Bakı
0° C
Şuşa
0° C

Rusiyadan yolların açılması üçün Ermənistana 5 milyardlıq TƏKLİF

Ətraflı

Bərdədə erməni raketi ilə dağıdılmış ev “indi vurulmuş hayk evi” nə döndü…-FOTOLAR

Ətraflı

Ordumuzun azad etdiyi strateji əhəmiyyətli yüksəkliklər – ADLAR

Ətraflı

Ordumuzun erməni təxribatına cavabının yeni görüntüləri – VİDEO

Ətraflı

Balkanlardan Mərkəzi Asiyaya qədər… Putinə Turan Ordusu XƏBƏRDARLIĞI

Ötən həftə yəhudi mənşəli amerikalı diplomat, 1969-1975-ci illərdə ABŞ prezidentinin milli təhlükəsizlik məsləhətçisi, 1973-1977-ci illərdə ABŞ-ın dövlət katibi olan Henri Kissincer Moskvaya səfər etdi.

Publika.az xəbər verir ki, səfəri şərh edən türkiyəli politoloq Ömür Çelikdönməz ABŞ və Rusiyanın yeni bir Yalta razılaşmasının arxasında olduğunu bildirib.

 “ABŞ və SSRİ arasında yumşalma siyasətinin memarı olan Henri Alfred Kissincer prezident Vladimir Putin ilə Moskvada görüşdü. Ukrayna və Suriya kimi qarşıdurma riski yüksək olan bölgələrdə ABŞ və Rusiya arasındakı gərginlik yüksək səviyyədədir. Bu baxımdan Kissencer kimi qurd bir siyasətçinin Rusiyaya səfəri diqqətlə izlənildi. Suriyanın Rusiya üçün geopolitik əhəmiyyətinə toxunan keçmiş dövlət katibi bu mövzuda ABŞ və Rusiyanın bir-birlərinin mənfəətlərini anlayaraq ortaq bir həll axtarmasının vacib olduğunu vurğuladı. Kissincer ABŞ və Rusiyanın bunu bacaracağı halda, iki ölkənin yeni dünya nizamının şəkilləndirilməsində baş rolu oynayacağını söyləyib. Aydın olan odur ki, ABŞ ilə Rusiya yeni bir Yalta razılaşmasının arxasındadır”, – Ömür Çelikdönməz yazıb.

 Kissincer Rusiya səfərindən sonra ABŞ-da “neo-mühafizəkar” seqmentin nəşri sayılan “The National Interest” qəzetində qələmə aldığı məqaləsində bildirdi ki, Rusiya “hər cür yeni qlobal tarazlığın ayrılmaz parçası” olaraq qəbul edilməlidir. Türkiyə politoloq qeyd edib ki, Rusiya və ABŞ arasında əlaqələrin 10 il əvvəlkinə nisbətən daha pis vəziyyətdə olduğunu bildirən Kissincerin sözlərinə görə, ölkələr dialoq yolu ilə əlaqələrini düzəltməlidir.

 “Münasibətlər bəlkə də “Soyuq müharibə” dövründə olduğundan daha pisdir. İki ölkədə də bir çox mütəxəssis ABŞ və Rusiyanın yeni dünya nizamını qurmaq mövzusunda əməkdaşlıq edə biləcəyini düşünmür. Yəni, yeni “Soyuq müharibə”nin başlandığını düşünürlər. Dövlət iqtidarlarının sarsılması və idarə edilə bilməyən bölgələrin artması dünya üçün yeni təhdid yaradıb. Bu problemlər, hər nə qədər güclü olursa-olsun, tək bir dövlət tərəfindən həll edilə bilməz. Qarşımızdakı tablo ABŞ, Rusiya və digər böyük dövlətlərin davamlı əməkdaşlığını vacib edir”, – amerikalı siyasətçi qeyd edib.

