Bakı
0° C
Şuşa
0° C

Rusiyadan yolların açılması üçün Ermənistana 5 milyardlıq TƏKLİF

Ətraflı

Bərdədə erməni raketi ilə dağıdılmış ev “indi vurulmuş hayk evi” nə döndü…-FOTOLAR

Ətraflı

Ordumuzun azad etdiyi strateji əhəmiyyətli yüksəkliklər – ADLAR

Ətraflı

Ordumuzun erməni təxribatına cavabının yeni görüntüləri – VİDEO

Ətraflı

“Üzeyir bəyin qardaşı, sirdaşı, məsləkdaşı”

Ceyhun Hacıbəylinin 125 illiyinə həsr olunmuş tədbir keçirildi

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev 2015-ci il noyabrın 19-da tanınmış yazıçı-publisist, tərcüməçi, naşir və ictimai xadim Ceyhun Hacıbəylinin (1891-1962) 125 illik yubileyinin keçirilməsi haqqında sərəncam imzalayıb. Sərəncamda Azərbaycan Milli Elmlər Akademiyasına Mədəniyyət və Turizm Nazirliyi və Təhsil Nazirliyi ilə birlikdə Ceyhun Hacıbəylinin 125 illiyinə həsr olunmuş tədbirlər planını hazırlayıb həyata keçirmək tapşırılıb.
Fevralın 2-də Üzeyir Hacıbəylinin ev-muzeyində Ceyhun Hacıbəyliyə həsr olunmuş “Üzeyir bəyin qardaşı, sirdaşı, məsləkdaşı” mövzusunda tədbir keçirildi.
Tədbiri muzeyin direktoru, Bəstəkarlar İttifaqının katibi, Əməkdar incəsənət xadimi Sərdar Fərəcov açaraq dahi bəstəkar Üzeyir bəyin kiçik qardaşı Ceyhun Hacıbəylinin həyat və yaradıcılığından, mühacirətdə keçən ömür yolundan danışdı. Qeyd olundu ki, C.Hacıbəyli 1891-ci ildə Şuşa şəhərində anadan olub. Gənc yaşlarından istedadlı yazıçı-publisist kimi tanınıb. “Kaspi”, “Azərbaycan” və digər qəzetlərdə yüzlərlə publisistik məqalə, hekayə və felyetonları dərc olunub. “İttihad”, Xalq Cümhuriyyəti dövründə “Azərbaycan” (rus dilində) qəzetinin redaktoru olub.
Filologiya elmləri doktoru Abid Tahirli çıxışında Ceyhun Hacıbəylinin mühacirət həyatına daha çox yer verdi. Qeyd etdi ki, Ceyhun bəy Avropa dillərini yaxşı bildiyinə görə 1919-cu ilin yanvarında Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən Parisdə I Dünya müharibəsinin yekunları ilə bağlı keçirilən sülh konfransı üzrə Azərbaycan nümayəndə heyətinə müşavir təyin olunur. Azərbaycan hökumətinin tapşırığı ilə Cümhuriyyət parlamentinin sədri Əlimərdan bəy Topçubaşovun başçılıq etdiyi heyətlə Parisə yola düşür. Səfərdə əsas məqsəd Azərbaycan Xalq Cümhuriyyətini beynəlxalq aləmdə tanıtdırmağa nail olmaq idi. 1920-ci ilin yanvarına qədər fasilələrlə davam edən həmin konfransda Azərbaycan Cümhuriyyətinin istiqlaliyyəti tanınır. Uğrunda çalışdığı Vətənə bir daha qayıda bilməyən C.Hacıbəyli Fransada yaşayır, 1962-ci il Parisdə vəfat edir.
Diqqətə çatdırıldı ki, C.Hacıbəyli hələ gənclik illərindən Azərbaycan ədiblərinin əsərlərini fransız, ingilis dillərinə çevirib. Arxiv sənədlərindən aydın olur ki, Üzeyir bəyin məşhur “Arşın mal alan” musiqili komediyası da məhz onun tərcüməsində ilk dəfə olaraq 1925-ci ildə Parisin “Femino” teatrında tamaşaya qoyulub.
Filologiya elmləri doktorları Asif Rüstəmli, Elçin Mehrəliyev, filologiya üzrə fəlsəfə doktoru Firudin Qurbansoy, yazıçı-publisist Ənvər Əhməd, səsyazmalar arxivinin direktoru Yaqub Mədətov və başqaları çıxış edərək C.Hacıbəylinin həyat və yaradıcılığı ilə bağlı maraqlı məqamlara toxundular. Asif Rüstəmli “Müdriklik mücəssəməsi” və “Azərbaycan Paris sülh konfransında” kitablarını muzeyə hədiyyə etdi.
Çıxışlardan sonra Heydər Əliyev Fondunun dəstəyi ilə Bakı Media Mərkəzi tərəfindən ekranlaşdırılan “Əbədi ezamiyyət” sənədli filmindən fraqmentlər göstərildi.

