Bakı
0° C
Şuşa
0° C

Rusiyadan yolların açılması üçün Ermənistana 5 milyardlıq TƏKLİF

Ətraflı

Bərdədə erməni raketi ilə dağıdılmış ev “indi vurulmuş hayk evi” nə döndü…-FOTOLAR

Ətraflı

Ordumuzun azad etdiyi strateji əhəmiyyətli yüksəkliklər – ADLAR

Ətraflı

Ordumuzun erməni təxribatına cavabının yeni görüntüləri – VİDEO

Ətraflı

Ruhu qocalmış gənclər

Xuraman Hüseynzadə

Ölkədə Gənclər Günü qeyd olunurdu. Silsilə tədbirlər keçirilirdi. Tədbirlərdə əsasən gənclərə qayğıdan danışırdılar.

Anamla mən bazardaydıq. Mer-meyvə almışdıq. Yükümüzün ağır olduğunu görən araba çəkən gənclər bizə yaxınlaşdı. Elə sellofan torbaları arabalardan birinə yığmaq istəyirdik ki, bir oğlan astadan anama dedi: “Bibi, mən aparım də yükünüzü. Arabam yoxdu, əlimlə daşıyacam. Gücüm çatacaq, narahat olmayın. Bir çörək pulu verərsiz.”

Köhnə gödəkcəsi əyninə böyük idi oğlanın. Yəqin kimsə vermişdi. Yırtıq ayaqqabılarından çıxan barmaqları utandığından gizlənməyə yer axtarırdı. Üzü tüklü, saçları kirli… Tərəddüdsüz razılaşdıq. Özümüz də kömək elədik oğlana. Tək apara bilməyəcəkdi. Dayanacağa kimi gəldi. Bir manat verdik. Torbalardakı meyvələr görünürdü. Anam iki alma verdi oğlana. Heç almaq istəmirdi. Getdi…

Dayanacaqda taksiyə əyləşdik. Sürücü təxminən 25-26 yaşlı cavan oğlan idi. Düşəndə torbaya işarə edib dedi: “Xanım, olar almadan birini götürüm, balaca oğlum var, ona aparacam. Valla, nə gizlədim, ala bilmirəm.” Bir alma, bir portağal da ona verdi anam.

Darvazanı açıb içəri girəndə qonşuda kirayədə qalan rus Vitya çıxdı böyürdən. Bizim dildə gözəl danışır Vitya. 27 yaşı var. Qoca atası ilə yaşayır. Ata-bala ikisi də bağ evlərində fəhləlik edirlər. Kirayədə qaldıqları evin sahibi kirayə haqqını vermədikləri üçün Vityagilin əşyalarını çölə töküb dəfələrlə. Anam gedib xahiş edib ki, yazıqdılar, Allaha ağır gedər, belə eləməsin. Torbaları həyətə daşıdı Vitya. Anam torbadan iri bir alma çıxarıb uzatdı ona.

Axşamtərəfi evimizin yanındak marketə getdim. Vitya da ordaydı. Çörək alırdı. Satıcı çörəyi sellofan torbaya qoydu. Vitya da cibindəki iri almanı çıxarıb qoydu torbaya. Marketdən çıxanda üzünə təəccüblə baxdığımı görüb gülümsədi: “Sənin anan verən almadı. Bayaqdan evə getməmişəm. Cibimə qoymuşdum. Atama aparacam.”

Həmin gün Gənclər Günü idi. Feysbukda təxminən bu səpkili statuslar yazırdılar: “Gənclər Gününüz mübarək. Ruhu gənc olanları da təbrik edirəm.”

Mənə elə gəldi ki, bazarda yükümüzü daşıyan oğlanın da, taksi sürücüsünün də, Vityanın da nəinki özü, hətta ruhu da qocalmışdı…(qafqazinfo)

No Comments »

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Xəbər lenti

• 20.09.2022, 10:53

Kosmik teleskopdan möhtəşəm görüntü – FOTO

• 20.09.2022, 9:58

MN: “Laçında 100 mina zərərsizləşdirilib” – FOTOLAR

• 20.09.2022, 9:56

Blinkendən Əliyevə gecə zəngi – ABŞ Ermənistanı intihara sürükləyir

• 20.09.2022, 9:02

“Əsrin müqaviləsi”nin imzalanmasından 28 il ötür

• 20.09.2022, 8:48

Azərbaycanın üç stolüstü tennisçisi erməni rəqiblərinə qalib gəlib

• 20.09.2022, 8:41

Ceyhun Bayramov üçtərəfli görüşdə Azərbaycanın mövqeyini AÇIQLADI

• 20.09.2022, 8:39

Blinken, Bayramov və Mirzoyan arasında görüş keçirilib

• 20.09.2022, 8:38

“İlham Əliyev və Paşinyan sülhə hazır olduqlarını bildirdilər” – Blinken

• 20.09.2022, 8:37

Rusiyadan yolların açılması üçün Ermənistana 5 milyardlıq TƏKLİF

• 16.09.2022, 9:28

KTMT Paşinyana “yox ”dedi – sərhəddə təxribatların davam etməsinin səbəbi nə?

• 16.09.2022, 9:25

“Qarabağ”ın qrupdakı ilk qələbəsindən şəkillər

• 16.09.2022, 9:24

“Qarabağ” Prezidentə təşəkkür etdi – Şəkil

• 16.09.2022, 9:23

“Bu qələbə Qarabağ adına, Azərbaycan adına yaraşır” – Qara Qarayev

• 16.09.2022, 9:22

“Avroliqada pley-off mərhələsinə yüksəlmək istəyirik” – Qurban Qurbanov

• 16.09.2022, 9:21

Bərdədə erməni raketi ilə dağıdılmış ev “indi vurulmuş hayk evi” nə döndü…-FOTOLAR

• 15.09.2022, 17:10

Ordumuzun azad etdiyi strateji əhəmiyyətli yüksəkliklər – ADLAR

• 15.09.2022, 14:16

Azərbaycan icması Ermənistanın sərhəd təxribatı ilə bağlı Fransa hökumətinə müraciət ünvanlayıb

• 15.09.2022, 14:09

Ermənistan hökümətinin iclası təxirə salındı

• 15.09.2022, 14:05

Ordumuzun erməni təxribatına cavabının yeni görüntüləri – VİDEO

• 15.09.2022, 14:04

Daha 21 şəhidimizin adı açıqlandı – YENİ SİYAHI

• 15.09.2022, 13:15

Azərbaycan qalib tərəfdir və sülhün tərəfindədir – MÜSAHİBƏ

• 15.09.2022, 13:14

Ötən gün ermənilərə dəstək verən ukraynalı müğənninin Bakıdakı konserti LƏĞV EDİLDİ

• 15.09.2022, 13:11

Bakı mantaşovların, şaumyanların şəhərinə necə dönmüşdü? – 15 sentyabr qurtuluşu…

• 15.09.2022, 13:10

Ermənistan parlamentində dava düşdü – VİDEO

• 15.09.2022, 13:07

KTMT ölkələrindən Ermənistana RƏDD CAVABI

sorğu

İşğal olunmuş torpaqlarımızın azad olunacağına inanırsız?

ən çox oxunanlar

Fevral 2016
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
29