 Ömür Çelikdönməzin sözlərinə görə, rusları xəbərdar etmək üçün Moskvaya gedən Kissincer Suriyada razılaşma zəmini hazırlamağa çalışır: “Rusiya Dövlət Dumasındakı mənbələrə görə, Kissincer bildirib ki, əgər birləşmiş İslam Ordusu Suriyaya müdaxilə edərsə, bunun ardınca İraq və Yəmənə də müdaxilə olacaq. Mənbə qeyd edir ki, Kissincer İslam Ordusu müdaxilə etmədən Suriya probleminin müxalifət və xüsusilə Türkiyənin tələbləri nəzərə alınaraq həll edilməsinin vacib olduğunu Putinə izah edib. Hətta türklərin Turan Ordusu qurduğu, Balkanlardan başlayaraq Mərkəzi Asiyaya qədər geniş bir coğrafiyada nəzarəti ələ keçirə biləcəkləri Putinin diqqətinə çatdırılıb”.

No Comments »

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Xəbər lenti

• 20.09.2022, 10:53

Kosmik teleskopdan möhtəşəm görüntü – FOTO

• 20.09.2022, 9:58

MN: “Laçında 100 mina zərərsizləşdirilib” – FOTOLAR

• 20.09.2022, 9:56

Blinkendən Əliyevə gecə zəngi – ABŞ Ermənistanı intihara sürükləyir

• 20.09.2022, 9:02

“Əsrin müqaviləsi”nin imzalanmasından 28 il ötür

• 20.09.2022, 8:48

Azərbaycanın üç stolüstü tennisçisi erməni rəqiblərinə qalib gəlib

• 20.09.2022, 8:41

Ceyhun Bayramov üçtərəfli görüşdə Azərbaycanın mövqeyini AÇIQLADI

• 20.09.2022, 8:39

Blinken, Bayramov və Mirzoyan arasında görüş keçirilib

• 20.09.2022, 8:38

“İlham Əliyev və Paşinyan sülhə hazır olduqlarını bildirdilər” – Blinken

• 20.09.2022, 8:37

Rusiyadan yolların açılması üçün Ermənistana 5 milyardlıq TƏKLİF

• 16.09.2022, 9:28

KTMT Paşinyana “yox ”dedi – sərhəddə təxribatların davam etməsinin səbəbi nə?

• 16.09.2022, 9:25

“Qarabağ”ın qrupdakı ilk qələbəsindən şəkillər

• 16.09.2022, 9:24

“Qarabağ” Prezidentə təşəkkür etdi – Şəkil

• 16.09.2022, 9:23

“Bu qələbə Qarabağ adına, Azərbaycan adına yaraşır” – Qara Qarayev

• 16.09.2022, 9:22

“Avroliqada pley-off mərhələsinə yüksəlmək istəyirik” – Qurban Qurbanov

• 16.09.2022, 9:21

Bərdədə erməni raketi ilə dağıdılmış ev “indi vurulmuş hayk evi” nə döndü…-FOTOLAR

• 15.09.2022, 17:10

Ordumuzun azad etdiyi strateji əhəmiyyətli yüksəkliklər – ADLAR

• 15.09.2022, 14:16

Azərbaycan icması Ermənistanın sərhəd təxribatı ilə bağlı Fransa hökumətinə müraciət ünvanlayıb

• 15.09.2022, 14:09

Ermənistan hökümətinin iclası təxirə salındı

• 15.09.2022, 14:05

Ordumuzun erməni təxribatına cavabının yeni görüntüləri – VİDEO

• 15.09.2022, 14:04

Daha 21 şəhidimizin adı açıqlandı – YENİ SİYAHI

• 15.09.2022, 13:15

Azərbaycan qalib tərəfdir və sülhün tərəfindədir – MÜSAHİBƏ

• 15.09.2022, 13:14

Ötən gün ermənilərə dəstək verən ukraynalı müğənninin Bakıdakı konserti LƏĞV EDİLDİ

• 15.09.2022, 13:11

Bakı mantaşovların, şaumyanların şəhərinə necə dönmüşdü? – 15 sentyabr qurtuluşu…

• 15.09.2022, 13:10

Ermənistan parlamentində dava düşdü – VİDEO

• 15.09.2022, 13:07

KTMT ölkələrindən Ermənistana RƏDD CAVABI

sorğu

İşğal olunmuş torpaqlarımızın azad olunacağına inanırsız?

ən çox oxunanlar

Fevral 2016
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
29