Bakı
0° C
Şuşa
0° C

Rusiyadan yolların açılması üçün Ermənistana 5 milyardlıq TƏKLİF

Ətraflı

Bərdədə erməni raketi ilə dağıdılmış ev “indi vurulmuş hayk evi” nə döndü…-FOTOLAR

Ətraflı

Ordumuzun azad etdiyi strateji əhəmiyyətli yüksəkliklər – ADLAR

Ətraflı

Ordumuzun erməni təxribatına cavabının yeni görüntüləri – VİDEO

Ətraflı

Ankara Qarabağın “donunu” açır: Kreml hərəkətə keçdi – GİZLİ MÜHARİBƏ

Dağlıq Qarabağ münaqişəsində vəziyyət sürətlə kəskinləşir. Azərbaycan Müdafiə Nazirliyinin məlumatında deyilir ki, erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan istifadə etməklə sutka ərzində atəşkəs rejimini ümumilikdə 125 dəfə pozub. Bundan bir gün öncə isə düşmən tərəfi atəşkəs rejimini 120 dəfə pozmuşdu.

Azərbaycan Silahlı Qüvvələri düşməni cavab atəşi ilə susdurur. Lakin mövcud vəziyyət ciddi gərginlikdən xəbər verir və təəccüblü deyil ki, erməni tərəfi işğalçı siyasətlərinin ifşa olunduğu, xüsusilə diplomatik uğursuzluqlar yaşadığı dövrdə hücumlarını genişləndirirlər.

AŞPA-nın 2-29 yanvar tarixlərində Strasburqda keçirilən qış sessiyasında Ermənistan işğalçılığını ifşa edən iki qətnamənin müzakirəyə çıxarılması da erməni silahlı bölmələrinin cəbhədə təxribatlara əl atacağı gözləntisini yaratmışdı. Belə ki, “Azərbaycanın Dağlıq Qarabağ və işğal edilmiş digər ərazilərində zorakılığın artması” və işğal altında olan Sərsəng su anbarı ilə bağlı “Azərbaycanın sərhədyanı regionlarının əhalisi qəsdən içməli sudan məhrum edilirlər” qətnamələri AŞPA-da müzakirəyə çıxarıldı. Birinci qətnamə çox az fərqlə qəbul olunmadı. Burada da, din amilindən tutmuş, erməni lobbisinin açıq şəkildə maneələr yaratması rol oynadı. Lakin ikinci qətnamə qəbul olundu və bu Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğal edilməsi faktını konkret müddəalarla ortaya qoyur. Belə bir məqamda erməni hərbi bölmələrinin cəbhədə aktiv şəkildə atəşkəsi pozması təəccüblü görünmür.

Azərbaycan Silahlı Qüvvələrinin düşmənə verdiyi cavabın əks-sədası isə daha böyükdür. Ermənistan mediasında yayılan məlumatlar, Azərbaycan Ordusunun cavab atəşindən sərhədyanı ərazilərdə yaşayan ermənilərlə yanaşı, İrəvanın da təşvişə düşdüyünü göstərir.
Bununla yanaşı, Rusiya mediası da Qarabağda müharibənin başlaması ehtimalından qorxurlar. Xüsusilə rusiyalı politoloqlar Türkiyənin Bakıya dəstək verərək, Dağlıq Qarabağda müharibəyə başlayacağı ilə bağlı narahatlıqlarını dilə gətirirlər.

Ankara Qarabağın “donunu” açır”, – deyə “Svoboda Pressa” nəşri yazır.

Rusiyalı politoloq Sergey Yermakov isə hesab edir ki, Türkiyə ilə Rusiyanın münasibətlərinin kəskinləşməsi Dağlıq Qarabağda müharibəni alovlandıra bilər: “Son vaxtlara qədər Türkiyənin Qafqazla bağlı siyasəti elastik idi. Lakin indi Ankara düz xətlə hərəkət edir və Azərbaycan yaranmış vəziyyətdən istifadə edərək, ərazilərini geri qaytarmaq üçün gücə əl ata bilər. Bəlkə də Türkiyənin iştirakı ilə Dağlıq Qarabağ problemi həll olunmayacaq. Lakin bütün hallarda münaqişənin donu açıla bilər və bu, status-kvonu dəyişmək üçün Bakıya sərf edir”.

S. Yermakov müharibənin Rusiyaya xeyir vermədiyi fikrini müdafiə edir. Lakin o, eyni zamanda, Qarabağda baş verə biləcək müharibənin Kollektiv Təhlükəsizlik Şurası Təşkilatının post-sovet məkanında hərbi aktivliyinin artması ilə nəticələnə biləcəyini düşünür.

“Rusiya güman ki, müharibədən bu istiqamətdə istifadə edəcək. Xüsusilə Moskva Ermənistana dəstək verməklə, qarşıdakı dövrdə Orta Asiya regionunda hərbi aktivliyini artıracaq”, – deyə politoloq bildirir.
Rusiyanın Şərqşünaslıq İnstitutunun beynəlxalq təhlükəsizlik problemləri üzrə aparıcı elmi işçisi Aleksey Fenenko hesab edir ki, Türkiyə Qarabağı qaytarmaq üçün Azərbaycana hərtərəfli yardım edə bilər: “Amma Türkiyənin özü hazırda bir neçə cəbhədə münaqişəyə cəlb olunub. Biz başqa məqamı da unutmamalıyıq. Regionda vəziyyətin kəskinləşməsində ABŞ və Britaniya da maraqlıdır. 2014-cü ildə Krımın birləşdirilməsindən dərhal sonra, Amerika və Britaniya analitikləri belə nəticəyə gəldilər ki, Rusiya Qara dənizdə üstün mövqelərini bərpa edir. Onda ABŞ-ın vitse-prezidenti Cozef Bayden qeyd etdi ki, Krımın Ukraynadan ayrılmasından və Abxaziyaya ittifaq nəticəsində Rusiya Qara dənizdə hakim mövqeyə sahib olur. Həqiqətən də bunun fonunda Rusiya-Türkiyə əməkdaşlığı olsaydı, Moskva 1830-cu illərin çar strategiyasını reallaşdırardı. Yəni boğazlar üzərində nəzarəti ələ almaq və Türkiyə ilə ittifaqa girərək, Qara dənizə daxil olmaq. ABŞ və Britaniya Rusiya-Türkiyə münasibətlərini dağıtmaq üçün hər şeyi etdi. Hazırda onlar razıdır. Hesab edirəm ki, ABŞ və Qərb dövlətləri Rusiya-Türkiyə münaqişəsini daha da qızışdırmaq üçün Qarabağ müharibəsini də başladacaqlar”.

