Bakı
0° C
Şuşa
0° C

Rusiyadan yolların açılması üçün Ermənistana 5 milyardlıq TƏKLİF

Ətraflı

Bərdədə erməni raketi ilə dağıdılmış ev “indi vurulmuş hayk evi” nə döndü…-FOTOLAR

Ətraflı

Ordumuzun azad etdiyi strateji əhəmiyyətli yüksəkliklər – ADLAR

Ətraflı

Ordumuzun erməni təxribatına cavabının yeni görüntüləri – VİDEO

Ətraflı

Ağdərəni Azərbaycana qaytardılar… ancaq kağız üzərində

Avropa Şurası Parlament Assmableyasının yanvar sessiyası geridə qaldı. AŞPA-nın ön səhnəsi yenidən Ermənistan-Azərbaycan müharibəsinin meydanına çevrildi. Azərbaycan tərəfi ən əsasına – parlament deputatlarının diqqətini Bakının daxili problemlərindən yayındırmağa və liberalları Qarabağ münaqişəsinin nizamlanması məsələsi ilə məşğul etməyə nail oldu. Görəsən, erməni tərəfi bütün bu illər ərzində Avropa Şurasında iştirakıyla hansı məqsəd güdüb?

Azərbaycanın siyasi problemlərinin aktuallaşdırılması təkcə onun barəsində təkcə İnsan Haqları üzrə Avropa Konvensiyasnı deyil, həm də əsas insani dəyərləri rədd edən müstəbid ölkənin təhqiramiz obrazının formalaşdırılmasına imkan yaradıb. Əfsus ki, Bakının bir çox məmuru tez-tez bu məşum iftiraların şəriki rolunda çıxış edib.

Bəs Azərbaycanda məmur aparatının bir hissəsi nə ilə məşğul olub? Onlar Azərbaycan hökumətinin ən mürtəce hissəsinin heç nədən yaratdığı problemlərin beynəlxalq nəticələrinin aradan qaldırılması uğrunda mübarizə aparıb.

AŞPA yardımçı tribuna rolunda

BMT-nin ATƏT-ə Qarabağ münaqişəsinin həlli üçün mandat verdiyini Bakıda çox yaxşı anlayırdılar. Əslinə qalsa, Avropa Şurası Ermənistanla hərbi münaqişəyə heç bir təsir göstərə bilməz, üstəlik buna mandatı da çatmır. AŞPA Azərbaycan üçün bütün bu illər ərzində Ermənistanı beynəlxalq təcrid doktrinasının reallaşdırılması yolunda yardımçı tribuna rolunu oynayıb, Əliyev hökuməti bütün bu illər ərzində məhz buna can atıb.      

Və bu doktrinanın reallaşdırılmasında, fəxrlə qeyd edə bilərik ki, AŞPA-dakı nümayəndə heyətimiz kifayət qədər uğur qazanıb. Yəqin ki, Ermənistanla Azərbaycan arasında hərbi qarşıdurma dövrü ərzində AŞPA bircə dəfə 2005-ci ildə yetərincə sərt qətnamə qəbul edib. Məlum qətnamədə Avropa Şurasının üzvü olan dövlətin işğalçı siyasəti birmənalı şəkildə sərt qınağa məruz qalıb. AŞPA nə əvvəl, nə də sonra Ermənistana münasibətdə bu cür birmənalı hökm çıxarmayıb.     

Bundan başqa, sonradan AŞPA-da hətta Qarabağ münaqişəsinin həlli üzrə xüsusi yardımçı komitə meydana gəlib. Düzdür, Ermənistan öz təsir gücünü, həmçinin diaspora imkanlarını bütünlüklə işə salaraq, BMT mandatına apellyasiya verməklə faktik olaraq bu yardımçı komitəni iflic vəziyyətinə salıb. Amma yenə də məlum komitənin yaradılması ideyasının özü və həyata keçirilməsi, birmənalı qətnamə ilə əsaslandırılması Azərbaycanın möhtəşəm siyasi qalibiyyətinin aşkar təcəssümü idi.

Ermənistanın cavabı nə oldu?    

