Neft nikbinliyini bərpa etdi, dollar ucuzlaşır
Dünya bazarlarında həftənin əvvəlində ucuzlaşaraq 29-30 dollar həddinə geriləyən neft yenidən 35 dollar həddinə çatıb.
ANS PRESS-in məlumatına görə, dünya bazarlarında ötən gün 32.72 dollar olan “Brent” markalı neftin qiyməti bu səhər bahalaşaraq 35.42 dollara çatıb.
“WTI” neftində də cüzi bahalaşma müşahidə olunub. Ötən gün 29.52 dollar olan “Texas” markalı neftin bir barelinin qiyməti də bahalaşaraq 32.64 dollarda qərarlaşıb.
Ötən gün “AzəriLayt” markalı neftin bir barrelinin qiyməti isə 1,69 dollar ucuzlaşaraq 34,09 dollar təşkil edib.
Mənbə: Bloomberg
"Bloomberg" xəbər verir ki, neftin qiymətinin bahalaşması dolların dəyərdən düşməsi ilə bağlıdır. Nəşrin yazdığına görə, “qara qızılın” bahalaşması ABŞ dollarının digər valyutalara nisbətən kəskin ucuzlaşması fonunda baş verir.
Oktyabr ayından etibarən dollar avro qarşısında maksimum həddə – 1,7% ucuzlaşaraq 1,1105 dollar təşkil edib. Sonuncu dəfə ABŞ valyutası 2009-cu ildə belə kəskin ucuzlaşmışdı.
Əlvan metalın qiymətində isə müxtəlif istiqamətlərdə dəyişikliklər müşahidə edilib. "Bloomberg"in məlumatına görə, qızılın 1 qramı bahalaşaraq 36,76 dollar olub. Platinin 1 qramı 28.42 dollar, palladiumun 1 qramı isə 16.51 dollar olub. Gümüşün qiyməti cüzi bahalaşma ilə 1 qram üçün 0.47 dollar müəyyənləşib.
Mənbə: Bloomberg
Ötən gün AMB-nin ən son USD/AZN rəsmi məzənnəsi 1,5894 səviyyəsində olub. Avronun məzənnəsində ucuzlaşma qeydə alınıb. Avro 1.7348 manat, Rusiya rublu isə cüzi ucuzlaşma ilə 0.0199 manat olub. Həmçinin 1 ingilis funt-sterlinqi ucuzlaşaraq 2.2899 AZN, 1 türk lirəsinin qiyməti isə 0.5372 AZN müəyyənləşib.
AMB-dən verilən məlumata görə, USD/AZN rəsmi məzənnəsi fevralın 4-də 1,5858 manat müəyyən edilib.
Mənbə: Azərbaycan Mərkəzi Bankı