Bakı
0° C
Şuşa
0° C

Rusiyadan yolların açılması üçün Ermənistana 5 milyardlıq TƏKLİF

Ətraflı

Bərdədə erməni raketi ilə dağıdılmış ev “indi vurulmuş hayk evi” nə döndü…-FOTOLAR

Ətraflı

Ordumuzun azad etdiyi strateji əhəmiyyətli yüksəkliklər – ADLAR

Ətraflı

Ordumuzun erməni təxribatına cavabının yeni görüntüləri – VİDEO

Ətraflı

“Azərbaycanın Moskva müqaviləsinin ləğvindən əziyyət çəkməsinə heç bir halda imkan vermərik”

“Moskva müqaviləsinin ləğv edilməsi Azərbaycanla münasibətlərə heç cür pis təsir edə bilməz. Bizim münasibətlərimiz dost-qardaşlıq və mehriban qonşuluq münasibətləridir.

Bu münasibətlərin tarixi qədimdir. Hazırda da hər iki ölkənin siyasi rəhbərliyi bu münasibətlərin qorunub saxlanılması üçün çox şey edirlər. Ona görə də, belə bir addım atılan zaman Azərbaycana ziyan gəlməsindən söhbət gedə bilməz”.

 Bunu APA-nın Moskva müxbirinə müsahibəsində Rusiya-Türkiyə arasında 1921-ci ildə imzalanmış “Moskva müqaviləsi”nin ləğvini təklif edən deputatlardan biri, Rusiya Kommunist Partiyasının Mərkəzi Komitəsinin sədr müavini Valeri Raşkin deyib.

V. Raşkin bildirib ki, onlar “Moskva müqaviləsi”nin ləğvi təklifini Türkiyə rəhbərliyini danışıqlar masasına oturtmaq üçün ediblər: ” Üçüncü ölkənin, xüsusən də Azərbaycanın bu müqavilənin ləğvindən əziyyət çəkməsinə heç bir halda imkan vermərik, bu, mümkün də deyil. Hesab edirəm ki, əgər müqavilə ləğv olunsa, təbii ki, qarşılıqlı sərfəli şərtlərlə Azərbaycanın bütün tələbləri yerinə yetiriləcək”.

 O, Dövlət Dumasının deputatları tərəfindən hazırlanan bütün təkliflərə baxılmasının tələb olunduğunu da qeyd edib: “Ən azı siyasi rəhbərlik tərəfindən bu təkliflər müzakirə olunmalıdır. Yekun qərarın qəbul edilməsi ilə bağlı bircə məqamı qeyd etmək istəyirəm. “Moskva müqaviləsi”nin ləğvi ilə bağlı qərar bütün maraqlı tərəflərlə məsləhətləşmələr aparıldıqdan sonra verilə bilər. Bütün maraqlı tərəflərlə məsləhətləşmələr aparılmadan heç bir qərar qəbul olunmayacaq. O cümlədən Azərbaycan Xarici İşlər Nazirliyi ilə məsləhətləşmələr aparılmalıdır”.

 O, “Müqavilənin ləğvi Rusiya nə vəd edir” sualına isə belə cavab verib: “Bütün danışıqlarda ərazi iddiaları məsələsi hər zaman olub. Bu ərazi iddialarının tarixi kökü mövcuddur. Ona görə də ərazi iddiaları müqavilənin ləğvi ilə bağlı prosesdə ən axırıncı müzakirə olunacaq məsələdir. Biz “Moskva müqaviləsi”nin ləğvi ilə bağlı təklifimizlə Türkiyə rəhbərliyinin, prezident Ərdoğanın diqqətinə çatdırmaq istəyirik ki, onlar Rusiyanı ikinci dərəcəli ölkə hesab etməklə böyük səhv ediblər”.

 Deputat hesab edib ki, bu müqavilə ilə bağlı müzakirələr Rusiya və Türkiyə hökumətlərini masa arxasında oturub, münasibətlərdə yaranan böhranın aradan qalxması üçün iş görməyə sövq edəcək: “Bu, Rusiya-Türkiyə arasında müharibəyə səbəb olmayacaq, əksinə, biz bununla danışıqlar prosesinə başlayacağıq”.

Qeyd edək ki, Rusiya Dövlət Dumasının deputatları –  Rusiya Kommunist Partiyasının Mərkəzi Komitəsinin sədr müavini Valeri Raşkinlə partiyanın katibi Serqey Obuxov 1921-ci ilin martın 16-da Türkiyə ilə Rusiya Sovet Sosialist Federativ Respublikası arasında imzalanan dostluq və qardaşlıq haqqında razılaşmanın ləğvi təşəbbüsü ilə çıxış ediblər.