Sonrakı illər ərzində Avropa Şurası öz səylərini Azərbaycanın daxili siyasi problemlərində cəmləşdirərək, təşkilatın mötəbər isteblişmentinin böyük bir hissəsini bəzən ifşa xarakteri daşıyan müzakirələrə cəlb edib. Bu istiqamətdə aparılan müzakirələrdə Azərbaycanın verməyə cavabı vardı. Çünki Ermənistan daxilində Serj Sərkisyanın demokratik institutlarla bağlı problemləri heç də Azərbaycanınkından az deyil. Yeri gəlmişkən, S.Sərkisyan hökumət iclaslarında dünyanın diqqətinin Azərbaycanın daxili problemlərinə yönəldilməsinin əhəmiyyəti barədə tezislərini tez-tez vurğulayıb. Ermənistan Qarabağ müharibəsində tamamilə tərk-silah edilib.

Beləcə, Avropa Şurasının döyüş meydanında iki dünyagörüşünün iki doktrinası toqquşub. Avropa Şurası, şübhəsiz ki, beynəlxalq sistemdə öz əvvəlki rolunu itirib. Bu təşkilat vaxtilə hansı məqsədlə yaradılıb? Avropa dəyərlərinin, o cümlədən Avropa təsirinin Şərqdə yayıması üçün.    

Rusiyanın qonşuları Avropaya inteqrasiya imkanlarını əldən verib, hər halda yaxın gələcək bunu söyləyir. Son illər Avropa Şurasının tələb olunan rolunu əsas etibarilə Avropa İttifaqının Şərq əməkdaşlığı Proqramı yerinə yetirib. Hərçənd bu proqram da yeni soyuq geosiyasi müharibədən sonra iflasa uğrayıb. Ermənistana bura qəbul olunmağa icazə vermədilər, Azərbaycan Ukraynanın parçalanmasından sonra bu addıma cürət etmədi, Moldova büdrədi…

Parçalanmış Gürcüstan və Ukraynadan isə kiçicik Antanta düzəltmək qeyri-mümkündür. Yenidən dirçələn Rusiya isə postsovet məkanında hələ təzəlikcə pöhrə atan qərb layihələrini kökündən baltaladı. Üstəlik də neft erasında. Fövqəldövlət-benzin məntəqəsi modelinin iflasından sonra nə baş verəcəyini proqnozlaşdırmağa tələsməyək – tarix hələ ki gözümüzün önündə cərəyan edir.

Amma Avropa Şurasının artıq dekorasiyaya çevrilməsi faktı danılmazdır – o, Birinci soyuq müharibədən qalma mərminin qəlpələrini xatırladır. Nə bir aləti, nə bir mexanizmi, nə də bir təsiri qalıb. Boşboğazlıqdan savayı heç nə. Budur, Azərbaycan bu laqqırtıxananı Qarabağ barədə söhbətlərlə doldurmağı qərara aldı. Bir tərəfdən, burada nüfuzlu Avropa kübarları toplanır. Digər tərəfdən, Azərbaycan siyasi məhbuslardansa Qarabağ barədə danışmağa üstünlük verir.     

Beləcə, AŞPA-dakı nümayəndə heyətimiz artıq neçənci ildir ki, yardımçı komitə və komitələr, büro və icraiyyə komitəsi vasitəsilə iki yeni Qarabağ qətnaməsini keçirməyə çalışdı. Avropa bürokratlarının dəhlizlərində uzun-uzadı əziyyətlərdən sonra, nəhayət, Azərbaycan nümayəndələri iki qətnamə layihəsini gündəliyə sala bildi.

Birinci qətnamə siyasidir və burda əslində 2005-ci ildə qəbul olunmuş və erməni işğalçılığını mühakimə edən tezislər təkrarlanıb. İkinci qətnamə sakral Sərsəng su anbarı barədədir.

