Tarixdə ilk dəfə meteorit adam öldürdü
Bəşəriyyət tarixində ilk dəfə meteoritin Yerə düşməsi adam ölümünə səbəb olub.
Virtualaz.org saytı “Indian Express” nəşrinə istinadən xəbər verir ki, hadisə Hindistanın Tamilnadu ştatında baş verib.
Ştatın baş naziri Cayaram Cayalalitxa deyib ki, ölüm hadisəsi ötən şənbə günü, fevralın 6-da qeydə alınıb. Meteorit Vellor rayonundakı kollecin həyətinə düşüb.
Məlumata əsasən, meteoritin düşməsi anında partlayış baş verib, zərbə dalğasının təsirindən ətrafda olan avtobusların və binaların şüşələri sınıb. Kamarac soyadlı sürücü həmin vaxt partlayış yerinin yaxınlığından keçirmiş. Hadisə nəticəsində daha 3 bağban xəsarət alıb.
Bundan əvvəl meteoritin düşməsi nəticəsində yalnız bir canlının ölüm faktı təsdiqlənmişdi. 1972-ci ildə Venesuela ərazisinə düşən səma cismi bir inəyin ölümünə səbəb olmuşdu.