Tayvanda dəhşətli zəlzələ baş verib
Bu gecə Tayvanda 6,4 bal gücündə dağıdıcı zəlzələ baş verib. Tayvanın Taynan şəhərində 17 mərtəbəli bina üçüb.
Virtualaz.org xəbər verir ki, fəlakət gecə saatlarında baş verdiyindən, binada yaşayan 240 nəfərdən çoxunun həmin vaxt evdə olması güman edilir.
«Reuters» agentliyi bildirir ki, dağıntılar altından 123 nəfər xilas olunub.
Hələlik 5 nəfərin cəsədi tapılıb.