Füzulidə ev yanıb
Füzuli rayonu, 6-ci Qayıdış qəsəbəsində vətəndaşa məxsus ümumi sahəsi 70 kv.m olan birmərtəbəli 2 otaqlı evin yanar konstruksiyalari və ev əşyaları yanıb.
Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, yaxınlıqdakı yaşayış evi yanğından mühafizə olunub. Yanğın saat 00:51-də yanğınsöndürənlər tərəfindən söndürülüb.