Bakı
0° C
Şuşa
0° C

Rusiyadan yolların açılması üçün Ermənistana 5 milyardlıq TƏKLİF

Ətraflı

Bərdədə erməni raketi ilə dağıdılmış ev “indi vurulmuş hayk evi” nə döndü…-FOTOLAR

Ətraflı

Ordumuzun azad etdiyi strateji əhəmiyyətli yüksəkliklər – ADLAR

Ətraflı

Ordumuzun erməni təxribatına cavabının yeni görüntüləri – VİDEO

Ətraflı

Münəvvər Kələntərli

Görkəmli sənət “Xala”sı, gözəl həyat xanımı…

Bu xanım haqda düşünüb-daşınanda “xanımlar həm həyatın, həm sənətin gözəllikləridir” kimi fikirlərə “amin” deyirsən. Yəni, böyük Azərbaycan mədəniyyətini, səhnəmizi, kinomuzu Hökumə Qurbanova, Nəsibə Zeynalova, Leyla Bədirbəyli, Nəcibə Məlikova kimi azman aktrisalarsız təsəvvür etmək olarmı?..

Onlardan biri də 1912-ci ildə Lənkəranda doğulub, 17 yaşında Bakıya gələn və dörd-beş il sonra teatr, bir az keçmiş kino ulduzuna çevrilmiş və təəssüf ki, laqeyd bir həkim-professorun yanlış diaqnozu nəticəsində 5 fevral 1963-cü ildə – ömrünün 51-ci dönəmində dünyasını dəyişmiş Əməkdar artist Münəvvər Kələntərli!
Müasirlərinin xatirə və söhbətlərinə görə, Münəvvər xanım həyatda – teatr səhnəsi və ekrandakından da şən, duzlu-məzəli adammış. Deyirlər, onun zarafatları, atmacaları da sənət şirin-şəkəri dadır, söhbətlərindən, gülüşündən həyat eşqi yağırmış. Onu daim gümrah və gözəl qadın, gözəl səsli xanəndə kimi xatırlayanlar da var. Amma o hamı üçün təkrarsız aktrisa!..

Zəngin həyat və sənət

Münəvvər xanımın soyadı böyük, köklü-köməcli bir nəsildən idi – ən azı, yeddi arxadönəni bəlli olan Kələntərlilərdən. Onların Münəvvər xanıma yönəli qolu, təxminən, üç yüz il öncə İrandan Lənkərana köçüb, “Böyükbazar” deyilən məhəllədə yurd salıb və ticarətlə məşğul olub. Münəvvər xanım o ulu babanın törəmələrindən olan Səməd bəyin sonbeşiyi idi. Bu məqamda ailənin ilk övladı Haşım Kələntərlini də xatırlatmaq gərəkdir. Nədən ki, hörmətli oxucularımızdan çoxu H.Cavidin “Şeyx Sənan”, C.Cabbarlının “Solğun çiçəklər”inə yazılmış və bu gün də efirlərdən sevə-sevə dinlədiyimiz məşhur “Kor ərəbin mahnısı” ilə “Azad bir quşdum” mahnılarının ilk və təkrarsız ifaçısının məhz Haşım Kələntərli olduğunu bilmir. Gümanımca, məşhur xanəndə, əslən şamaxılı Yavər Kələntərlinin onun əmisi oğlu – kimya elmləri doktoru Xudaverdi Kələntərlinin həyat yoldaşı olmasından da az adam xəbərdardır.
Münəvvəri oxumağa, teatr-səhnə aləminə həvəsləndirən, hələ 17-18 yaşlarında Haşım Kələntərli ilə çalışdığı Opera və Balet Teatrına “ayaqaçdı” etdirən də Yavər xanım olub. Və bir neçə il sonra radio dalğalarından diktorların bu təqdimatları da eşidilib: “Oxuyurlar – Haşım və Münəvvər Kələntərlilər”, “Oxuyur – Münəvvər Kələntərli”…
Tezliklə məşhurlaşan Münəvvər xanım sənət-incəsənət aləminin sevimlisinə çevrilir. Haqqında “Görməmisən Münəvvərimizi – dillər əzbərimizi”, “Arşınmalçının xalası, sənət aləmimizin balası” kimi deyimlər yaranır. “Arşın mal alan filmindəki (1945) roluna görə SSRİ Dövlət mükafatı ilə təltif olunur, Bakı şəhərinin ən yaraşıqlı məkanında – indiki Ü.Hacıbəyov küçəsində ikiotaqlı mənzillə təmin edilir.
Əksəriyyəti baməzə, zarafatcıl, şirin-şəkər danışıqlı olan lənkəranlıların sadəcə “Mina” dediyi bu şən, ortaboylu, yar-yaraşıqlı, xanım-xatın ədalı, gözəl səsli qız tezliklə əsl yerini tapır; onu Musiqili Komediya Teatrına çağırırlar. O, bu şöhrətli teatrın səhnəsində ən diqqətəlayiq, xarakterik, komik obrazlar yaradır (“Hacı Kərimin Aya səyahəti”ndə Kəblə Fatma, “O olmasın, bu olsun”da Sənəm, “Gözün aydın”da Gövhər, “Qızılaxtaranlar”da Xədicə, “Ulduz”da Tamam və s.). Bu faktı da xatırladaq ki, “Hacı Kərimin Aya səyahəti"ndə o, müqtədir aktrisamız Nəsibə Zeynalovanın dublyoru olub. Nəsibə xanım səhnəyə Bəşir Səfəroğlu, Münəvvər xanım isə Lütfəli Abdullayevlə tərəf-müqabil çıxarmışlar.
Münəvvər xanımın bəxtinin gətirmədiyi yeganə (və təbii – ən vacib!) məsələ ailəsilə bağlı olub. O, sevib-seçdiyi, xətrini çox istədiyi əri Ənvərlə “Qusarda ya Bakıda” yaşamaqla bağlı son söhbətdə paytaxta, deməli, sənətə üstünlük verir və yeganə qızları Validə hələ çox balaca ikən ayrılmalı olurlar.
Müharibə illərində bir çox müğənni və aktrisalar kimi, Münəvvər xanım da səngərlərə, hospitallara gedir, müxtəlif səpkili çıxışlar edir, hələ cəbhədən qayıtmayacağından xəbərsiz olduğu qardaşına bənzəyən əsgərlərə həyat eşqi aşılamağa, bu dünyanın vaxtsız ölüm-faciə üzünü unutdurmağa çalışır.

