Bleyan belə deyib.

Müsahibəsinin sonunda Aşot Bleyan bir daha Bakıda olmaq istədiyini bildirib: «Bakıda olmaq, sizin məktəbləri gəzmək, məktəblilərlə söhbət etmək, onlarla birlikdə Azərbaycan dərsliklərini vərəqləmək istərdim. Mənə reklam və mediada səs-küy lazım deyil. Bəzən bu, faydalı işə mane olur. Mən həmişə iki xalqın mehriban qonşuluğunun tərəfdarı olmuşam. Buna görə də, Bakıya dəvəti məmnuniyyətlə qəbul edərdim. Bakıya gəlməkdən qorxurammı? Yox, izolyasiyada olmaq və bir-birimizə nişangahda baxmaq daha qorxuludur».

No Comments »

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Xəbər lenti

• 20.09.2022, 10:53

Kosmik teleskopdan möhtəşəm görüntü – FOTO

• 20.09.2022, 9:58

MN: “Laçında 100 mina zərərsizləşdirilib” – FOTOLAR

• 20.09.2022, 9:56

Blinkendən Əliyevə gecə zəngi – ABŞ Ermənistanı intihara sürükləyir

• 20.09.2022, 9:02

“Əsrin müqaviləsi”nin imzalanmasından 28 il ötür

• 20.09.2022, 8:48

Azərbaycanın üç stolüstü tennisçisi erməni rəqiblərinə qalib gəlib

• 20.09.2022, 8:41

Ceyhun Bayramov üçtərəfli görüşdə Azərbaycanın mövqeyini AÇIQLADI

• 20.09.2022, 8:39

Blinken, Bayramov və Mirzoyan arasında görüş keçirilib

• 20.09.2022, 8:38

“İlham Əliyev və Paşinyan sülhə hazır olduqlarını bildirdilər” – Blinken

• 20.09.2022, 8:37

Rusiyadan yolların açılması üçün Ermənistana 5 milyardlıq TƏKLİF

• 16.09.2022, 9:28

KTMT Paşinyana “yox ”dedi – sərhəddə təxribatların davam etməsinin səbəbi nə?

• 16.09.2022, 9:25

“Qarabağ”ın qrupdakı ilk qələbəsindən şəkillər

• 16.09.2022, 9:24

“Qarabağ” Prezidentə təşəkkür etdi – Şəkil

• 16.09.2022, 9:23

“Bu qələbə Qarabağ adına, Azərbaycan adına yaraşır” – Qara Qarayev

• 16.09.2022, 9:22

“Avroliqada pley-off mərhələsinə yüksəlmək istəyirik” – Qurban Qurbanov

• 16.09.2022, 9:21

Bərdədə erməni raketi ilə dağıdılmış ev “indi vurulmuş hayk evi” nə döndü…-FOTOLAR

• 15.09.2022, 17:10

Ordumuzun azad etdiyi strateji əhəmiyyətli yüksəkliklər – ADLAR

• 15.09.2022, 14:16

Azərbaycan icması Ermənistanın sərhəd təxribatı ilə bağlı Fransa hökumətinə müraciət ünvanlayıb

• 15.09.2022, 14:09

Ermənistan hökümətinin iclası təxirə salındı

• 15.09.2022, 14:05

Ordumuzun erməni təxribatına cavabının yeni görüntüləri – VİDEO

• 15.09.2022, 14:04

Daha 21 şəhidimizin adı açıqlandı – YENİ SİYAHI

• 15.09.2022, 13:15

Azərbaycan qalib tərəfdir və sülhün tərəfindədir – MÜSAHİBƏ

• 15.09.2022, 13:14

Ötən gün ermənilərə dəstək verən ukraynalı müğənninin Bakıdakı konserti LƏĞV EDİLDİ

• 15.09.2022, 13:11

Bakı mantaşovların, şaumyanların şəhərinə necə dönmüşdü? – 15 sentyabr qurtuluşu…

• 15.09.2022, 13:10

Ermənistan parlamentində dava düşdü – VİDEO

• 15.09.2022, 13:07

KTMT ölkələrindən Ermənistana RƏDD CAVABI

sorğu

İşğal olunmuş torpaqlarımızın azad olunacağına inanırsız?

ən çox oxunanlar

Fevral 2016
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
29