Bakı
0° C
Şuşa
0° C

Rusiyadan yolların açılması üçün Ermənistana 5 milyardlıq TƏKLİF

Ətraflı

Bərdədə erməni raketi ilə dağıdılmış ev “indi vurulmuş hayk evi” nə döndü…-FOTOLAR

Ətraflı

Ordumuzun azad etdiyi strateji əhəmiyyətli yüksəkliklər – ADLAR

Ətraflı

Ordumuzun erməni təxribatına cavabının yeni görüntüləri – VİDEO

Ətraflı

ABŞ kəşfiyyatının şefi açıqladı: Gürcüstan Rusiyaya meyllənəcək, Qarabağda isə…

Birləşmiş Ştatlar kəşfiyyatı hesab edir ki, Gürcüstan Rusiyanın təzyiqləri altında özünün Qərbə strateji oriyentasiyasına yenidən baxacaq.

Virtualaz.org xəbər verir ki, həmin sensasion qənaətlə ABŞ Milli Kəşfiyyat Agentliyinin direktoru Ceyms Klepper bu gün fevralın 9-da Konqresin kəşfiyyat komitəsində Amerika kəşfiyyat cameəsinin (17 kəşfiyyat strukturu) dünya üzrə risklərin qiymətləndirilməsinə (“Worldwide Threat Assessment.” ) dair illik məruzəsini təqdim edərkən çıxış edib.

Amerikanın bütün kəşfiyyat strukturlarını birləşdirən Milli Kəşfiyyat Agentliyinin direktorunun təqdim etdiyi məruzənin Qafqaz və Mərkəzi Asiya regionlarına dair hissəsində bir sıra maraqlı məqamlar yer alır. Sənəddən məlum olur ki, Amerikanın hökumət casusları və analitikləri Rusiyanın təzyiqləri altında Gürcüstanın öz geosiyasi oriyentasiyasını dəyişə biləcəyi qənaətinə gəliblər.

Ceyms Klepperin məruzəsində göstərilir ki, hətta indi, Gürcüstanın islahatlar sahəsində irəlilədiyi bir vaxtda gürcü siyasətində rəqabət şiddətlənəcək. 2016-cı il parlament seçkiləri ərəfəsində iqtisadi problemlər də hökumət üçün siyasi baxımdan çox həssas çağırış olacaq. Gürcü elitasında və ictimaiyyətində qərbə inteqrasiyanın yavaş templə getməsindən məyusluq hökm sürür. Və belə bir vaxtda daha effektivli olan Rusiya təbliğatı Tiflisin avroatlantika məkanına inteqrasiyanı yavaşıtması, yaxud dayandırması ehtimalını artırır.

“Rusiya ilə gərginlik yüksək olaraq qalacaq və biz hesablayırıq ki, Moskva Tiflisin Avropa İttifaqı və NATO ilə sıx əlaqələrdən imtina etməsi üçün ona təzyiqləri artıracaq”-Ceyms Klepper bildirib.

Amerika kəşfiyyat cameəsinin qənaətinə görə, Mərkəzi Asiyada hökumətlər Əfqanıstandan qaynaqlanan islam ekstremizmindən çox narahatdırlar, eyni zamanda bu hökumətlər getdikcə artan daxili təhdidlərlə üzləşiblər. Məruzəyə əsasən Rusiya bu vəziyyətdən Mərkəzi Asiyada iştirakını genişləndirmək üçün istifadə edə bilər.

ABŞ kəşfiyyat şefinin məruzəsinə əsasən 2016-cı il ərzində Ermənistanla Azərbaycan arasında gərginlik yüksək olaraq qalacaq. Bakının artan hərbi gücü və Azərbaycandakı iqtisadi problemlər isə münaqişənin 2016-cı ildə daha da kəskinləşməsi potensialını yaradır. Çünki Azərbaycan Dağlıq Qarabağdan imtina etməyə, Ermənistan isə nəzarət etdiyi əraziləri boşaltmağa hazırlaşmır. “Bu isə münaqişənin sülh yolu ilə nizamlanmasını mürəkkəbləşdirir”-məruzədə deyilir.

