Bakı
0° C
Şuşa
0° C

Rusiyadan yolların açılması üçün Ermənistana 5 milyardlıq TƏKLİF

Ətraflı

Bərdədə erməni raketi ilə dağıdılmış ev “indi vurulmuş hayk evi” nə döndü…-FOTOLAR

Ətraflı

Ordumuzun azad etdiyi strateji əhəmiyyətli yüksəkliklər – ADLAR

Ətraflı

Ordumuzun erməni təxribatına cavabının yeni görüntüləri – VİDEO

Ətraflı

Bir Əsgər var idi…

Hamı onu Ələsgər kimi tanıyırdı…

Sənətdə iz qoyanların qəlblərdəki xoş xatirələri onların özündən qat-qat uzunömürlü olur. Ötən həftə Əməkdar artist Əsgər Məmmədoğlunun vəfatından qırx gün keçdi… Qırx ay da ötəcək, qırx il də… Gedənlər gedəcək, gələnlər gələcək… Dünya elə hey bir yandan dolub-boşalacaq. Ondan da danışacaqlar, dəfələrlə yada salacaqlar.
* * *
Hərdən fikirləşirəm ki, qaydaları dəyişib, Dədə Qorqud zamanındakı kimi bir hünər göstərəndən sonra adama ad qoysaydılar, nə olardı ki… Axı, bəzən doğulan körpəyə verilən ad onun taleyini müəyyən etmiş olur. Bir qədər ömür yaşamış o insanı kənardan müşahidə edəndə görürsən ki, daşıdığı isim sanki öz sahibini nəyəsə kodlaşdırıb: ya o, bacardığından artığına iddialıdır, heç cür geri çəkilmək istəmir, ya da əksinə, öz bacarığının layiqincə parlamasından ötrü səy göstərmir. Eeeeh… İnsanlar öz potensiallarını bilsəydilər, yəqin ki dünya ayrı cür olardı.
* * *
…Ona Əsgər adını vermişdilər. Bu adı ona kim qoymuşdu, kimin şərəfinə qoymuşdu, ya da elə-belə, «lap yaxşı addır» deyib qoymuşdular, bilmirik… Amma yaşı artdıqca ucaboy, enlikürək olacağı bəlli olan bu oğlanın içində bir sıxıntı, bir utancaqlıq da böyüyürdü. Ya yeniyetmə qızların ideal oğlan parametrlərinə uyğun gəlmədiyindən, ya da çox uca boyundan çəkinirdi (ayama qoşmaqda mahirik axı…) deyə, çiyinlərini qısıb yerimək vərdişi də onunla böyüdü.
…Bu oğlan aktyorluğu özünə sənət seçdi… Sənət sevgisi, məharəti böyük, özü də zahirən sığallı, standart görünüşlü yaşıdlarından seçilən Əsgər dövrün «qəhrəman qəlibinə» sığışmırdı. Bəlkə də deyənlər tapılacaq ki, əşi, sovet dövrünü bilmirsən, o dövrün film və teatr qəhrəmanlarına, həmin qəhrəman obrazlarını yaradanlara qarşı tələb özgə idi. Razı deyiləm! Əsgər Məmmədoğlu «Evləri köndələn yar» tamaşasında Şair rolunu oynayanda 1985-ci il idi, teatrda «Bizim qəribə taleyimiz»də koloritli ifası ilə yadda qalanda 1988-ci il, elə «Bəyin oğurlanması» filmindəki «Nə var eee, Ələsgər, Ələsgər» etirazı dillər əzbərinə çevriləndə, bu obraz ilə adının Əsgər yox, Ələsgər deyə yazılmağa başladığı zamanda da 1985-ci il idi. Üstəlik, Əsgər Məmmədoğlu yetkin sənətçi yaşına yetişəndən ömrünü başa vuranadək müstəqillik dövründə iyirmi ildən çox yaşadı… Amma, neyləyək ki, Əsgərin daxilindəki potensialı görüb, məxsusi onun üçün yazan, məhz onu baş rola çəkmək istəyən tapılmadı… Beləcə, Azərbaycan Fernaldel, Jan Reno, Lino Ventura, Kamal Sunal kimi fərqli obrazlar yaratmağa qabil aktyor imicini yarada bilmədi…
* * *
Kim nə deyir desin, məncə, rəhmətlik öz adının tilsiminə düşmüşdü: heç bir zaman adı nə teatr qalmaqallarında hallandı, nə hansısa rejissor ilə rol davasına çıxdığını eşitdik, nə təzə komik serialınızda mənə də rol verin deyə televiziyaların qapısında qaldı, nə də xəstəyəm deyib kömək istədi. Beləcə, böyük istedadını, yaratmaq potensialını içində kiçildən bir aktyor kimi yaddaşlarda qaldı Əsgər Məmmədoğlu…
* * *
İndi heyfsilənmək, gen-bol tərifləmək də olar, «onunla bağlı bir planım var idi» deyib köks ötürmək də. Nə fayda? Əsgər Məmmədoğlu sadə bir insan ömrü yaşamağı, sənətinə sədaqətlə qulluq etməyi, roldan kənarda cəmiyyətin bütün həya normalarını gözləyərək yaşamağı üstün bildi və bu cür yaşadı. Övladlarına təmiz ad, bütün sevənlərinin qəlbində ilıq təbəssüm dolu bir xatirə qoyub getdi.
Haqqında söz düşəndə də deyəcəklər ki, bu dünyada bir Əsgər var idi.

