Azərbaycan ordusu heç vaxt dinc əhaliyə və mülki obyektlərə atəş açmayıb
Azərbaycan Müdafiə Nazirliyi ermənilərə məxsus mülki avtomobilin vurulması barədə yayılan məlumatlara münasibət bildirib.
Nazirliyin mətbuat xidmətindən APA-ya deyilib ki, erməni tərəfi Azərbaycan-Ermənistan dövlət sərhədindəki təxribatı ört-basdır etmək və Azərbaycanı günahlandırmaq məqsədilə guya mülki şəxsə məxsus "VAZ-2106" markalı avtomobilin vurulması barədə absurd xəbər yayıb:
"Azərbaycan Silahlı Qüvvələri beynəlxalq humanitar hüququn prinsip və normalarına riayət edərək heç vaxt dinc əhalini, mülki obyektləri və avtomobilləri atəşə tutmayıb. Bu kimi məlumatların heç bir əsası yoxdur və növbəti erməni yalanıdır"