Və onun kino dünyası…

Münəvvər Kələntərlinin şəxsi həyat və teatr-səhnə dünyasından xəbərsizlər onu canlı şəkildə yaşadan kinolentlərdən, bir çox filmlərdə yaratdığı xronometrajca qısa, təsir-təəssüratca zəngin obrazlardan çox gözəl xatırlayırlar. Xüsusən də, odlu-alovlu müharibə illərində çəkilən “Arşın mal alan”dakı Xala rolundan! Deyirlər, Münəvvər xanım həmin filmdəki rolunun hədsiz uğurundan, dövlət mükafatına layiq görülməsindən daha çox, tək elə Üzeyir bəyin deyil, bütün Azərbaycan mədəniyyətinin bu şah operettasının ermənilər tərəfindən mənimsəmə kompaniyasının ən qızğın çağında şəxsən Stalinin icazəsilə çəkilib ortaya qoyulmasına sevinirmiş. Onunçün fərəhli faktlardan biri də bu imiş ki, filmdə rol alan aktyorların əksəriyyətini özü seçmiş dahi müəllif Üzeyir bəy Xala obrazına 32 yaşlı Münəvvər Kələntərlini məsləhət bilib!..
“Arşın mal alan”dakı uğuru Münəvvər xanımı büsbütün böyük ekrana cəzb edir və o, teatrdan ayrılaraq, işgüzar həyatını kinostudiyaya bağlayır. İllər ötdükcə onun filmoqrafiyasına Azərbaycan kinosunun “Bəxtiyar”, “Qızmar günəş altında”, “O olmasın, bu olsun”, “Görüş” və digər uğurlu filmləri də düşür. Onun məşhur duetçi xalalardan biri olduğu “Bəxtiyar” filmindəki obrazını kim unuda bilər?! Bu aktrisanın öz müdirinə “Ağabala…”, səhnədə oxumağa söz tapmırkən tərəf-müqabilinə “Gülbadam…” müraciətlərini xatırlarkən, ən azı təbəssümlənməyən bir tamaşaçı tapmaq olarmı?
Münəvvər xanım kinostudiyada ən rahat, xoşxasiyyət, həmişə bir dubla çəkilən aktyorlardan sayılırmış. Çox da əliaçıq, səxavətli, həssas, hamını anlayan və hamıya aydın müsahib imiş. Həmkarları ona “Ana Mina” deyərmişlər. Üzvlərindən biri olduğu “şən beşlik” rəfiqələri isə o dövrün “canlı komediyaları” sayılırmış. Bir gün də Filarmoniyadakı konsertdən sonra onlar – Münəvvər, Cahan Talışinskaya, Sürəyya Qacar, Yavər Kələntərli və Həqiqət Rzayeva şair Əliağa Vahidi əhatəyə alıb: “ – Ay Vahid, – deyirlər – hər gördüyün qıza-gəlinə qəzəl qoşursan, bə bizi niyə yada salmırsan?”. Vahidsə bədahətən çəmləyib, onların beşini də iki misraya cəmləyir: “Həqiqətinlə Cahan parlayır Sürəyyatək, Münəvvər ölkəmin hər bir zamanda Yavəriyəm…”
…Sağlığında da başına yığışanlar çox olurmuş – tək elə qohum-əqrəbası yox, həm də teatr və kinofilmlərdə yaratdığı gözəl obrazlarının pərəstişkarları. Hələ dörd ay öncə 50 illik yubiley təntənəsinə yığışanlar! Ancaq xeyli müəmmalı ölümü xəbərilə xəstəxana qarşısına və dəfn mərasiminə yığışanların sayı-hesabı yox imiş. O gün hamı otuz illik yaradıcılığı boyu hamını düşündürən, ürəkdən güldürən bu sənətkarın Musiqili Komediya Teatrı səhnəsindəki tabutuna baxıb, hönkür-hönkür ağlayırmış…

