Barak Obama: “Ağ Evdə internet zəifdir, Wi-Fi” ümumiyyətlə tutmur”
ABŞ prezidenti Barak Obama CBS telekanlına müsahibəsində Ağ Evdə internetin keyfiyyətindən şikayətlənib.
Strateq.az bildirir ki, binada internet keyfiyyətsizdir və özünün varisinə bununla bağlı daha çox şans arzulayıb.
Telekanalın aparıcısı Barak və Mişelə “təzə prezidentə hansı məsləhəti verərdiniz?”, – sualını ünvanlayıb. Obama bu zaman internetdəki problemlərdən danışıb:
“Bu texnika ilə bağlı probelmləri bizi əvəz edəcək şəxs gələnədək həll etməyə çalışdıq. Bu köhnə binadır. Binada çoxlu “ölü zona” var ki, oralarda Wi-Fi” ümumiyyətlə tutmur”.
Mişel isə əlavə edib ki, qızları buna görə hərdən çox qəzəblənirdilər.
ABŞ-da prezident seçkiləri noyabrın 8-də keçirləcək.