Qanlı sakral Sərsəng

Birinci Qarabağ müharibəsi tarixində Sərsəng Azərbaycan üçün hansısa anlamda sakral məna daşıyır. 1992-ci ildə Azrəbaycan ordusunun müzəffər yürüşü zamanı Sərsəngi azad edən hərbçilərimiz separatçıların yuvalarına – Stepanakertə çox yaxınlaşdılar. Ən ülvi arzunun çin olmasına bir neçə kilometr qalırdı.

Amma burda Surət Hüseynov İskəndər Həmidovun qardaşı ilə peyda olan kimi Azərbaycan qoşunları sürətlə geri çəkildi. O məşum 92-ci ildə Sərsəng yaxınlığında baş verənlər hələ də sirr olaraq qalır. Düzdür, o möhtəşəm döyüşün bütün şahidləri bir ağızdan xəyanətin qurbanı olduqlarını söyləyirlər… Amma bu, itirilmiş sakral Sərsəng barədə əfsanədən savayı bir şey deyil.

Azərbaycanlı deputatlar  isə bu əfsanəni avropalılara yeni fəlakət kimi xatırlatmağı qərara aldılar – bu dəfə hərbi deyil, ekoloji çərçivədə. Erməni işğalçı hərbi qüvvələri Sərsəng su anbarının yolunu kəsməklə yaxınlıqdakı Azərbaycan kəndlərini susuz qoyublar. Bu, açıq-aşkar humanitar müharibə və ekoloji fəlakətdir. Beləcə, azərbaycanlı deputatlar avropalı deputatları işğalçıları mühakimə etməyə çağırıb. Təkrarçılığa yol verib deyim ki, hər iki qətnamə heç bir hüquqi əhəmiyyət kəsb etmir, birmənalı şəkildə formaldır və müstəsna olaraq təbliğat aləti rolunu oynayır.      

Səsvermədən bir neçə gün öncə BMT-nin mandatını almış ATƏT-in Mİnsk qrupu Avropa Şurasını onun mandatına qarışmamasına çağırdı. Erməni KİV-nin məlumatına görə, Minsk qrupu məhz Sərkisyan hökumətinin təsiri ilə AŞPA-ya təzyiq edib.

Sovet dönəmində bu kəlmələri təkrarlamağı xoşlayardılar – rəsmi olaraq hər şey qaydasındadır, mahiyyət etibarilə masqaraddan savayı bir şey deyil. Minsk qrupunun həmsədrləri güclü dövlətləri təmsil edən təcrübəli diplomatlardır və onlar AŞPA-nın bütün qətnamələrinin deklarativ (tövsiyə) xarakterli olduğunu yaxşı bilirlər. Belə olan halda tövsiyə xarakterli sənədin qəbul edilməsini batırmaq hansı anlama gəlir ki? Bu, Azərbaycan hökumətinə yaxşı məlumdur. Qarabağ məsələsində Qərblə Rusiyanın həmrəy olması göz qabağındadır.

Bəs Türkiyənin çiyni hardadır?        

Hələ bir neçə ay əvvəl Londonda yetərincə məlumatlı mənbələrə arxalanaraq yazmışdım ki, Əliyev hökumətinin devrilməsi barədə qəti qərara gələn Qərb tezliklə Qarabağ adlı sonuncu və bəlkə də ən effektiv təzyiq vasitəsini işə salacaq.

Qərb Qarabağ məsələsində təyin-müqəddərat primatı rolunda çıxış etməklə onu gürcü-abxaz, Krım və Dnestryanı münaqişəsindən ayırmaq üzərində ciddi surətdə düşünür. Yəni Qarabağda Kosovo ssenarisini oynamaq istəyirlər. Bu, yeni yanaşma deyil, sadəcə İlham Əliyevə güclü təzyiqdir. Onsuz da Əliyev özü son müsahibəsində xristian ölkələrinin müsəlman Azərbaycanına qarşı həmrəy olduğunu etiraf edib. Xüsusilə qeyd edim ki, İlham Əliyev bu həmrəylik – Qarabağa xaç yürüşü barədə ilk dəfə danışıb!

