Bakı
0° C
Şuşa
0° C

Rusiyadan yolların açılması üçün Ermənistana 5 milyardlıq TƏKLİF

Ətraflı

Bərdədə erməni raketi ilə dağıdılmış ev “indi vurulmuş hayk evi” nə döndü…-FOTOLAR

Ətraflı

Ordumuzun azad etdiyi strateji əhəmiyyətli yüksəkliklər – ADLAR

Ətraflı

Ordumuzun erməni təxribatına cavabının yeni görüntüləri – VİDEO

Ətraflı

Minsk Qrupunun həmsədrləri dəyişə bilərmi?

Bu günlərdə gənclərlə görüşündə Azərbaycan prezidentinin Minsk Qrupunun fəaliyyətini kəskin tənqid etməsi hələ də siyasi gündəmin əsas mövzularından biri kimi qalmaqdadır…

Rəsmi Bakı əvvəllər də Minsk Qrupu ilə bağlı tənqidi fikirlər səsləndirmişdi. Amma ilk dəfə idi ki, bu, prezident səviyyəsində edilirdi…

Böhranlı günlərdə kimsə düşünə bilər ki, Qarabağ mövzusu bir qədər aktuallığını itirib. Amma demək lazımdır ki, rəsmi Bakının təqdir olunası bir siyasəti də Qarabağ probleminin heç vaxt arxa plana keçməsinə şərait yaratmaması ilə bağlıdır – problemin həllində irəliləyiş olmasa da, hələ bu vaxta qədər bir rayon belə azad olunmasa da, sərhədyanı bölgələr Ermənistanın təzyiqi altında yaşamağa məcbur qalsalar da, Qarabağ mövzusu daim gündəmdədir. Həm də ilin əvvəlində bu mövzunun belə qabarması müəyyən mənada başadüşüləndir – insanları digər sahələrdə olduğu kimi, bu sahədə də ən son yeniliklər maraqlandırır…

Yenilik isə, təəssüf ki, yox dərəcəsindədir. Sadəcə, narazılıq və giley, bəzən də kəskin tənqid var…

Hakimiyyət nə qədər desə ki, Azərbaycan Cənubi Qafqazın ən güclü dövlətidir, bir fakt faktlığında qalır – güclü dövlət artıq 30 ilə yaxındır ki, özünün ərazi bütövlüyünü təmin edə bilmir…

Bəlkə də hər şey yenidən başlasaydı, bir çox məsələlər başqa cür olardı. Bəlkə də rəsmi Bakı problemin beynəlxalq çalarlar almasına imkan verməzdi. Amma indi, necə deyərlər, qatar gedib, problem nəinki beynəlxalq çalar alıb, hətta bir qədər də qəlizləşərək Minsk Qrupu adlanan bir strukturun nəzarətinə keçib…

24 ildir ki, hamı bəzən artan, bəzən də azalan ümidlə Qrupun fəaliyyətini izləməkdədir. Fəaliyyət isə, demək olar ki, yoxdur. Xüsusən də, son dövrlərdə bu, daha çox hiss olunur. Düşünmək olardı ki, Ukrayna ətrafında baş verən proseslər Qarabağ problemini də aktullaşdıracaq. Amma belə olmadı…

Rəsmi Bakı bu vəziyyətdə “Güclü olmalıyıq!” deməkdən savayı çıxış yolu görmür. Amma Azərbaycan güclü olub nə edəcək? Qarabağı hərb yolu ilə azad edəcəkmi?..

Burada “Niyə də yox?” demək istərdik. Amma Azərbaycan Avropa Şurasına üzv olarkən öhdəlik götürüb ki, Qarabağ problemini sülh yolu ilə həll edəcək! Həm də hərb edən, savaş açan bunu indiyə qədər edərdi…

Bununla rəsmi Bakını qınamaq fikrindən uzağıq. Sadəcə, demək istəyirik ki, onlar artıq özləri də Qarabağ konteksində nə deyəcəklərini bilmirlər, çünki bu vaxta qədər bütün deyiləsi sözlər deyilib, hədələr səsləndirilib…

Cari ildə BMT Baş katibinin Azərbaycana səfəri gözlənilir. Qurum Qarabağla bağlı bu vaxta qədər dörd qətnamə qəbul edib. Fəqət, bu qətnamələri hətta Baş katibin özü xatırlamağı vacib bilmir.

