Beynəlxalq məhkəmə Türkiyəyə görə İranı cərimələdi – 1 milyard dollar
Beynəlxalq Arbitraj Məhkəməsi İranı 2011-2015-ci illərdə Türkiyəyə satdığı qazın qiymətini əsassız yerə artırmasına görə 1 milyard dollar cərimələyib.
Xarici KİV xəbər verir ki, İranın neft nazirinin müavini Həmid Rza Araki faktı təsdiqləyib. Arakinin sözlərinə görə Türkiyəyə ödəniləcək kompensasiyanın məbləği dəqiq göstərilməsə də, onun 1 milyard dollara yaxın olacağı gözlənilir.
Tərəflər arasında qazın qiyməti ilə bağlı danışıqlar nəticə vermədikdən sonra 2012-ci ildə Türkiyə Beynəlxalq Arbitraj Məhkəməsinə müraciət etmişdi. Ankara Tehrandan 25%-lik qaz endirimi tələb edir.
İran Rusiyadan sonra Türkiyəyə qaz tədarük edən ikinci ölkədir.