Bakı
0° C
Şuşa
0° C

Rusiyadan yolların açılması üçün Ermənistana 5 milyardlıq TƏKLİF

Ətraflı

Bərdədə erməni raketi ilə dağıdılmış ev “indi vurulmuş hayk evi” nə döndü…-FOTOLAR

Ətraflı

Ordumuzun azad etdiyi strateji əhəmiyyətli yüksəkliklər – ADLAR

Ətraflı

Ordumuzun erməni təxribatına cavabının yeni görüntüləri – VİDEO

Ətraflı

ABŞ kəşfiyyat mərkəzi Azərbaycan ordusunun strateji yüksəkliyi tutmasını qeydə aldı

Azərbaycan ordusunun Ermənistanla sərhəddə, Qazax rayonu istiqamətində strateji əhəmiyyətli “Odundağ” yüksəkliyinə nəzarəti təmin edərək orada möhkəmlənməsi ABŞ özəl kəşfiyyat araşdırmaları mərkəzi “Stratfor”un diqqətini cəlb edib.

Virtualaz.org xəbər verir ki, Mərkəzi Kəşfiyyat İdarəsinin “kölgəsi” hesab olunan mərkəz Azərbaycan-Ermənistan sərhədi boyu vaxtaşırı olaraq kiçikmiqyaslı döyüşlərin baş verməsini gözardı etməməyə çağırır.

“Ötən ilin sonunda Azərbaycanın Qazax rayonu ilə Ermənistanın Tavuş bölgəsi arasında atışmalar gücləndi. Sərhədin bu hissəsində relyef mürəkkəbdir, minalar ərazini daha da təhlükəli edir. Mövcud nəqliyyat dəhlizləri vaxtaşırı monitorinq olunur, ancaq tərəflər tez-tez bir-birinə hədə-qorxu gəlir, bəzən də digərinin sərhəd ərazisini tuturlar”,-“Stratfor” bildirir.

Mərkəz qeyd edir ki,  dekabrın sonu, yanvarın əvvəlində də oxşar hadisə baş verib. Azərbaycan əsgərləri Ermənistanın Tavuş vilayətinin şimalında erməni qüvvələrinə doğru manevr ediblər. Bu toqquşmalar münaqişənin birbaşa komponenti olmadığına görə, monitorinq missiyaları onları nadir hallarda izləyir.

“Azərbaycan ordusu Odundağ yüksəkliyində postunu bərpa etdiyini bildirib. Regiondan gələn xəbərlər də bu iddianı təsdiqləyənə bənzəyir. Azərbaycanın, əslində, o mövqedən niyə çəkildiyi də aydın deyil. Amma Ermənistan Qazaxa gedən təchizat xətlərini kəsməklə Azərbaycan əsgərlərini geri çəkilməyə məcbur etmək istəyirdi. Azərbaycan ordusunun öz mövqeyini gücləndirdiyi barədə məlumatlar var. Bu yüksəklik ətrafdakı ərazilərə nəzarət baxımından vacibdir. Ən əsası, post Ermənistanın H26/M1 magistralına nəzarət imkanı verir… Bu strateji mövqe Azərbaycan-Ermənistan münaqişəsində, kiçik də olsa, bir dəyişiklik yarada bilər”,-“Stratfor” bildirir.

Xatırladaq ki, Azərbaycan ordusunun Ermənistanla sərhəddə yerləşən “Odundağ” yüksəkliyində möhkəmlənməsi və orada yerləşən monastıra silah-sursat cəmləşdirməsi barədə əvvəlcə sərhədyanı kəndlərin sakinlərinə istinadən erməni mənbələri xəbər yayıb. Daha sonra Azərbaycan Müdafiə Nazirliyi ordumuzun bu strateji yüksəkliyə nəzarət etdiyini təsdiqləyib.

