Rusiya partladılan təyyarəsinə görə “Boz Qurdlar”ı ittiham etdi
Rusiya Federal Təhlükəsizlik Xidməti Sinay yarımadasında partladılan A321 Airbus təyyarəsinin göyərtəsindəki partlayışın Türkiyənin millətçi “Boz Qurdlar” təşkilatı tərəfindən törədildiyini ehtimal edir.
Modern.az Rusiya KİV-nə istinadən xəbər verir ki, xüsusi xidmət orqanları “Boz Qurdlar”ın İŞİD-lə əməkdaşlıq etdiyini və teror aktında pay sahibi olduqlarını düşünür.
Rusiya Federasiya Şurasının komitə sədri Viktor Ozerov isə faktın təsdiqlənəcəyi təqdirdə Rusiyanın Türkiyədən kompensasiya tələb edəcəyini deyib.
“İnformasiya təsdiqlənsə, Rusiya həlak olanlara görə və təyyarənin dəyərinin ödənilməsinə görə hesabı Türkiyədən istəyəcək”.
Oktyabrın 31-də A321 təyyarəsinin Sinay yarımadası üzərində partladılması zamanı 217 sərnişin və 7 heyət üzvü həlak olmuşdu.