Berlində Xocalı soyqırımının ildönümü ilə əlaqədar tədbir təşkil olunacaq
Almaniya Azərbaycanlılarının Koordinasiya Mərkəzi, Azərbaycanlı Tələbələr Şəbəkəsinin Berlin ofisi, Berlindəki “Azərbaycan Evi” və Şəhidlik Məscidinin rəhbərliyi Xocalı soyqırımının ildönümü ilə əlaqədar yerli ictimaiyyətlə görüş keçirəcək. Fevralın 24-də keçirilməsi planlaşdırılan tədbirə Azərbaycanın və Türkiyənin Almaniyadakı səfirliklərinin nümayəndələri də qatılacaq.
Almaniyada yaşayan soydaşımız tədqiqatçı Rüfət Səttarov görüş iştirakçıları qarşısında din, siyasət və münaqişələr mövzusunda mühazirə ilə çıxış edəcək.
Eyni zamanda, həmin gün Şəhidlik Məscidinin mədəniyyət mərkəzində Xocalı soyqırımına həsr olunmuş fotosərginin açılışı da nəzərdə tutulur. Sərgi iki həftə nümayiş olunacaq.(azertag)