No Comments »

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Xəbər lenti

• 20.09.2022, 10:53

Kosmik teleskopdan möhtəşəm görüntü – FOTO

• 20.09.2022, 9:58

MN: “Laçında 100 mina zərərsizləşdirilib” – FOTOLAR

• 20.09.2022, 9:56

Blinkendən Əliyevə gecə zəngi – ABŞ Ermənistanı intihara sürükləyir

• 20.09.2022, 9:02

“Əsrin müqaviləsi”nin imzalanmasından 28 il ötür

• 20.09.2022, 8:48

Azərbaycanın üç stolüstü tennisçisi erməni rəqiblərinə qalib gəlib

• 20.09.2022, 8:41

Ceyhun Bayramov üçtərəfli görüşdə Azərbaycanın mövqeyini AÇIQLADI

• 20.09.2022, 8:39

Blinken, Bayramov və Mirzoyan arasında görüş keçirilib

• 20.09.2022, 8:38

“İlham Əliyev və Paşinyan sülhə hazır olduqlarını bildirdilər” – Blinken

• 20.09.2022, 8:37

Rusiyadan yolların açılması üçün Ermənistana 5 milyardlıq TƏKLİF

• 16.09.2022, 9:28

KTMT Paşinyana “yox ”dedi – sərhəddə təxribatların davam etməsinin səbəbi nə?

• 16.09.2022, 9:25

“Qarabağ”ın qrupdakı ilk qələbəsindən şəkillər

• 16.09.2022, 9:24

“Qarabağ” Prezidentə təşəkkür etdi – Şəkil

• 16.09.2022, 9:23

“Bu qələbə Qarabağ adına, Azərbaycan adına yaraşır” – Qara Qarayev

• 16.09.2022, 9:22

“Avroliqada pley-off mərhələsinə yüksəlmək istəyirik” – Qurban Qurbanov

• 16.09.2022, 9:21

Bərdədə erməni raketi ilə dağıdılmış ev “indi vurulmuş hayk evi” nə döndü…-FOTOLAR

• 15.09.2022, 17:10

Ordumuzun azad etdiyi strateji əhəmiyyətli yüksəkliklər – ADLAR

• 15.09.2022, 14:16

Azərbaycan icması Ermənistanın sərhəd təxribatı ilə bağlı Fransa hökumətinə müraciət ünvanlayıb

• 15.09.2022, 14:09

Ermənistan hökümətinin iclası təxirə salındı

• 15.09.2022, 14:05

Ordumuzun erməni təxribatına cavabının yeni görüntüləri – VİDEO

• 15.09.2022, 14:04

Daha 21 şəhidimizin adı açıqlandı – YENİ SİYAHI

• 15.09.2022, 13:15

Azərbaycan qalib tərəfdir və sülhün tərəfindədir – MÜSAHİBƏ

• 15.09.2022, 13:14

Ötən gün ermənilərə dəstək verən ukraynalı müğənninin Bakıdakı konserti LƏĞV EDİLDİ

• 15.09.2022, 13:11

Bakı mantaşovların, şaumyanların şəhərinə necə dönmüşdü? – 15 sentyabr qurtuluşu…

• 15.09.2022, 13:10

Ermənistan parlamentində dava düşdü – VİDEO

• 15.09.2022, 13:07

KTMT ölkələrindən Ermənistana RƏDD CAVABI

sorğu

İşğal olunmuş torpaqlarımızın azad olunacağına inanırsız?

ən çox oxunanlar

Fevral 2016
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
29