Bakı
0° C
Şuşa
0° C

Rusiyadan yolların açılması üçün Ermənistana 5 milyardlıq TƏKLİF

Ətraflı

Bərdədə erməni raketi ilə dağıdılmış ev “indi vurulmuş hayk evi” nə döndü…-FOTOLAR

Ətraflı

Ordumuzun azad etdiyi strateji əhəmiyyətli yüksəkliklər – ADLAR

Ətraflı

Ordumuzun erməni təxribatına cavabının yeni görüntüləri – VİDEO

Ətraflı

Xocalını qan verməklə yad edək – “LAYF” aksiya keçirəcək

“LAYF” Xeyriyyə İctimai Birliyi bu il Xocalı faciəsinin qurbanlarının xatirəsini qanvermə aksiyaları keçirməklə yad edəcək. Bu qan aksiyaları ilə həm faciə qurbanları yad edilmiş olacaq, həm də irsi qan xəstəliyindən əziyyət çəkən vətəndaşlarımız ehtiyac duyduqları qanla təmin edilmiş olacaqlar.

Xocalı qurbanlarının anımına həsr olunmuş qan aksiyalarının təşkil edilməsində məqsəd Xocalı faciəsində amansızcasına qətlə yetirilmiş insanların xatirəsinin birlikdə yad edilməsi, xalqımıza qarşı törədilmiş bu vəhşiliyin yaddan çıxarılmayacağının diqqətə çatdırılması, dünya birliyinin susduğu bu cinayət qarşısında xalqımızın həmrəyliyinin, birliyinin nümayiş etdirilməsi, humanist duyğuların inkişaf etdirilməsi, irsi qan xəstəliklərindən əziyyət çəkən vətəndaşlarımıza ictimai diqqət və qayğının artırılması, eyni zamanda könüllü və mütəmadi qan donorluğunun təbliğ edilməsidir.

Qan aksiyalarının “LAYF” Xeyriyyə İctimai Birliyi, Azərbaycan Kikboksinq Federasiyası, “Qaraçay Holdinq”in təşkilatçılığı və Mərkəzi Qan Bankının tibbi dəstəyi ilə keçirilməsi nəzərdə tutulmuşdur. Xocalı faciəsinin anımı məqsədilə ilk qan aksiyası 20 Fevral 2016-cı il tarixində saat 10:00-dan 16:30-a qədər M. K. Atatürk prospekti 33 c ünvanında yerləşən Azərbaycan Kikboksinq  Federasiyasının mərkəzində baş tutacaq. Anım gününə həsr edilmiş növbəti qan aksiyası isə 26 Fevral 2016-cı ildə saat 10:00-dan 16:30-a qədər “Qaraçay Holdinq”in Xudu Məmmədov 4 c ünvanında yerləşən mərkəzi ofisində keçiriləcək. Qan aksiyalarında toplanılan qanların irsi qan xəstəliklərindən əziyyət çəkən vətəndaşlarımıza heç bir qarşılıq gözlənilmədən verilməsi nəzərdə tutulmuşdur. Unutmayaq ki, irsi qan xəstəliklərindən əziyyət çəkən vətəndaşlarımızın sağlam həyat sürmələri üçün müntəzəm olaraq təzə qan əldə etmələri vacibdir. Qan aksiyaları da onların ehtiyacı olan qanla təmin edilməsinin ən asan yoludur.

Qan aksiyalarının həyata keçirilməsində verdikləri dəstəyə görə Azərbaycan  Kikboksinq Federasiyasının, “Qaraçay Holdinq”in və Mərkəzi Qan Bankının rəhbərliyinə və əməkdaşlarına təşəkkürümüzü bildiririk.

Hər kəsi qan aksiyasında iştirak etməyə çağırırıq.  Xocalı faciəsində vəhşicəsinə qətlə yetirilmiş vətəndaşlarımızın ruhunu qan verib, irsi qan xəstəliklərindən əziyyət çəkən vətəndaşlarımıza həyat (qan) bəxş etməklə yaşadacağıq.

Xocalı faciəsini birlikdə qan verməklə yad edək!

No Comments »

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Xəbər lenti

• 20.09.2022, 10:53

Kosmik teleskopdan möhtəşəm görüntü – FOTO

• 20.09.2022, 9:58

MN: “Laçında 100 mina zərərsizləşdirilib” – FOTOLAR

• 20.09.2022, 9:56

Blinkendən Əliyevə gecə zəngi – ABŞ Ermənistanı intihara sürükləyir

• 20.09.2022, 9:02

“Əsrin müqaviləsi”nin imzalanmasından 28 il ötür

• 20.09.2022, 8:48

Azərbaycanın üç stolüstü tennisçisi erməni rəqiblərinə qalib gəlib

• 20.09.2022, 8:41

Ceyhun Bayramov üçtərəfli görüşdə Azərbaycanın mövqeyini AÇIQLADI

• 20.09.2022, 8:39

Blinken, Bayramov və Mirzoyan arasında görüş keçirilib

• 20.09.2022, 8:38

“İlham Əliyev və Paşinyan sülhə hazır olduqlarını bildirdilər” – Blinken

• 20.09.2022, 8:37

Rusiyadan yolların açılması üçün Ermənistana 5 milyardlıq TƏKLİF

• 16.09.2022, 9:28

KTMT Paşinyana “yox ”dedi – sərhəddə təxribatların davam etməsinin səbəbi nə?

• 16.09.2022, 9:25

“Qarabağ”ın qrupdakı ilk qələbəsindən şəkillər

• 16.09.2022, 9:24

“Qarabağ” Prezidentə təşəkkür etdi – Şəkil

• 16.09.2022, 9:23

“Bu qələbə Qarabağ adına, Azərbaycan adına yaraşır” – Qara Qarayev

• 16.09.2022, 9:22

“Avroliqada pley-off mərhələsinə yüksəlmək istəyirik” – Qurban Qurbanov

• 16.09.2022, 9:21

Bərdədə erməni raketi ilə dağıdılmış ev “indi vurulmuş hayk evi” nə döndü…-FOTOLAR

• 15.09.2022, 17:10

Ordumuzun azad etdiyi strateji əhəmiyyətli yüksəkliklər – ADLAR

• 15.09.2022, 14:16

Azərbaycan icması Ermənistanın sərhəd təxribatı ilə bağlı Fransa hökumətinə müraciət ünvanlayıb

• 15.09.2022, 14:09

Ermənistan hökümətinin iclası təxirə salındı

• 15.09.2022, 14:05

Ordumuzun erməni təxribatına cavabının yeni görüntüləri – VİDEO

• 15.09.2022, 14:04

Daha 21 şəhidimizin adı açıqlandı – YENİ SİYAHI

• 15.09.2022, 13:15

Azərbaycan qalib tərəfdir və sülhün tərəfindədir – MÜSAHİBƏ

• 15.09.2022, 13:14

Ötən gün ermənilərə dəstək verən ukraynalı müğənninin Bakıdakı konserti LƏĞV EDİLDİ

• 15.09.2022, 13:11

Bakı mantaşovların, şaumyanların şəhərinə necə dönmüşdü? – 15 sentyabr qurtuluşu…

• 15.09.2022, 13:10

Ermənistan parlamentində dava düşdü – VİDEO

• 15.09.2022, 13:07

KTMT ölkələrindən Ermənistana RƏDD CAVABI

sorğu

İşğal olunmuş torpaqlarımızın azad olunacağına inanırsız?

ən çox oxunanlar

Fevral 2016
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
29