“Dağlıq Qarabağ münaqişəsi Madrid prinsipləri əsasında həll edilməlidir”
“Dağlıq Qarabağ münaqişəsi ATƏT Minsk Qrupu çərçivəsində və Madrid prinsipləri əsasında həll edilməlidir”.
APA-nın “aysor.am” saytına istinadən verdiyi xəbərə görə, bunu Ermənistanda səfərdə olan Serbiya Milli Məclisinin sədri Mayey Qoykoviç bu ölkə parlametininin sədri Qalust Saakaynla keçirdiyi görüşdə deyib.
Öz növbəsində Q. Saakyan AŞPA-nın qış sessiyasında Serbiya nümayəndə heyətinin mövqeyindən təəssüfləndiyini bildirib.
Qeyd edək ki, AŞPA-nın qış sessiyasında Serbiya nümayəndə heyətinin böyük əksəriyyəti “Azərbaycanın sərhədyanı rayonlarının sakinlərinin qəsdən içməli sudan məhrum edilməsi” adlı qətnamənin lehinə səs verib.