Bakı
0° C
Şuşa
0° C

Rusiyadan yolların açılması üçün Ermənistana 5 milyardlıq TƏKLİF

Ətraflı

Bərdədə erməni raketi ilə dağıdılmış ev “indi vurulmuş hayk evi” nə döndü…-FOTOLAR

Ətraflı

Ordumuzun azad etdiyi strateji əhəmiyyətli yüksəkliklər – ADLAR

Ətraflı

Ordumuzun erməni təxribatına cavabının yeni görüntüləri – VİDEO

Ətraflı

Büdcə gəlirlərini 10 dəfə artıracaq biznes

Ötən il Azərbaycanda elektron ticarət dövriyyəsinin həcmi iki dəfəyə qədər artıb. 

ANS PRESS-in məlumatına görə, 2015-cı ildə elektron pərakəndə ticarət dövriyyəsinin həcmi 12,8 milyon manat təşkil edib. Rəqəmi açıqlayan Dövlət Statistika Komitəsi bildirib ki, bu, 2014-cü ilin göstəricisinə nisbətən 1,9 dəfə artıqdır. ANS PRESS-in bazarda apardığı araşdırmaya görə, cari ildə atılan bir sıra addımlar elektron ticarət dövriyyəsinin 2015-ci ilə nisbətən xeyli artacağını ehtimal etməyə imkan verir. 

Buna Dövlət Gömrük Komitəsi (DGK) tərəfindən tətbiq edilən bir sıra yeniliklər imkan yaradacaq. DGK sədri Aydın Əliyev yanvarın sonunda Bakıda çıxış edərək internet ticarətinin nəinki Azərbaycanda müəyyən problemə çevrildiyini diqqətə çatdırıb: “Bu ticarət artıq asan vasitəyə çevrilib. Bundan eyni zamanda vergilərdən yayınmaq üçün müəyyən “işbazlar” da istifadə edirlər”.


Aydın Əliyev – Dövlət Gömrük Komitəsinin sədri

ANS PRESS-in internet ticarəti sektorunda apardığı araşdırmaya görə, son illərdə Bakıda minə yaxın internet ticarəti resursu peyda olub. Əsasən sosial şəbəkələrdə – “Facebook”da və “İnstagram”da yerləşən bu resurslar əsas idxalı poçt vasitəsi ilə gerçəkləşdirir. Orta hesabla aylıq 8000 dollarlıq dövriyyəyə malik internet ticarəti resursları əsasən nağd vəsaitlərlə işləyirlər. Məhsulun qiymətinin üzərinə əlavə etdikləri ticarət marjası da elə yüksək olmur, adətən 20-30% əlavə edirlər. Yəni bir internet resursun gəliri 1500-2500 dollar arası dəyişir. Hər resurda bir və ya iki nəfər məşğul olur və adambaşı qazanc ayda 1200-2000 dollar arasında dəyişir. 

Bakı səviyyəsində götürdükdə bu, yetərincə əlverişli gəlirdir və bunda pis bir şey yoxdur. Bu məsələnin yeganə arzu olunmayan tərəfi sözügedən resursların vasitəsi ilə pul qazanan minlərlə adamın vergi nəzarətindən kənarda qalmasıdır. Qeyri-rəsmi fəaliyyət göstərən internet-resurslar rəsmi fəaliyyət göstərən rerusların fəaliyyətinə də mane olur. 

Bakıda rəsmi fəaliyyət göstərən populyar onlayn-ticarət saytlarından birinin icraçı direktoru Samir Mehdiyev ANS PRESS-ə müsahibəsi zamanı bildirib ki, qeyri-rəsmi onlayan ticarətçilərin tətbiq etdiyi ticarət marcası hətta malın gömrükdən keçən zaman ödədiyi vergi və rüsumların cəmindən xeyli aşağı olur: “Xaricdən gələn mal gömrükdən keçən zaman əsas məbləğin 36%-inə vergi ödənir. Buraya 18%-lik əlavə dəyər vergisi (ƏDV), mlına görə dəyişən gömrük rüsumu və xidmət haqqı daxildir. Bu, istənilən halda qeri-rəsmilərin əlavə etdiyi 20-30%-dən aşağıdır. Üstəlik, rəsmi fəaliyyət göstərənlərin rentabelli işləməsi üçün əlavə edilən ticarət marcası bu fərqi xeyli artırır”. 


