Bakı
0° C
Şuşa
0° C

Rusiyadan yolların açılması üçün Ermənistana 5 milyardlıq TƏKLİF

Ətraflı

Bərdədə erməni raketi ilə dağıdılmış ev “indi vurulmuş hayk evi” nə döndü…-FOTOLAR

Ətraflı

Ordumuzun azad etdiyi strateji əhəmiyyətli yüksəkliklər – ADLAR

Ətraflı

Ordumuzun erməni təxribatına cavabının yeni görüntüləri – VİDEO

Ətraflı

XİN Fransa və Böyük Britaniyanın Ermənistana silah satmasına münasibət bildirib

Azərbaycan Xarici İşlər Nazirliyi sosial şəbəkələrdə Ermənistan silahlı qüvvələrinin şəxsi heyətinin Fransa və Böyük Britaniya istehsalı olan “PGM Mini-Hecate” və “Arctic Warfare .338 LM” snayper tüfənglərdən istifadə etməsinin əks etdirən məlumatlara münasibət bildirib.

XİN-in mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev APA-ya açıqlamasında deyib ki, bu snayper tüfənglərindən istifadə edərək şəxsi heyətin atəş hazırlığı və təliminin aparılması onların kütləvi sayda idxal edilməsi və Ermənistan silahlı qüvvələrində silahlanmaya daxil edilməsini deməyə əsas yaradır: “İlkin olaraq, cəmi iki ədəd “Arctic Warfare.338 LM” snayper tüfənginin sınaq məqsədilə Ermənistana verildiyi bildirilsə də, Ermənistan silahlı qüvvələrində bu silahların geniş tətbiqi bunun əksini sübut edir.    

"Böyük Britaniya və Fransa istehsalı olan snayper tüfənglərinin Azərbaycana qarşı təcavüz və işğal törətmiş Ermənistan silahlı qüvvələrində silahlanmaya daxil edilməsi ciddi narahatlıq doğurur"

Böyük Britaniya və Fransa istehsalı olan snayper tüfənglərinin Azərbaycana qarşı təcavüz və işğal törətmiş Ermənistan silahlı qüvvələrində silahlanmaya daxil edilməsi ciddi narahatlıq doğurur. Bu snayper tüfənglərinin Ermənistana ixrac olunması ilə əlaqədar hələ 25 aprel 2015-ci il tarixində Xarici İşlər Nazirliyi tərəfindən ifadə olunmuş narahatlığa baxmayaraq, silahın istehsalçısı olan dövlətlər tərəfindən onların hansı yolla Ermənistana ixrac edilməsi məsələsinə əsaslı aydınlıq gətirilməyib”.

H. Hacıyevin sözlərinə görə, Fransa və Böyük Britaniya ATƏT-in müvafiq qərarına uyğun olaraq, Ermənistan və Azərbaycana silah embarqosunun tətbiq edildiyini və bu embarqonun ölkə qanunvericiliyində təsbit olunduğunu bildirir: “Eyni zamanda Avropa İttifaqı çərçivəsində silah satışını tənzimləyən ciddi ixraca nəzarət rejimi mövcuddur. Bu silahların üçüncü tərəf vasitəsilə Ermənistana ixrac edilməsi barəsində olan fikirlər də sual doğurur. Belə ki, ixraca nəzarət rejiminə uyğun olaraq, döyüş silahlarının idxal-ixrac əməliyyatları zamanı ixrac edən tərəf son istifadəçi şəhadətnaməsi (end-user certificate) tələb edilməlidir.

"Ermənistana silah ixracı rəsmi Yerevanın Azərbaycana qarşı işğal və təcavüzünü davam etdirməsinə xidmət edir"

İşğalçı dövlət olaraq, Ermənistana silah ixracı rəsmi Yerevanın Azərbaycana qarşı işğal və təcavüzünü davam etdirməsinə, mövcud status kvonun saxlanmasına xidmət edir, münaqişənin danışıqlar yolu ilə həll olunmasına və regionda sülh və sabitliyin bərqərar olmasına ciddi mane yaradır.

Ermənistan bu kimi snayper tüfənglərini döyüş məqsədilə ilə bərabər Ermənistan-Azərbaycan sərhədinə yaxın ərazilərdə yaşayan mülki insanları, o cümlədən qadın və azyaşlı uşaqları hədəfə almaq üçün də istifadə edir.

