Qarabağ məsələsini hansı beynəlxalq təşkilat həll edə bilər? – SORĞU
Azərbaycan 24 ildir Dağlıq Qarabağ münaqişəsinin həllinə beynəlxalq missiyamın vasitəçiliyilə nail olmağa çalışır. Amma vasitəçilik missiyasını üzərinə götürən Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) Minsk qrupu bu günə qədər konkret nəticə ortaya qoymayıb.
Minsk qrupunin həmsədrləri 24 ildir regiona nəticəsiz səfərlər etməklə işlərini bitmiş sayır və münaqişənin uzanmasına çalışırlar. Eyni zamanda da dolayı yollarla Azərbaycan ərazilərinin 20 fazini işğal etmiş Ermənistanın mövqeyini dəstəkləyirlər.
Artıq bu “mötəbər” təşkilatın fəaliyyətinə olan inam sıfıra enib. Minsk qrupunun həmsədri olan böyük dövlətlər (ABŞ, Rusiya, Fransa) Ermənistan-Azərbaycan arasındakı mövcud gərginlik fonunda öz “oyunlarını” oynayırlar.
Azərbaycan rəsmi səviyyədə Minsk qrupunun vasitəçiliyindən imtina təklifləri səsləndirməyə başlayıb.
Belədə bu münaqişənin hansı beynəlxalq təşkilatın vasitəçiliyilə həlli mümkün ola bilər?
Modern.az saytı bu suala cavab almaq üçün növbəti sorğuya start verir.
Sorğumuzda iştirak etmək istəyən oxuculardan xahiş olunur ki, Modern.az-ın əsas səhifəsindəki cavablara baxıb onlardan birinə səs versin.
Beləliklə: Qarabağ məsələsini hansı beynəlxalq təşkilat həll edə bilər?
Cavablar:
ATƏT – Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı
BMT – Birləşmiş Millətlər Təşkilatı
NATO- Şimali Atlantika Müqaviləsi Təşkilatı
AŞPA – Avropa Şurası Parlament Assambleyası
MDB – Müstəqil Dövlətlər Birliyi
BQXK – Beynəlxalq Qırmızı Xaç Komitəsi
AB – Avropa Birliyi
Heç biri
Azərbaycan və Ermənistanın özləri