Baqrat Asatryan: “Ermənistan uzun müddətdən bəridir ki, inkişaf etmir”
“Ermənistan iqtisadi vəziyyətinə görə uzun müddətdən bəridir ki, inkişaf etmir. Əsasən dərin, düşündürücü hadisələr baş verir, lakin onlar bizə təqdim edilmir”.
Asatryan hesab edir ki, əgər iqtisadi fəallıq indeksi 3 faizdirsə, kasıblığın inkişaf etməsi, insanların ölkəni tərk etməsi anlaşılmazdır.
Asatryan bildirib ki, o bir il öncə Ermənistanın iki rəqəmli tənəzzüllə üzləşəcəyini proqnozlaşdırıb: “Ermənistan kimi iqtisadi artım göstəricisi 3 faiz olan dövlətlərdəki artım inkişaf kimi təsvir edilə bilməz”.(azadinform)