Erməni səfir Azərbaycana qarşı çıxan AŞPA deputatına məktub yazdı
Slovakiyanın Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin üzvü Lyuboş Blaxa Facebook səhifəsində Ermənistan səfirindən təşəkkür məktubu aldığını bildirib.
Modern.az saytı Ermənistan KİV-nə istinadən xəbər verir ki, səfir məktubunda Lyuboş Blaxa ingilis deputat Robert Uloterin “Dağlıq Qarabağ və Azərbaycanın digər işğal olunmuş ərazilərində zorakılğın artması” adlı məruzəsinin qəbul olunmamasında slovak deputatların oynadığı rola görə təşəkkür edir.
“Hörmətli cənab Blax, sizə Robert Uolterin məruzəsinin səsvermədən keçməməsində oynadığınız rola görə, həmçinin ATƏT-in Minsk qrupunun və Ermənistanın mövqeəyini müdafiə etdiyinizə görə təşəkkür edirdik”.
Lyuboş Blaxa Ermənistan səfirinə təşəkkür edib və Türkiyə və Azərbaycan qarşı həmişə Ermənistanın yanında olacağını deyib.