Azərbaycanda bu günkü siyasi status-kvonun zamini rolunda çıxış edən Rusiya Qarabağ münaqişəsinin həllinin kosovolaşdırılması məsələsində Qərbə qarşı çıxmayacaq. Anladığım qədərincə, Kreml Azərbaycanı və indiki hakimiyyəti istənilən addımında müdafiə etməyə hazırdır, bircə Qarabağ dilemmasından savayı. Çünki Ermənistan Rusiya üçün daha böyük əhəmiyyət kəsb edir.  

Beləcə, Azərbaycan üçün bu cür potensial təhlükəli geosiyasi vəziyyətdə gündəliyə işğal olunmuş Qarabağ ətrafında eskalasiyanı mühakimə edən qətnamə çıxarılır.

Qərbi Avropa cəmiyyəti, Vaşinqton, Rusiya – bir sözlə, dünyanın ağaları bu qətnamənin qəbul edilməməsi üçün əllərindən gələni əsirgəmədi. Son anda Türkiyə də öz qardaş çiynini geri çəkdi. Azərbaycan nümayəndə heyəti üçün taleyüklü dəqiqələrin sayıldığı səsvermə zamanı Türkiyənin AŞPA-dakı nümayəndə heyətinin başçısı və üç türk deputat iclas zalından yoxa çıxdılar. Bu, açıq-aşkar sözləşmə idi! Biabırçı sözləşmə! Türk deputatlarına iclas zalında peyda olmamağı buyurdular.

Belə bir mürəkkəb vəziyyətdə nümayəndə heyətimiz ikinci qətnamənin qəbul edilməsinə nail ola bildi. Və bu layihəyə Ermənistanın işğalçı və təcavüzkar obrazında çıxış etdiyini təsdiqləyən xülasəni daxil etmək mümkün oldu. Sizcə, bu, uğursuz oyun zamanı uğurlu addımdır? Zənnimcə, mümkün ola bilənin reallaşdırılmasıdır.

Sakral Sərsəng üzrə sənədə bir sıra mühüm xülasə daxil etmək mümkün oldu. Nümayəndə heyətimizin dünyanın ağaları ilə tutaşmada hansı uğur əldə etdiyini oxucuya çatdıra bilmək üçün diqqətimizi bu sənədə yönəldək.

Sərsəng çağırışı 

Birincisi, qətnaməyə 1966-cı il Helsinki və 2004-cü il Berlin sənədlərinə istinadları daxil etmək mümkün oldu. Bu sənədlərə görə, Ermənistanın qonşu dövlətin əhalisinin lazımi qədər, təhlükəsiz və əlçatan su ehtiyatlarına çıxışını təmin etməsi öhdəliyi var.  Bununla da Assambleya günahsız Azərbaycan əhalisinin Sərsəng su hövzəsindən istifadədən qəsdən məhrum edilməsini təsdiqlədi.

İkincisi, Assambleya hərbi təcavüzlə bərabər, “ekoloji təcavüz” faktını, yəni qəsdən ekoloji fəlakət zonası yaratmaq məqsədilə bir dövlətin digər dövlətə qarşı düşmən aktını da etiraf etdi!      

Üçüncüsü və yəqin ki, ən əsası, qətnamədə diqqətimizi nə çəkməlidir? Assambleya Ermənistanın Dağlıq Qarabağı və Azərbaycanın digər ərazilərinin işğal etməsini xatırladır və belə hesab edir ki, bu işğalın davam etməsi Azərbaycan vətəndaşları üçün humanitar və ekoloji problemlər yaradır.

Dördüncüsü, AŞPA-nın qətnaməsində Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş rayonlarından birində yerləşən Sərsəng su hövzəsinin yaratdığı təhlükə xüsusilə qeyd olunur. O cümlədən Sərsəng bəndinin acınacaqlı vəziyyəti də qabardılır. Bu şərait çoxsaylı insan qurbanları və humanitar böhrana gətirib çıxaracaq böyük fəlakətə səbəb ola bilər.     