Tahir Abbaslı

No Comments »

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Xəbər lenti

• 20.09.2022, 10:53

Kosmik teleskopdan möhtəşəm görüntü – FOTO

• 20.09.2022, 9:58

MN: “Laçında 100 mina zərərsizləşdirilib” – FOTOLAR

• 20.09.2022, 9:56

Blinkendən Əliyevə gecə zəngi – ABŞ Ermənistanı intihara sürükləyir

• 20.09.2022, 9:02

“Əsrin müqaviləsi”nin imzalanmasından 28 il ötür

• 20.09.2022, 8:48

Azərbaycanın üç stolüstü tennisçisi erməni rəqiblərinə qalib gəlib

• 20.09.2022, 8:41

Ceyhun Bayramov üçtərəfli görüşdə Azərbaycanın mövqeyini AÇIQLADI

• 20.09.2022, 8:39

Blinken, Bayramov və Mirzoyan arasında görüş keçirilib

• 20.09.2022, 8:38

“İlham Əliyev və Paşinyan sülhə hazır olduqlarını bildirdilər” – Blinken

• 20.09.2022, 8:37

Rusiyadan yolların açılması üçün Ermənistana 5 milyardlıq TƏKLİF

• 16.09.2022, 9:28

KTMT Paşinyana “yox ”dedi – sərhəddə təxribatların davam etməsinin səbəbi nə?

• 16.09.2022, 9:25

“Qarabağ”ın qrupdakı ilk qələbəsindən şəkillər

• 16.09.2022, 9:24

“Qarabağ” Prezidentə təşəkkür etdi – Şəkil

• 16.09.2022, 9:23

“Bu qələbə Qarabağ adına, Azərbaycan adına yaraşır” – Qara Qarayev

• 16.09.2022, 9:22

“Avroliqada pley-off mərhələsinə yüksəlmək istəyirik” – Qurban Qurbanov

• 16.09.2022, 9:21

Bərdədə erməni raketi ilə dağıdılmış ev “indi vurulmuş hayk evi” nə döndü…-FOTOLAR

• 15.09.2022, 17:10

Ordumuzun azad etdiyi strateji əhəmiyyətli yüksəkliklər – ADLAR

• 15.09.2022, 14:16

Azərbaycan icması Ermənistanın sərhəd təxribatı ilə bağlı Fransa hökumətinə müraciət ünvanlayıb

• 15.09.2022, 14:09

Ermənistan hökümətinin iclası təxirə salındı

• 15.09.2022, 14:05

Ordumuzun erməni təxribatına cavabının yeni görüntüləri – VİDEO

• 15.09.2022, 14:04

Daha 21 şəhidimizin adı açıqlandı – YENİ SİYAHI

• 15.09.2022, 13:15

Azərbaycan qalib tərəfdir və sülhün tərəfindədir – MÜSAHİBƏ

• 15.09.2022, 13:14

Ötən gün ermənilərə dəstək verən ukraynalı müğənninin Bakıdakı konserti LƏĞV EDİLDİ

• 15.09.2022, 13:11

Bakı mantaşovların, şaumyanların şəhərinə necə dönmüşdü? – 15 sentyabr qurtuluşu…

• 15.09.2022, 13:10

Ermənistan parlamentində dava düşdü – VİDEO

• 15.09.2022, 13:07

KTMT ölkələrindən Ermənistana RƏDD CAVABI

sorğu

İşğal olunmuş torpaqlarımızın azad olunacağına inanırsız?

ən çox oxunanlar

Fevral 2016
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
29