Samir Mehdiyev – onlayn-ticarət saytlarının icraçı direktoru

Buna görə də rəsmi fəaliyyət göstərən saytlar özləri xaricdən mal idxal etmirlər: “Biz əsasən Azərbaycanda fəaliyyət göstərən şirkətlərin mallarını satırıq. Bu şirkətlər xaricdən malı iri partiyalarla birbaşa istehsalçılardan gətirirlər, lazımi gömrük prosedurlarından özləri keçirirlər. Biz yalnız onların qiymətinin üstünə öz ticarət marcamızı əlavə edirik”,- deyə Samir Mehdiyev vurğulayır. 

Amma istənilən halda, rəsmilərin fəaliyyəti qeyri-rəsmilərdən 8 dəfəyə qədər zəifdir. ANS PRESS-in araşdırmasına görə, Azərbaycandakı qeyri-rəsmi internet resurslarının illik dövriyyəsi təxminən 96 milyon dollar ətrafındadır. Bunu 21 dekaba qədər olan məzənnə ilə 12 milyon dollara bərabər olan rəsmi dövriyyə ilə müqayisə etmək çox çətindir. 

Qeyri-rəsmilərin sayəsində 2015-ci ilin ilk 9 ayında poçt göndərişləri vasitəsilə Azərbaycana gətirilmiş 2,5 min ton malın cəmi 2,4 tonu bəyan edilib. Ölkəyə idxal edilən mobil telefonların yalnız 10 faizi gömrük nəzarətindən keçib. 

Nəticədə, Azərbaycanın adambaşına düşən rəsmi onlayn-ticarət dövriyyəsi bir sıra MDB ölkələri müqayisə olunmaz səviyyədə qalıb. Azərbaycan onlayn ticarətin daha gür olduğu devalvasiyasız 2014-cü ilin rəqəmləri bu fərqi daha bariz ortaya çıxarır. 2014-cü ildə Rusiyada 16,6 milyard dollarlıq (adambaşın 115 dollar), Qazaxıstan 1,5 milyard dollarlıq ( adambaşına 88 dollar), Belarusda 450 milyon dollarlıq (adambaşına 47 dollar) onlayn-ticarət dövriyyəsi qeydə alınıb. Azərbaycanda isə 2014-cü ildə 7,3 milyon dollarlıq, yəni adambaşına vur-tut 0,9 dollar onlayn-ticarət rəsmiləşdirilib. 

Bir sıra MDB ölkələrində adambaşına onlayn-ticarət dövriyyəsi (dollar, 2014)

Bu məsələdə dönüşə ehtiyac var və hökumətin dəstəyi olarsa rəsmi fəaliyyət göstərən onlayn ticarət resursları bütün bazarın leqallaşmasını gerçəkləşdirə bilərlər. Samir Mehdiyevin dediyinə görə, Azərbaycanda rəsmi fəaliyyət göstərən 10-a yaxın onlayn ticarət resursu etdikləri bütün alış-veriş üçün vergi ödəyirlər: 

“Əsasən nağdsız ödənişlər ticarət edirik. Bu zaman vergidən heç cür yayınmaq mümkün deyil. Rəsmi fəaliyyət göstərən resursların 5-i ixtisaslaşmış şəkildə fəaliyyət göstərir – biri inşaat materialları, biri saat, digəri mobil telefonlar və s. satır. 5 resurs isə geniş profillidir. Sağlam rəqabət olarsa, bu resurslar bazarın əsas hissəsini leqal müstəviə keçirə bilərik”. 

DGK bu istiqamətdə ilk addım kimi beynəlxalq poçt göndərişləri vasitəsilə malların rüsumsuz idxalı üzrə limiti azaltmağı təklif edib. Təklifə görə, 30 gün ərzində eyni fiziki şəxsin adına beynəlxalq poçt bildiriş və ya nəqliyyat şirkəti vasitəsilə min dollardan baha mal daxil olarsa, ondan gömrük rüsumu tutulmalıdır. 