Onu da qeyd etmək yerinə düşər ki, Sərsəng su hövzəsi Dağlıq Qarabağın Ağdərə (Mardakert) rayonunda yerləşir. Və bu hissədə Qarabağın Dağlıq hissəsinin işğalı faktı aşkardır! Beynəlxalq təşkilatlar tərəfindən Qarabağın Dağlıq hissəsi ilə aran hissəsi arasında aparılan ənənəvi təbəqələşməni nəzərə alsaq, bu çox mühümdür. Qarabağın Dağlıq hissəsi bir çox sənəddə mübahisəli ərazi kimi qeyd olunur. Burda isə şəksiz işğaldan söhbət gedir.   

Və şübhəsiz ki, bu qətnamədə əsas nailiyyət erməni silahlı qüvvələrinin Ağdərədən (Mardakertdən) təcili çıxarılmasına çağırışdır. Əfsus ki, sənədin bu hissəsi diqqətimizdən kənarda qalıb. Halbuki beynəlxalq təşkilat ilk dəfə rəsmi sənəddə, – bu sənəd məcburi icra tələb etməsə belə, hər halda Ermənistanı işğal olunmuş rayonlardan birini azad etməyə çağırıb! Bundan başqa, Avropa Şurası müstəqil mühəndis və hidroloqların əraziyə ətraflı baxışını təmin etməyi , Sərsəng üzərində beynəlxalq nəzarəti qərara alıb.     

Və nəhayət, sənəddə daha bir gurultulu maddə. Assambleya Sərsəngin birgə idarə olunmasına çağırıb! Yəni bu sənədə müvafiq olaraq, Azərbaycanın Dağlıq Qarabağ ərazisində su hövzəsinin idarə etməsinə icazə verilməlidir.  

Şübhəsiz ki, bu sənədin müzakirəsində iştirakdan boyun qaçırmış Ermənistanın AŞPA deputatalarının çağırışlarına anındaca əməl edəcəyinə inanmaq sadəlövhlük olardı. Əgər Ermənistanı BMT, ATƏT-in qətnamələri və ondan az əhəmiyyətli olmayan Avropa Parlamenti ilə AŞPA-nin 2005-ci ilə aid sənədlərində yazılanların icrasına məcbur etmək mümkün olmayıbsa, Sərkisyan hökuməti bu dəfəki qətnaməni də qulaqardına vuracaq və hüquqi prosedurları boykot edəcək.        

Xülasə

Bizə yalnız bu qətnamənin siyasi və hüquqi əhəmiyyətini qabartmaq qalır. Amma bütün bu qətnamələr və beynəlxalq tövsiyələr məsələnin nəzəri hissəsinə aiddir. Və problemin əməli çözümü mexanizminə zərrə qədər də aidiyyatı yoxdur. Bizi çıxışı olmayan labirintə salıblar. Ətrafımızı kor dalanlar və zülmət dəhlizlər bürüyüb.

Azərbaycan öz torpaqlarını qaytarması üçün nə edə bilər? Müharibəyə başlasın? Artıq imkan verməyəcəklər. Nə Qərb, nə Rusiya, nə də İran. Sülh danışıqlarını davam etdirsin? Ən yaxşı halda, kiçik bir anklavla müvəqqəti ümumi dövlət kimi ideya ilə çıxış edən Minsk qrupu ilə? Bir də ki bu ideya elə irəli sürüldüyü andaca ilk olaraq Ermənistan tərəfindən rədd edilib…

Azərbaycan və Ermənistan pat vəziyyətində qalıb. Özü də hər iki ölkə pata məhkumdur. Başımızın üzərində əllərində dəmir çubuqlar tutmuş böyük və vahiməli adamlar dayanıb. Bu zülmət şahmat lövhəsində əlimizi fiqurlardan birinə uzadası olsaq, heybətli adam dəmir çubuqlarla əzamızı amansızlıqla şallaqlayacaq.

Bizlərə bu lövhə arxasında oturub patla kifayətlənmək və möcüzə gözləmək qalır. Hərçənd siyasətdə möcüzə baş vermir, bəlkə əsrdə iki dəfə ola, ya olmaya. Elə ötən XX əsrdə olduğu kimi – onda əvvəlcə çar Rusiyası dağıldı, ardından Zəngəzuru itiridik. Ya da ikinci dəfə – onda SSRİ dağıldı, bizsə Qarabağı itirdik. Zaman dəqiq bizim xeyrimizə işləmıir.