Məruzəyə əsasən Rusiya Avrasiya regionunda şəriksiz hegemon dövlət olaraq qalacaq. Rusiyada iqtisadi gerilməyə baxmayaraq Kreml sərt xarici siyasət xəttini davam etdirəcək, bu zaman qonşu ölkələrə qarşı hərbi və hərbiləşdirilmiş qüvvələrdən gizli şəkildə istifadə edəcək.

No Comments »

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Xəbər lenti

• 20.09.2022, 10:53

Kosmik teleskopdan möhtəşəm görüntü – FOTO

• 20.09.2022, 9:58

MN: “Laçında 100 mina zərərsizləşdirilib” – FOTOLAR

• 20.09.2022, 9:56

Blinkendən Əliyevə gecə zəngi – ABŞ Ermənistanı intihara sürükləyir

• 20.09.2022, 9:02

“Əsrin müqaviləsi”nin imzalanmasından 28 il ötür

• 20.09.2022, 8:48

Azərbaycanın üç stolüstü tennisçisi erməni rəqiblərinə qalib gəlib

• 20.09.2022, 8:41

Ceyhun Bayramov üçtərəfli görüşdə Azərbaycanın mövqeyini AÇIQLADI

• 20.09.2022, 8:39

Blinken, Bayramov və Mirzoyan arasında görüş keçirilib

• 20.09.2022, 8:38

“İlham Əliyev və Paşinyan sülhə hazır olduqlarını bildirdilər” – Blinken

• 20.09.2022, 8:37

Rusiyadan yolların açılması üçün Ermənistana 5 milyardlıq TƏKLİF

• 16.09.2022, 9:28

KTMT Paşinyana “yox ”dedi – sərhəddə təxribatların davam etməsinin səbəbi nə?

• 16.09.2022, 9:25

“Qarabağ”ın qrupdakı ilk qələbəsindən şəkillər

• 16.09.2022, 9:24

“Qarabağ” Prezidentə təşəkkür etdi – Şəkil

• 16.09.2022, 9:23

“Bu qələbə Qarabağ adına, Azərbaycan adına yaraşır” – Qara Qarayev

• 16.09.2022, 9:22

“Avroliqada pley-off mərhələsinə yüksəlmək istəyirik” – Qurban Qurbanov

• 16.09.2022, 9:21

Bərdədə erməni raketi ilə dağıdılmış ev “indi vurulmuş hayk evi” nə döndü…-FOTOLAR

• 15.09.2022, 17:10

Ordumuzun azad etdiyi strateji əhəmiyyətli yüksəkliklər – ADLAR

• 15.09.2022, 14:16

Azərbaycan icması Ermənistanın sərhəd təxribatı ilə bağlı Fransa hökumətinə müraciət ünvanlayıb

• 15.09.2022, 14:09

Ermənistan hökümətinin iclası təxirə salındı

• 15.09.2022, 14:05

Ordumuzun erməni təxribatına cavabının yeni görüntüləri – VİDEO

• 15.09.2022, 14:04

Daha 21 şəhidimizin adı açıqlandı – YENİ SİYAHI

• 15.09.2022, 13:15

Azərbaycan qalib tərəfdir və sülhün tərəfindədir – MÜSAHİBƏ

• 15.09.2022, 13:14

Ötən gün ermənilərə dəstək verən ukraynalı müğənninin Bakıdakı konserti LƏĞV EDİLDİ

• 15.09.2022, 13:11

Bakı mantaşovların, şaumyanların şəhərinə necə dönmüşdü? – 15 sentyabr qurtuluşu…

• 15.09.2022, 13:10

Ermənistan parlamentində dava düşdü – VİDEO

• 15.09.2022, 13:07

KTMT ölkələrindən Ermənistana RƏDD CAVABI

sorğu

İşğal olunmuş torpaqlarımızın azad olunacağına inanırsız?

ən çox oxunanlar

Fevral 2016
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
29