Bu addım onlayn ticarət saytlarının təhlükəsizliyi, əhalinin nağdsız ödənişlərə marağının artırılması, onlayn ticarət resurslarının təkliflərinin istehlakçı kütlələrinin tələbinə uyğunlaşdırılması və s. kimi addımlarla dəstəklənməlidir. Gələcəkdə nağdsız hesablaşmaların və onlayn ticarətin həlledici rol oynayacağı göz qabağındadır. Ticarət şirkətləri böyük xərclər çəkərək real alış-veriş meydançaları açmaqdansa, şəbəkədə fəaliyyət göstərməyə üstünlük verəcəklər. Azərbaycan istər-istəməz bu gerçəklə razılaşmalı və buna uyğun addımlar atmalıdır. 

No Comments »

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Xəbər lenti

• 20.09.2022, 10:53

Kosmik teleskopdan möhtəşəm görüntü – FOTO

• 20.09.2022, 9:58

MN: “Laçında 100 mina zərərsizləşdirilib” – FOTOLAR

• 20.09.2022, 9:56

Blinkendən Əliyevə gecə zəngi – ABŞ Ermənistanı intihara sürükləyir

• 20.09.2022, 9:02

“Əsrin müqaviləsi”nin imzalanmasından 28 il ötür

• 20.09.2022, 8:48

Azərbaycanın üç stolüstü tennisçisi erməni rəqiblərinə qalib gəlib

• 20.09.2022, 8:41

Ceyhun Bayramov üçtərəfli görüşdə Azərbaycanın mövqeyini AÇIQLADI

• 20.09.2022, 8:39

Blinken, Bayramov və Mirzoyan arasında görüş keçirilib

• 20.09.2022, 8:38

“İlham Əliyev və Paşinyan sülhə hazır olduqlarını bildirdilər” – Blinken

• 20.09.2022, 8:37

Rusiyadan yolların açılması üçün Ermənistana 5 milyardlıq TƏKLİF

• 16.09.2022, 9:28

KTMT Paşinyana “yox ”dedi – sərhəddə təxribatların davam etməsinin səbəbi nə?

• 16.09.2022, 9:25

“Qarabağ”ın qrupdakı ilk qələbəsindən şəkillər

• 16.09.2022, 9:24

“Qarabağ” Prezidentə təşəkkür etdi – Şəkil

• 16.09.2022, 9:23

“Bu qələbə Qarabağ adına, Azərbaycan adına yaraşır” – Qara Qarayev

• 16.09.2022, 9:22

“Avroliqada pley-off mərhələsinə yüksəlmək istəyirik” – Qurban Qurbanov

• 16.09.2022, 9:21

Bərdədə erməni raketi ilə dağıdılmış ev “indi vurulmuş hayk evi” nə döndü…-FOTOLAR

• 15.09.2022, 17:10

Ordumuzun azad etdiyi strateji əhəmiyyətli yüksəkliklər – ADLAR

• 15.09.2022, 14:16

Azərbaycan icması Ermənistanın sərhəd təxribatı ilə bağlı Fransa hökumətinə müraciət ünvanlayıb

• 15.09.2022, 14:09

Ermənistan hökümətinin iclası təxirə salındı

• 15.09.2022, 14:05

Ordumuzun erməni təxribatına cavabının yeni görüntüləri – VİDEO

• 15.09.2022, 14:04

Daha 21 şəhidimizin adı açıqlandı – YENİ SİYAHI

• 15.09.2022, 13:15

Azərbaycan qalib tərəfdir və sülhün tərəfindədir – MÜSAHİBƏ

• 15.09.2022, 13:14

Ötən gün ermənilərə dəstək verən ukraynalı müğənninin Bakıdakı konserti LƏĞV EDİLDİ

• 15.09.2022, 13:11

Bakı mantaşovların, şaumyanların şəhərinə necə dönmüşdü? – 15 sentyabr qurtuluşu…

• 15.09.2022, 13:10

Ermənistan parlamentində dava düşdü – VİDEO

• 15.09.2022, 13:07

KTMT ölkələrindən Ermənistana RƏDD CAVABI

sorğu

İşğal olunmuş torpaqlarımızın azad olunacağına inanırsız?

ən çox oxunanlar

Fevral 2016
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
29