 Onlar bununla bağlı prezident Vladimir Putin və xarici işlər naziri Sergey Lavrova müraciət ünvanlayıblar.

 Moskva müqaviləsi Azərbaycan üçün də mühüm əhəmiyyətə malikdir. Müqavilənin şərtlərinə əsasən, Naxçıvan Azərbaycanın himayəsi altında muxtar ərazi statusuna malikdir. Habelə Azərbaycanın Naxçıvanın himayəsini üçüncü dövlətə güzəştə getməməsi barədə maddə də yer alır. Bu müqavilənin müddəalarının icrası üçün 1921-ci il oktyabrın 13-də Qars müqaviləsi (müddətsiz) imzalanıb.

No Comments »

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Xəbər lenti

• 20.09.2022, 10:53

Kosmik teleskopdan möhtəşəm görüntü – FOTO

• 20.09.2022, 9:58

MN: “Laçında 100 mina zərərsizləşdirilib” – FOTOLAR

• 20.09.2022, 9:56

Blinkendən Əliyevə gecə zəngi – ABŞ Ermənistanı intihara sürükləyir

• 20.09.2022, 9:02

“Əsrin müqaviləsi”nin imzalanmasından 28 il ötür

• 20.09.2022, 8:48

Azərbaycanın üç stolüstü tennisçisi erməni rəqiblərinə qalib gəlib

• 20.09.2022, 8:41

Ceyhun Bayramov üçtərəfli görüşdə Azərbaycanın mövqeyini AÇIQLADI

• 20.09.2022, 8:39

Blinken, Bayramov və Mirzoyan arasında görüş keçirilib

• 20.09.2022, 8:38

“İlham Əliyev və Paşinyan sülhə hazır olduqlarını bildirdilər” – Blinken

• 20.09.2022, 8:37

Rusiyadan yolların açılması üçün Ermənistana 5 milyardlıq TƏKLİF

• 16.09.2022, 9:28

KTMT Paşinyana “yox ”dedi – sərhəddə təxribatların davam etməsinin səbəbi nə?

• 16.09.2022, 9:25

“Qarabağ”ın qrupdakı ilk qələbəsindən şəkillər

• 16.09.2022, 9:24

“Qarabağ” Prezidentə təşəkkür etdi – Şəkil

• 16.09.2022, 9:23

“Bu qələbə Qarabağ adına, Azərbaycan adına yaraşır” – Qara Qarayev

• 16.09.2022, 9:22

“Avroliqada pley-off mərhələsinə yüksəlmək istəyirik” – Qurban Qurbanov

• 16.09.2022, 9:21

Bərdədə erməni raketi ilə dağıdılmış ev “indi vurulmuş hayk evi” nə döndü…-FOTOLAR

• 15.09.2022, 17:10

Ordumuzun azad etdiyi strateji əhəmiyyətli yüksəkliklər – ADLAR

• 15.09.2022, 14:16

Azərbaycan icması Ermənistanın sərhəd təxribatı ilə bağlı Fransa hökumətinə müraciət ünvanlayıb

• 15.09.2022, 14:09

Ermənistan hökümətinin iclası təxirə salındı

• 15.09.2022, 14:05

Ordumuzun erməni təxribatına cavabının yeni görüntüləri – VİDEO

• 15.09.2022, 14:04

Daha 21 şəhidimizin adı açıqlandı – YENİ SİYAHI

• 15.09.2022, 13:15

Azərbaycan qalib tərəfdir və sülhün tərəfindədir – MÜSAHİBƏ

• 15.09.2022, 13:14

Ötən gün ermənilərə dəstək verən ukraynalı müğənninin Bakıdakı konserti LƏĞV EDİLDİ

• 15.09.2022, 13:11

Bakı mantaşovların, şaumyanların şəhərinə necə dönmüşdü? – 15 sentyabr qurtuluşu…

• 15.09.2022, 13:10

Ermənistan parlamentində dava düşdü – VİDEO

• 15.09.2022, 13:07

KTMT ölkələrindən Ermənistana RƏDD CAVABI

sorğu

İşğal olunmuş torpaqlarımızın azad olunacağına inanırsız?

ən çox oxunanlar

Fevral 2016
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
29