Erməni polisii yezidi əsgəri axtarır
Ermənistan hərbi polisi hərbi hissələrdən birini özbaşına tərk edən 19 yaşlı əsgər Əziz Bakoyanı axtarır. Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, hadisə fevralın 6-da Dilicanda baş verib.
Milliyətcə yezidi kürdü olan Əziz Bakоyanın 3 gündür ki, axtarıldığı bildirilir.
Onun qohumları KİV nümayəndlərinə müraciət edərək əsgərin cinayət qurbanı ola biləcəyini deyib.