Ermənistanda qripə görə qış tətili uzadıldı
Ermənistanın Armavir regionunda qrip epidemiyasına ğörə 10 məktəbdə tətil uzadılıb.
Bu məktəblərtə tədrisin fevralın 8-də bərpa edilməsi planlaşdırılır.
Bu barədə fevralın 3-də Ermənistanın Təhsil Nazirliyi məlumat yayıb.
Nazirliyin məlumataına görə, fevralın 1-də ölkənin digər məktəblərində dərslər bərpa olunub.
Qeyd edək ki, bundan əvvəl Ermənistanda “Donuz qripi”-H1N1 virusundan azı 18 nəfərin öldüyü bildirilirdi.
Qonşu İranda da bu virusdan azı 45 nəfərin ölməsi barədə məlumat verilmişdi.