15 min məcburi köçkünün mənzil-məişət şəraiti yaxşılaşdırılıb
“Bu günlərdə Ermənistanın işğalçılıq siyasətini ifşa edən mühüm qətnamə Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Strasburqda keçirilən qış sessiyasında müzakirəyə çıxarılarkən AŞPA Azərbaycana qarşı ikili standart mövqeyində olduğunu bir daha nümayiş etdirdi. Avropa Şurası Parlament Assambleyası bu addımı ilə özünün Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsinə dair qəbul etdiyi qərarlara, eləcə də BMT qətnamələrinə, Avropa Parlamentinin və ATƏT Parlament Assambleyasının qərar və qətnamələrinə qarşı çıxdığını açıq-aydın göstərdi”. yknews.az saytı xəbər verir ki, bunu Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində keçirilən geniş Kollegiya iclasında baş nazirin müavini, Dövlət Komitəsinin sədri Əli Həsənov bildirib.
Ə.Həsənovun sözlərinə görə, burada ATƏT-in Minsk Qrupunun da fəaliyyətsizliyi özünü göstərib: “Bununla yanaşı, keçən dövr ərzində ATƏT-in Minsk Qrupu münaqişənin ədalətli həlli üçün təcavüzkara qarşı heç bir təzyiq göstərməyib”