Gülcahan Mirməmməd

No Comments »

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Xəbər lenti

• 20.09.2022, 10:53

Kosmik teleskopdan möhtəşəm görüntü – FOTO

• 20.09.2022, 9:58

MN: “Laçında 100 mina zərərsizləşdirilib” – FOTOLAR

• 20.09.2022, 9:56

Blinkendən Əliyevə gecə zəngi – ABŞ Ermənistanı intihara sürükləyir

• 20.09.2022, 9:02

“Əsrin müqaviləsi”nin imzalanmasından 28 il ötür

• 20.09.2022, 8:48

Azərbaycanın üç stolüstü tennisçisi erməni rəqiblərinə qalib gəlib

• 20.09.2022, 8:41

Ceyhun Bayramov üçtərəfli görüşdə Azərbaycanın mövqeyini AÇIQLADI

• 20.09.2022, 8:39

Blinken, Bayramov və Mirzoyan arasında görüş keçirilib

• 20.09.2022, 8:38

“İlham Əliyev və Paşinyan sülhə hazır olduqlarını bildirdilər” – Blinken

• 20.09.2022, 8:37

Rusiyadan yolların açılması üçün Ermənistana 5 milyardlıq TƏKLİF

• 16.09.2022, 9:28

KTMT Paşinyana “yox ”dedi – sərhəddə təxribatların davam etməsinin səbəbi nə?

• 16.09.2022, 9:25

“Qarabağ”ın qrupdakı ilk qələbəsindən şəkillər

• 16.09.2022, 9:24

“Qarabağ” Prezidentə təşəkkür etdi – Şəkil

• 16.09.2022, 9:23

“Bu qələbə Qarabağ adına, Azərbaycan adına yaraşır” – Qara Qarayev

• 16.09.2022, 9:22

“Avroliqada pley-off mərhələsinə yüksəlmək istəyirik” – Qurban Qurbanov

• 16.09.2022, 9:21

Bərdədə erməni raketi ilə dağıdılmış ev “indi vurulmuş hayk evi” nə döndü…-FOTOLAR

• 15.09.2022, 17:10

Ordumuzun azad etdiyi strateji əhəmiyyətli yüksəkliklər – ADLAR

• 15.09.2022, 14:16

Azərbaycan icması Ermənistanın sərhəd təxribatı ilə bağlı Fransa hökumətinə müraciət ünvanlayıb

• 15.09.2022, 14:09

Ermənistan hökümətinin iclası təxirə salındı

• 15.09.2022, 14:05

Ordumuzun erməni təxribatına cavabının yeni görüntüləri – VİDEO

• 15.09.2022, 14:04

Daha 21 şəhidimizin adı açıqlandı – YENİ SİYAHI

• 15.09.2022, 13:15

Azərbaycan qalib tərəfdir və sülhün tərəfindədir – MÜSAHİBƏ

• 15.09.2022, 13:14

Ötən gün ermənilərə dəstək verən ukraynalı müğənninin Bakıdakı konserti LƏĞV EDİLDİ

• 15.09.2022, 13:11

Bakı mantaşovların, şaumyanların şəhərinə necə dönmüşdü? – 15 sentyabr qurtuluşu…

• 15.09.2022, 13:10

Ermənistan parlamentində dava düşdü – VİDEO

• 15.09.2022, 13:07

KTMT ölkələrindən Ermənistana RƏDD CAVABI

sorğu

İşğal olunmuş torpaqlarımızın azad olunacağına inanırsız?

ən çox oxunanlar

Fevral 2016
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
29