Ermənistanda atışma: 2 ölü, 1 yaralı
Ötən gecə Ermənistanın Araqatsotn vilayətində silahlı atışma baş verib.
Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, Talin rayonunu Araqatsavan kəndindəki silahlı insident zamanı 40 yaşlı Artyom Xamoyan və 49 yaşlı Vardqes Qalstyan ölüblər.
Cinayəti törədən şəxsin artıq saxlanıldığı bildirilir.