“Həmin yüksəklik əlverişli və əhəmiyyətli olduğu üçün bölmələrimiz tərəfindən nəzarətə götürülüb, taktiki və mühəndis-istehkam baxımından gücləndirilib”, – deyə Müdafiə Nazirliyi bəyan edib.

“Odundağ” yüksəkliyi Ermənistanın Noemberyan rayonu ilə Azərbaycanın Qazax rayonunun sərhədində – Bağanis kəndi yaxınlığında yerləşir.

No Comments »

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Xəbər lenti

• 20.09.2022, 10:53

Kosmik teleskopdan möhtəşəm görüntü – FOTO

• 20.09.2022, 9:58

MN: “Laçında 100 mina zərərsizləşdirilib” – FOTOLAR

• 20.09.2022, 9:56

Blinkendən Əliyevə gecə zəngi – ABŞ Ermənistanı intihara sürükləyir

• 20.09.2022, 9:02

“Əsrin müqaviləsi”nin imzalanmasından 28 il ötür

• 20.09.2022, 8:48

Azərbaycanın üç stolüstü tennisçisi erməni rəqiblərinə qalib gəlib

• 20.09.2022, 8:41

Ceyhun Bayramov üçtərəfli görüşdə Azərbaycanın mövqeyini AÇIQLADI

• 20.09.2022, 8:39

Blinken, Bayramov və Mirzoyan arasında görüş keçirilib

• 20.09.2022, 8:38

“İlham Əliyev və Paşinyan sülhə hazır olduqlarını bildirdilər” – Blinken

• 20.09.2022, 8:37

Rusiyadan yolların açılması üçün Ermənistana 5 milyardlıq TƏKLİF

• 16.09.2022, 9:28

KTMT Paşinyana “yox ”dedi – sərhəddə təxribatların davam etməsinin səbəbi nə?

• 16.09.2022, 9:25

“Qarabağ”ın qrupdakı ilk qələbəsindən şəkillər

• 16.09.2022, 9:24

“Qarabağ” Prezidentə təşəkkür etdi – Şəkil

• 16.09.2022, 9:23

“Bu qələbə Qarabağ adına, Azərbaycan adına yaraşır” – Qara Qarayev

• 16.09.2022, 9:22

“Avroliqada pley-off mərhələsinə yüksəlmək istəyirik” – Qurban Qurbanov

• 16.09.2022, 9:21

Bərdədə erməni raketi ilə dağıdılmış ev “indi vurulmuş hayk evi” nə döndü…-FOTOLAR

• 15.09.2022, 17:10

Ordumuzun azad etdiyi strateji əhəmiyyətli yüksəkliklər – ADLAR

• 15.09.2022, 14:16

Azərbaycan icması Ermənistanın sərhəd təxribatı ilə bağlı Fransa hökumətinə müraciət ünvanlayıb

• 15.09.2022, 14:09

Ermənistan hökümətinin iclası təxirə salındı

• 15.09.2022, 14:05

Ordumuzun erməni təxribatına cavabının yeni görüntüləri – VİDEO

• 15.09.2022, 14:04

Daha 21 şəhidimizin adı açıqlandı – YENİ SİYAHI

• 15.09.2022, 13:15

Azərbaycan qalib tərəfdir və sülhün tərəfindədir – MÜSAHİBƏ

• 15.09.2022, 13:14

Ötən gün ermənilərə dəstək verən ukraynalı müğənninin Bakıdakı konserti LƏĞV EDİLDİ

• 15.09.2022, 13:11

Bakı mantaşovların, şaumyanların şəhərinə necə dönmüşdü? – 15 sentyabr qurtuluşu…

• 15.09.2022, 13:10

Ermənistan parlamentində dava düşdü – VİDEO

• 15.09.2022, 13:07

KTMT ölkələrindən Ermənistana RƏDD CAVABI

sorğu

İşğal olunmuş torpaqlarımızın azad olunacağına inanırsız?

ən çox oxunanlar

Fevral 2016
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
29