“Paşinyan deyir ki, çəkiclə başlarını əzəcəm…” – Ohanesyan

Ətraflı

Fransa “ayıldı”: Əsas qayğımız Ermənistanın sərhədləridir

Ətraflı

Sərhəddəki toqquşmalar nə qədər davam edəcək? – Polkovnik DANIŞDI

Ətraflı

Şuşaya dəmir yolu xətti çəkiləcək

Ətraflı

Qalib kimdir, məğlub kim?!

Yanvarın 2-də Səudiyyə Ərəbistanının şeyx Nimr al-Nimr başda olmaqla 50-yə qədər müxalif ruhanini edam etməsindən sonra İranla gərginləşən münasibətlər fonunda medianın diqqət ayırdığı mövzulardan biri də hər iki ölkənin silahlı qüvvələrinin potensialıdır. Ancaq görəsən tərəflərdən birinin digərindən hərbi cəhətdən üstün olması nəyi həll edir ?!…

2013-cü ildə dünya dövlətləri arasında silah satışına dair imzalanan sazişlərin maliyyə dövriyyəsi 56,8 mlrd. dollar, 2014-cü ildə 64,4 mlrd dollar olub. Ötən il isə bu rəqəmin 75 mlrd. dollardan artıq olduğu bildirilir. 2015-ci ildə başda ABŞ olmaqla müxtəlif ölkələrdən silah idxal edən 10 ölkədən 5-i Yaxın Şərqin müsəlman dövlətləridir. Elə əvvəlki illərdə də eyni ərəb dövlətləri bu siyahıda öndə olublar.

2015-ci ildə ən çox silah satan 5 dövlətin isə ABŞ, Rusiya, İsveç, Fransa və Böyük Britaniya olduğu qeyd olunur. 2015-ci ildə ən çox silah satan şirkətlərdən də hamısı (Lockheed Martın, Raytheon, Airbus Group, UAC, United Tech Corp və s.) Qərb dövlətlərinindir. İlk onluğa daxil olna bu şirkətlərin heç biri müsəlman dövlətlərinə məxsus deyil. Bu riyazi rəqəmlər əsrlərdir davam edən, günümüzdə də Səudiyyə Ərəbistanı – İran qarşıdurması ilə açıq şəkildə özünü bir daha göstərən əksər müsəlman dövlətləri arasındakı məzhəb və kiçik nüfüz davasının hansı geosiyasi qütbün xeyrinə olduğunu növbəti dəfə göz önünə sərir …

Bir tərəfdə yüksək texnologiyalara əsaslanan emal sənayesi, intensiv kənd təsərrüfatı, adambaşına on minlərlə dollar düşən Ümumi Daxili Məhsul (ÜDM), üstün həyat səviyyəsi, bir sözlə beynəlxalq standartın ən yuxarı həddi ilə ifadə olunan sosial-iqtisadi inkişaf, digər tərəfdə isə zahiri nə qədər müasirliyə yaxın olasa da, batini məişət münasibətlərindən, təhsil səviyyəsinə, iqtisadi göstəricilərə qədər orta çağı xatırladan bir sistem. Hər bir tarixi dövrü səciyyələndirən 3 əsas xüsusiyyət var: istehsal vasitəsi, təhsil və mədəniyyət səviyyəsi. Sonuncuların altını xüsusi ilə cizməyə ehtiyac var, çünki inkişaf demək olar ki, bu iki komponentdən asılıdır. Sonsuz dərəcədə təəssüflər olsun ki, bu sahədə mənzərə azsaylı istisnaları çıxmaq şərti ilə o qədər də ürəkaçan deyil.

Əgər XXI əsrdə hələ də özlərini müsəlman dünyasının liderləri sayan Yaxın Şərq dövlətləri sadəcə Tanrının ərmağanı olan xammalı satmaqla əldə etdikləri vəsaiti insan kapitalının inkişafına yox, silah alınmasına sərf edirlərsə demək baş verə biləcək müharibədə kimin qələbə çalmasından asılı olmayaraq hər ikisi məğlubdurlar….

Elməddin BEHBUD

No Comments »

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Xəbər lenti

• 28.07.2021, 16:20

Polad Bülbüloğlu: “Bakı İrəvanı sülh sazişinə çağırır”

• 28.07.2021, 15:43

Müdafiə naziri ABŞ-ın Oklahoma ştatının nümayəndə heyəti ilə görüşüb (FOTO)

• 28.07.2021, 15:42

Kəlbəcər və Laçında yol infrastrukturunun tikintisinə 10 milyon manat ayrıldı – SƏRƏNCAM

• 28.07.2021, 15:40

Azərbaycan, Ermənistan və Rusiya liderlərinin növbəti görüşü GÖZLƏNİLİR

• 28.07.2021, 15:34

İlham Əliyev Kəlbəcər və Laçında yol tikintisinə pul ayırdı

• 28.07.2021, 15:19

Rus mediası yazdı ki, Əliyev bunu rədd edib – Kürşad Zorlu

• 28.07.2021, 15:14

Qarabağın yeni yolları: Murovdağın altından 12 km-lik tunel

• 28.07.2021, 15:11

Niderland portalında Azərbaycan mətbəxi haqqında məqalə

• 28.07.2021, 15:10

“Yolumuz Qarabağadır…”

• 28.07.2021, 15:07

“Karabakh.Center” layihəsi əsasında fotosərgi keçirilib – FOTO

• 28.07.2021, 14:54

Ermənilərin Qarabağa köçürülməsi

• 28.07.2021, 14:51

İsveçli mayorun “erməni soyqırımı” iddialarını yalanlayan məktubu

• 28.07.2021, 14:46

Cüdo millimizdən biabırçı çıxış

• 28.07.2021, 14:44

Azərbaycanlı bacılar Tokioda Britaniyaya medal qazandırdılar

• 28.07.2021, 14:41

“Paşinyan deyir ki, çəkiclə başlarını əzəcəm…” – Ohanesyan

• 28.07.2021, 14:39

Bakının İrəvana son barışıq jesti – acizin yox, qalibin və güclünün jesti!..

• 28.07.2021, 14:36

“Ruslar bizə xəyanət etdi, Putin bizi satdı” – Rusiyalı turistləri Ermənistandan belə qovdular

• 28.07.2021, 14:34

Fransa “ayıldı”: Əsas qayğımız Ermənistanın sərhədləridir

• 28.07.2021, 14:30

Sərhəddəki toqquşmalar nə qədər davam edəcək? – Polkovnik DANIŞDI

• 28.07.2021, 14:08

Rusiyadan sərhəddəki gərginliyə REAKSİYA

• 28.07.2021, 13:59

Erməni hərbçilər qəzaya düşdü: Yaralılar var

• 28.07.2021, 13:57

Ermənistan Müdafiə Nazirliyinin daha bir yalanı ÜZƏ ÇIXDI

• 28.07.2021, 13:54

Diaspor nümayəndələri Cıdır düzündə Azərbaycan bayrağını dalğalandırıblar

• 28.07.2021, 13:47

Ermənistan Kəlbəcər istiqamətində tankları və 120 millimetrlik minaatanları işə saldı

• 28.07.2021, 10:09

Ermənistanın sərhəd bölgələrinə hücumları regionda təhlükəsizliyə təhdiddir – Mustafa Şentop

sorğu

İşğal olunmuş torpaqlarımızın azad olunacağına inanırsız?
Fevral 2016
BE ÇA Ç CA C Ş B
« Yan   Mar »
1234567
891011121314
15161718192021
22232425262728
29