Türkiyədə Xocalı faciəsinə həsr olunmuş sərgi keçirilməsinə izn verilməyib
Türkiyənin Paytaxtı Ankarada Türkçü Turançılar Dərnəyinin Xocalı faciəsinə həsr olunmuş fotosərgi keçirməsinə izn verilməyib.
Bu barədə Trend Türkiyə mətbuatına istinadən məlumat verir.
Məlumata əsasən, Dərnək fotosərginin 25, 26, 27 fevral tarixlərində keçirməyi planlaşdırıb.
Bildirilir ki, həmin tarixlərdə Ankara Qızılay Metro sərgisində başqa tədbirlərin keçirilməsinin nəzərdə tutulduğu deyilib.