“Yaxın Şərq – Qafqaz” tədqiqatlar mərkəzinin direktoru Stanislav Tarasov isə hesab edir ki, artıq Bakının səbri tükənir.

“Bakı bunu dəfələrlə qeyd edib, amma hesab edirəm ki, bu dəfə həqiqətən də onun səbri dalana dirənib. Xüsusilə AŞPA-dakı son proseslər və Minsk qrupu həmsədrlərinin məlum qətnamə ilə bağlı Azərbaycanı özündən çıxartdı. Birbaşa birinci şəxs səviyyəsində bu məsələ dilə gətirildi. Lakin hesab edirəm ki, bu çox təhlükəli vəziyyətdir.  Ümid edirəm ki, Dağlıq Qarabağda yeni müharibənin reallaşması gerçək olmayacaq”, – deyə ekspert vurğulayıb.(publika)

1 Comment »

“Ankara Qarabağın “donunu” açır: Kreml hərəkətə keçdi – GİZLİ MÜHARİBƏ” üçün bir cavab

  1. Rada dedi ki:

    Mən çox ümid edirəm ki, Qarabağ müharibəsi nəhayət ki, Azərbaycan üçün öz ədalətli həllini tapacaq. Vətənimizin erməni və rus işğalında olan Qarabağ torpaqları işğaldan azad ediləcək

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Xəbər lenti

• 20.09.2022, 10:53

Kosmik teleskopdan möhtəşəm görüntü – FOTO

• 20.09.2022, 9:58

MN: “Laçında 100 mina zərərsizləşdirilib” – FOTOLAR

• 20.09.2022, 9:56

Blinkendən Əliyevə gecə zəngi – ABŞ Ermənistanı intihara sürükləyir

• 20.09.2022, 9:02

“Əsrin müqaviləsi”nin imzalanmasından 28 il ötür

• 20.09.2022, 8:48

Azərbaycanın üç stolüstü tennisçisi erməni rəqiblərinə qalib gəlib

• 20.09.2022, 8:41

Ceyhun Bayramov üçtərəfli görüşdə Azərbaycanın mövqeyini AÇIQLADI

• 20.09.2022, 8:39

Blinken, Bayramov və Mirzoyan arasında görüş keçirilib

• 20.09.2022, 8:38

“İlham Əliyev və Paşinyan sülhə hazır olduqlarını bildirdilər” – Blinken

• 20.09.2022, 8:37

Rusiyadan yolların açılması üçün Ermənistana 5 milyardlıq TƏKLİF

• 16.09.2022, 9:28

KTMT Paşinyana “yox ”dedi – sərhəddə təxribatların davam etməsinin səbəbi nə?

• 16.09.2022, 9:25

“Qarabağ”ın qrupdakı ilk qələbəsindən şəkillər

• 16.09.2022, 9:24

“Qarabağ” Prezidentə təşəkkür etdi – Şəkil

• 16.09.2022, 9:23

“Bu qələbə Qarabağ adına, Azərbaycan adına yaraşır” – Qara Qarayev

• 16.09.2022, 9:22

“Avroliqada pley-off mərhələsinə yüksəlmək istəyirik” – Qurban Qurbanov

• 16.09.2022, 9:21

Bərdədə erməni raketi ilə dağıdılmış ev “indi vurulmuş hayk evi” nə döndü…-FOTOLAR

• 15.09.2022, 17:10

Ordumuzun azad etdiyi strateji əhəmiyyətli yüksəkliklər – ADLAR

• 15.09.2022, 14:16

Azərbaycan icması Ermənistanın sərhəd təxribatı ilə bağlı Fransa hökumətinə müraciət ünvanlayıb

• 15.09.2022, 14:09

Ermənistan hökümətinin iclası təxirə salındı

• 15.09.2022, 14:05

Ordumuzun erməni təxribatına cavabının yeni görüntüləri – VİDEO

• 15.09.2022, 14:04

Daha 21 şəhidimizin adı açıqlandı – YENİ SİYAHI

• 15.09.2022, 13:15

Azərbaycan qalib tərəfdir və sülhün tərəfindədir – MÜSAHİBƏ

• 15.09.2022, 13:14

Ötən gün ermənilərə dəstək verən ukraynalı müğənninin Bakıdakı konserti LƏĞV EDİLDİ

• 15.09.2022, 13:11

Bakı mantaşovların, şaumyanların şəhərinə necə dönmüşdü? – 15 sentyabr qurtuluşu…

• 15.09.2022, 13:10

Ermənistan parlamentində dava düşdü – VİDEO

• 15.09.2022, 13:07

KTMT ölkələrindən Ermənistana RƏDD CAVABI

sorğu

İşğal olunmuş torpaqlarımızın azad olunacağına inanırsız?

ən çox oxunanlar

Fevral 2016
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
29