Burada “Niyə də yox?” demək istərdik. Amma Azərbaycan Avropa Şurasına üzv olarkən öhdəlik götürüb ki, Qarabağ problemini sülh yolu ilə həll edəcək! Həm də hərb edən, savaş açan bunu indiyə qədər edərdi…

Bununla rəsmi Bakını qınamaq fikrindən uzağıq. Sadəcə, demək istəyirik ki, onlar artıq özləri də Qarabağ konteksində nə deyəcəklərini bilmirlər, çünki bu vaxta qədər bütün deyiləsi sözlər deyilib, hədələr səsləndirilib…

Cari ildə BMT Baş katibinin Azərbaycana səfəri gözlənilir. Qurum Qarabağla bağlı bu vaxta qədər dörd qətnamə qəbul edib. Fəqət, bu qətnamələri hətta Baş katibin özü xatırlamağı vacib bilmir.

İndi hamı Suriyadan, onun qonşuları və bir də Avropa üçün yaratdığı humanitar fəlakətdən bəhs edir. Amma deyən yoxdur ki, axı biz kiçik və gənc Azərbaycanı bir milyona yaxın qaçqın və məcburi köçkünlə təkbaşına buraxdıq, hətta əməlli-başlı yardım da etmədik ona! Həqiqətən də, dünya göz yaşlarına inanmırmış…

Azərbaycan soyuq münasibətə qarşı eyni dərəcədə soyuqluqla cavab verə bilər. Ən azı Minsk Qrupunun həmsədrlərinin tərkibinin dəyişdirilməsi haqda məsələ qaldırmaq olar. Demirik ki, bununla dərhal dəyişiklik olacaq. Razıyıq ki, qədimdə bütün yollar Bağdada apardığı kimi indi də yollar Rusiyaya, Fransaya və ABŞ-a aparır. Əgər bu dövlətlər problemi həll edə və ya onun həllinə şərait yarada bilmirlərsə və yaxud bunu istəmirlərsə, onların yerini tutan kiçik dövlətlər bunu edə biləcəklərmi?..

Çətin məsələdir, çox çətin sualdır. Amma bəzən kiçik dövlətin edə biləcəyini böyük dövlətlər bacarmır…

Rusiya həmişə Qarabağın işğalının arxasında dayanıb. ABŞ və Fransa isə özlərinin güclü erməni lobbilərinin təsiri və təzyiqi altındadır. Azərbaycan nə düşünür, nəyə ümid edir? Ümid edir ki, nə vaxtsa Rusiya Ermənistanın arxasından qaçacaq? Bəlkə düşünür ki, ABŞ-da və Fransada ermənilərin təsiri azalacaq?..

Təəssüf ki, bunların heç biri olmayacaq. Bəli, Rusiya, Fransa və ABŞ Qarabağ problemini həll etməyəcək – bu ölkələrin təmsilçiləri hətta açıq mətnlə deyirlər ki, heç belə fikirləri də yoxdur və onların missiyası, sadəcə, tərəflərin arasında vasitəçilik etməkdir. Onları əvəz edəcək hipotetik kiçik və gücsüz dövlətlər də bunu bacarmayacaq. Bəs onda nə etməli?

Bizə elə gəlir ki, problemi həll etmək iqtidarında olmayan dövlətlər ona baxışı dəyişə bilərlər, Azərbaycanın ətrafında bu günə qədər mövcud olan yanlış informasiya dumanını dağıda bilərlər. Təcrübə də göstərir ki, bəzən diplomatiyada “tənbəl” güclünün edə bilmədiyini daha fəal zəiflər edə bilir…

Ona görə də düşünmək lazım deyil ki, Minsk Qrupunun indiki həmsədrləri bu problemi həll etmək üçün sonuncu mümkün formatdır. Bəlkə hələ də istifadə olunmamış diplomatik resurslar var?