Ermənistanın müxtəlif yollar, o cümlədən saxta ticarət əməliyyatları və “qara bazar” vasitəsilə snayper tüfənglərini əldə etməsi snayperlərin təmas xəttindən çəkilməsi barəsində Ermənistanın irəli sürdüyü iddiaların və buna “etimad quruculuğu” donu geyindirməsi cəhdlərinin bir daha tamamilə əsassız və yalan olduğunu sübut edir.

Fransa və Böyük Britaniyanın üzərinə düşən beynəlxalq öhdəlik və milli qanunların tələblərindən çıxış edərək, bu məsələni ciddi surətdə araşdıracağına və zəruri tədbirlər görəcəyinə ümid edirik”. 

No Comments »

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Xəbər lenti

• 20.09.2022, 10:53

Kosmik teleskopdan möhtəşəm görüntü – FOTO

• 20.09.2022, 9:58

MN: “Laçında 100 mina zərərsizləşdirilib” – FOTOLAR

• 20.09.2022, 9:56

Blinkendən Əliyevə gecə zəngi – ABŞ Ermənistanı intihara sürükləyir

• 20.09.2022, 9:02

“Əsrin müqaviləsi”nin imzalanmasından 28 il ötür

• 20.09.2022, 8:48

Azərbaycanın üç stolüstü tennisçisi erməni rəqiblərinə qalib gəlib

• 20.09.2022, 8:41

Ceyhun Bayramov üçtərəfli görüşdə Azərbaycanın mövqeyini AÇIQLADI

• 20.09.2022, 8:39

Blinken, Bayramov və Mirzoyan arasında görüş keçirilib

• 20.09.2022, 8:38

“İlham Əliyev və Paşinyan sülhə hazır olduqlarını bildirdilər” – Blinken

• 20.09.2022, 8:37

Rusiyadan yolların açılması üçün Ermənistana 5 milyardlıq TƏKLİF

• 16.09.2022, 9:28

KTMT Paşinyana “yox ”dedi – sərhəddə təxribatların davam etməsinin səbəbi nə?

• 16.09.2022, 9:25

“Qarabağ”ın qrupdakı ilk qələbəsindən şəkillər

• 16.09.2022, 9:24

“Qarabağ” Prezidentə təşəkkür etdi – Şəkil

• 16.09.2022, 9:23

“Bu qələbə Qarabağ adına, Azərbaycan adına yaraşır” – Qara Qarayev

• 16.09.2022, 9:22

“Avroliqada pley-off mərhələsinə yüksəlmək istəyirik” – Qurban Qurbanov

• 16.09.2022, 9:21

Bərdədə erməni raketi ilə dağıdılmış ev “indi vurulmuş hayk evi” nə döndü…-FOTOLAR

• 15.09.2022, 17:10

Ordumuzun azad etdiyi strateji əhəmiyyətli yüksəkliklər – ADLAR

• 15.09.2022, 14:16

Azərbaycan icması Ermənistanın sərhəd təxribatı ilə bağlı Fransa hökumətinə müraciət ünvanlayıb

• 15.09.2022, 14:09

Ermənistan hökümətinin iclası təxirə salındı

• 15.09.2022, 14:05

Ordumuzun erməni təxribatına cavabının yeni görüntüləri – VİDEO

• 15.09.2022, 14:04

Daha 21 şəhidimizin adı açıqlandı – YENİ SİYAHI

• 15.09.2022, 13:15

Azərbaycan qalib tərəfdir və sülhün tərəfindədir – MÜSAHİBƏ

• 15.09.2022, 13:14

Ötən gün ermənilərə dəstək verən ukraynalı müğənninin Bakıdakı konserti LƏĞV EDİLDİ

• 15.09.2022, 13:11

Bakı mantaşovların, şaumyanların şəhərinə necə dönmüşdü? – 15 sentyabr qurtuluşu…

• 15.09.2022, 13:10

Ermənistan parlamentində dava düşdü – VİDEO

• 15.09.2022, 13:07

KTMT ölkələrindən Ermənistana RƏDD CAVABI

sorğu

İşğal olunmuş torpaqlarımızın azad olunacağına inanırsız?

ən çox oxunanlar

Fevral 2016
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
29