“Qarabağ”dan rəsmi transfer
“Qarabağ” daha bir futbolçunun transferini rəsmiləşdirib.
Klubdan Qol.Az-a verilən məlumata görə, bir müddətdir baxışda olan “Krasnodar”ın sabiq yarımmüdafiəçisi Elgün Uluxanovla 1.5 illik müqavilə imzalanıb.
Hələ ki, 19 yaşlı futbolçunun transfer vərəqəsi alınmayıb. Buna görə də o, bir müddət əvəzedici komandada çıxış edəcək.
E. Uluxanov 17 yaşadak futbolçulardan ibarət millimizdə də oynayıb.
Qeyd edək ki, "Qarabağ" daha əvvəl Rahid Əmirquliyev, Muarem Muarem və Şahruddin Məhəmmədəliyevi heyətinə cəlb edib.