Ətrafda müxtəlif nəslin nümayəndələrindən kimsə Azərbaycan Zəngəzurunu tanıyırmı? İndisə gözünüzün önünə Azərbaycan Qarabağını xatırlamayan 30-50 il sonrakı azərbaycanlıları gətirin. Deyəsən, biz pata və Vətən həsrətinə məhkumuq. Tanrı bizi Rusiyanın növbəti dəfə dağılmasından qorusun…(virtualaz)

 

Eynulla Fətullayev

No Comments »

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Xəbər lenti

• 20.09.2022, 10:53

Kosmik teleskopdan möhtəşəm görüntü – FOTO

• 20.09.2022, 9:58

MN: “Laçında 100 mina zərərsizləşdirilib” – FOTOLAR

• 20.09.2022, 9:56

Blinkendən Əliyevə gecə zəngi – ABŞ Ermənistanı intihara sürükləyir

• 20.09.2022, 9:02

“Əsrin müqaviləsi”nin imzalanmasından 28 il ötür

• 20.09.2022, 8:48

Azərbaycanın üç stolüstü tennisçisi erməni rəqiblərinə qalib gəlib

• 20.09.2022, 8:41

Ceyhun Bayramov üçtərəfli görüşdə Azərbaycanın mövqeyini AÇIQLADI

• 20.09.2022, 8:39

Blinken, Bayramov və Mirzoyan arasında görüş keçirilib

• 20.09.2022, 8:38

“İlham Əliyev və Paşinyan sülhə hazır olduqlarını bildirdilər” – Blinken

• 20.09.2022, 8:37

Rusiyadan yolların açılması üçün Ermənistana 5 milyardlıq TƏKLİF

• 16.09.2022, 9:28

KTMT Paşinyana “yox ”dedi – sərhəddə təxribatların davam etməsinin səbəbi nə?

• 16.09.2022, 9:25

“Qarabağ”ın qrupdakı ilk qələbəsindən şəkillər

• 16.09.2022, 9:24

“Qarabağ” Prezidentə təşəkkür etdi – Şəkil

• 16.09.2022, 9:23

“Bu qələbə Qarabağ adına, Azərbaycan adına yaraşır” – Qara Qarayev

• 16.09.2022, 9:22

“Avroliqada pley-off mərhələsinə yüksəlmək istəyirik” – Qurban Qurbanov

• 16.09.2022, 9:21

Bərdədə erməni raketi ilə dağıdılmış ev “indi vurulmuş hayk evi” nə döndü…-FOTOLAR

• 15.09.2022, 17:10

Ordumuzun azad etdiyi strateji əhəmiyyətli yüksəkliklər – ADLAR

• 15.09.2022, 14:16

Azərbaycan icması Ermənistanın sərhəd təxribatı ilə bağlı Fransa hökumətinə müraciət ünvanlayıb

• 15.09.2022, 14:09

Ermənistan hökümətinin iclası təxirə salındı

• 15.09.2022, 14:05

Ordumuzun erməni təxribatına cavabının yeni görüntüləri – VİDEO

• 15.09.2022, 14:04

Daha 21 şəhidimizin adı açıqlandı – YENİ SİYAHI

• 15.09.2022, 13:15

Azərbaycan qalib tərəfdir və sülhün tərəfindədir – MÜSAHİBƏ

• 15.09.2022, 13:14

Ötən gün ermənilərə dəstək verən ukraynalı müğənninin Bakıdakı konserti LƏĞV EDİLDİ

• 15.09.2022, 13:11

Bakı mantaşovların, şaumyanların şəhərinə necə dönmüşdü? – 15 sentyabr qurtuluşu…

• 15.09.2022, 13:10

Ermənistan parlamentində dava düşdü – VİDEO

• 15.09.2022, 13:07

KTMT ölkələrindən Ermənistana RƏDD CAVABI

sorğu

İşğal olunmuş torpaqlarımızın azad olunacağına inanırsız?

ən çox oxunanlar

Fevral 2016
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
29