Sərkisyan “Putin ittifaqı”nda yeni vəzifənin icrasına başladı
Ermənistanın keçmiş baş naziri, ölkənin ABŞ-dakı sabiq səfiri Tiqran Sərkisyan Avrasiya İqtisadi Birliyində yeni vəzifəyə başlayıb.
Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, Tiqran Sərkisyan bundan sonra Avrasiya İttifaqının icraçı orqanı olan Avrasiya İqtisadi Komissiyasının sədri vəzifəsini icra edəcək.
Bundan başqa komissiyanın tərkibi də dəyişib. Əgər daha əvvəl hər dövlət kollegiya iclaslarına 3 naziri nümayəndə kimi göndərirdisə, bundan sonra bu 2 olacaq.
Komissiyalara yeni nazir vəzifələri də daxil edilib: Daxili bazarlar üzrə nazir, informasiya-rabitə texnologiyaları naziri.
Qeyd edək ki, 2015-ci ilin yanvar ayının 1-dən fəaliyyətə başlayan Avrasiya İttifaqına Rusiya, Qazaxıstan, Belarus, Ermənistan və Qırğızıstan daxildir.