Azərbaycan isə AŞPA-dakı nümayəndə heyətinin başçısını dəyişməklə, dünyadakı islamofobiyadan gileylənməklə və Minsk Qrupunun fəaliyyətini ümumi formada tənqid etməklə işini bitmiş hesab edir. Əsas bilirsiniz nədir? Biz hələ də Qarabağ haqqında əsl həqiqəti və yaxud da əsl rəyimizi səsləndirə bilmirik…

Diplomatik formatlar problemə müəyyən baxışların əsasında qurulur. Deməli, baxışı dəyişmək lazımdır. Həqiqətə uyğun diplomatik format tapılsa, problemi “ölü nöqtə”dən tərpətmək olar…

Bunun üçünsə hər şeyi öz adı ilə çağırmaq lazımdır. Hələ Konfutsi deyirdi ki, hər şeyi öz adı ilə çağırın. Onda onlar daha asan başa düşülər…

Bəlkə də praktik, real siyasətdə bu, qeyri-mümkün görünür. Amma Avropada 60-cı illərdə gənclər demirdimi ki, realist olun, mümkün olmayanı tələb edin?(virtualaz)

Hüseynbala Səlimov

No Comments »

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Xəbər lenti

• 20.09.2022, 10:53

Kosmik teleskopdan möhtəşəm görüntü – FOTO

• 20.09.2022, 9:58

MN: “Laçında 100 mina zərərsizləşdirilib” – FOTOLAR

• 20.09.2022, 9:56

Blinkendən Əliyevə gecə zəngi – ABŞ Ermənistanı intihara sürükləyir

• 20.09.2022, 9:02

“Əsrin müqaviləsi”nin imzalanmasından 28 il ötür

• 20.09.2022, 8:48

Azərbaycanın üç stolüstü tennisçisi erməni rəqiblərinə qalib gəlib

• 20.09.2022, 8:41

Ceyhun Bayramov üçtərəfli görüşdə Azərbaycanın mövqeyini AÇIQLADI

• 20.09.2022, 8:39

Blinken, Bayramov və Mirzoyan arasında görüş keçirilib

• 20.09.2022, 8:38

“İlham Əliyev və Paşinyan sülhə hazır olduqlarını bildirdilər” – Blinken

• 20.09.2022, 8:37

Rusiyadan yolların açılması üçün Ermənistana 5 milyardlıq TƏKLİF

• 16.09.2022, 9:28

KTMT Paşinyana “yox ”dedi – sərhəddə təxribatların davam etməsinin səbəbi nə?

• 16.09.2022, 9:25

“Qarabağ”ın qrupdakı ilk qələbəsindən şəkillər

• 16.09.2022, 9:24

“Qarabağ” Prezidentə təşəkkür etdi – Şəkil

• 16.09.2022, 9:23

“Bu qələbə Qarabağ adına, Azərbaycan adına yaraşır” – Qara Qarayev

• 16.09.2022, 9:22

“Avroliqada pley-off mərhələsinə yüksəlmək istəyirik” – Qurban Qurbanov

• 16.09.2022, 9:21

Bərdədə erməni raketi ilə dağıdılmış ev “indi vurulmuş hayk evi” nə döndü…-FOTOLAR

• 15.09.2022, 17:10

Ordumuzun azad etdiyi strateji əhəmiyyətli yüksəkliklər – ADLAR

• 15.09.2022, 14:16

Azərbaycan icması Ermənistanın sərhəd təxribatı ilə bağlı Fransa hökumətinə müraciət ünvanlayıb

• 15.09.2022, 14:09

Ermənistan hökümətinin iclası təxirə salındı

• 15.09.2022, 14:05

Ordumuzun erməni təxribatına cavabının yeni görüntüləri – VİDEO

• 15.09.2022, 14:04

Daha 21 şəhidimizin adı açıqlandı – YENİ SİYAHI

• 15.09.2022, 13:15

Azərbaycan qalib tərəfdir və sülhün tərəfindədir – MÜSAHİBƏ

• 15.09.2022, 13:14

Ötən gün ermənilərə dəstək verən ukraynalı müğənninin Bakıdakı konserti LƏĞV EDİLDİ

• 15.09.2022, 13:11

Bakı mantaşovların, şaumyanların şəhərinə necə dönmüşdü? – 15 sentyabr qurtuluşu…

• 15.09.2022, 13:10

Ermənistan parlamentində dava düşdü – VİDEO

• 15.09.2022, 13:07

KTMT ölkələrindən Ermənistana RƏDD CAVABI

sorğu

İşğal olunmuş torpaqlarımızın azad olunacağına inanırsız?

ən çox oxunanlar

Fevral 2016
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
29