Bakı
0° C
Şuşa
0° C

Rusiyadan yolların açılması üçün Ermənistana 5 milyardlıq TƏKLİF

Ətraflı

Bərdədə erməni raketi ilə dağıdılmış ev “indi vurulmuş hayk evi” nə döndü…-FOTOLAR

Ətraflı

Ordumuzun azad etdiyi strateji əhəmiyyətli yüksəkliklər – ADLAR

Ətraflı

Ordumuzun erməni təxribatına cavabının yeni görüntüləri – VİDEO

Ətraflı

Elxan Süleymanovdan şok faktlar: “Ramil Səfərov şantajından istifadə edirlər”

“AVCİYA Sərsənglə bağlı məsələləri ortaya çıxaranda bu haqda Azərbaycan rəsmilərindən tutmuş sadə insanlara qədər hamı məlumatsız idi”.

Publika.az xəbər verir ki, bu  barədə AVCİYA-nın prezidenti, Azərbaycanın AŞPA-da nümayəndə heyətinin üzvü Elxan Süleymanov bu gün keçirdiyi mətbuat konfransında deyib.

Onun sözlərinə görə, rəhbərlik etdiyi qurum “Sərsəng harayı” layihəsinə başlayaraq, ermənilərin işğalçı siyasətini beynəlxalq ictimaiyyətin diqqətinə çatdırmağı qərara alıb: “Biz minlərlə, on minlərlə iş gördük. Sonra mən məsələni AVRONEST-də qaldırdım. Onda qurumun rəhbəri mənə dedi ki, əgər Sərsənglə bağlı məsələni geri götürməsək, onlar Ramil Səfərov məsələni gündəmə gətirərək, Azərbaycana qarşı sərt qətnamə qəbul edəcəklər. Lakin biz  yolumuzdan dönmədik. Məsələni ATƏT PA-da qaldıranda da ermənipərəst qüvvələr ciddi maneələr yaratdı. Daha sonra Sərsənglə bağlı məsələnin AŞPA-da qaldırdıq”.

E. Süleymanov bildirib ki, Ukraynadakı hadisələrə görə, Rusiyaya qarşı sanksiyaların tətbiq edildiyi bir vaxtda onlar situasiyadan istifadə edərək, bu məsələni önə sürüblər.

“Əvvəlcə AŞPA Siyasi Şurasının sədri səviyyəsində buna qarşı çıxdılar. Sərsənglə paralel olaraq Volterin qətnaməsini də gündəmə gətirmişdik. Volterin qətnaməsinin bu cür adlandırılmasına ciddi etirazlar var idi. Bizə təzyiqlər edirdilər ki, adını dəyişək.  Lakin Pedro Aqramuntun dəstəyi ilə bu qətnamə “Azərbaycanın Dağlıq Qarabağ və işğal olunmuş digər ərazilərində zorakılığın eskalasiyası” adlandırıldı. Bu, Ermənistanın işğalçılıq siyasətinin birbaşa ifşası idi. Lakin məsələ gündəmə gələn kimi bütün dünyada ermənipərəst qüvvələr hərəkətə keçdi. Hətta heç bir məsələdə razılığa gəlməyən Moskva ilə Vaşinqton belə ortaq hərəkətə keçdi. Bunu danışıqlar prosesinə maneələr törədəcəyi iddialarını irəli sürdülər. Məhz bu səbəblərə görə, qətnamə qəbul olunmadı. Əgər hər şeyi adı ilə deməliyiksə, bildirməliyik ki, ermənilər böyük iş gördülər. Mən Ermənistanın gördüyü anti-Azərbaycan işləri sadalayacam. Amma Azərbaycanın gördüyü işləri mətbuat nümayəndələri məndən yaxşı bilirlər”.

E. Süleymanov qeyd edib ki, katoliklər, pravoslavlar, başqa ölkələrin prezidentləri, baş nazirlər işə qarışıb: “Ermənistan prezidenti, baş naziri gizli danışıqlar apardı, deputatlar müxtəlif yerlərə ezam olundu. Erməni diasporu, vətəndaş cəmiyyətinin nümayəndələri dünyanın müxtəlif yerlərində kampaniyalar apardı. Amma biz nə iş görmüşük. Təəssüf ki, heç nə. Bizim Xarici İşlər Nazirliyimiz ciddi iş aparmadı”.

O, Azərbaycan vətəndaş cəmiyyəti nümayəndələrinin AŞPA-da heç nə etmədiyini bildirib: “Onlar AŞPA-nın kulislərində, möhtəşəm kafesində Azərbaycanı adamyeyən ölkə kimi təqdim edirlər. Bəs bu məsələdə niyə heç nədən danışmadılar. Bu gün Sərsəng məsələsi ilə bağlı çaldığımız qələbəni kim kəşf etdi? AVCİYA. Amma heç kim bu haqda danışmır. Bu dəqiqə parlamentin iclası keçirilir. Orada bu işi AVCİYA-nın etdiyini dilə gətirən yoxdur. Çünki böyük qısqanclıq var”.

E. Süleymanov əlavə edib ki, Volterin qətnaməsi də qəbul olunsaydı, daha yaxşı olardı.

“Lakin bu gün o, hüquqi sənəd deyil. AŞPA-nın rəsmi saytında siz yalınız Sərsənglə bağlı qətnaməyə rast gələ bilərsiniz. Deməli, hüquqi sənəd kimi biz buna istinad etməliyik. Hansı ki, bu qətnamənin dörd maddəsində Azərbaycan torpaqlarının işğal edildiyi faktı ətraflı şəkildə öz əksini tapıb. Amma təəssüf ki, bu gün həmin qətnaməyə kölgə salınır, bu qələbə irəli sürülmür. Çünki kimlərinsə marağında deyil, kimlərsə qısqanclıqla yanaşır. Mən medianın bu məsələni gündəmdə saxlamağını istəyirəm. Hökumət də bu qətnamədən Ermənistana qarşı istifadə etməlidir”, – deyə o bildirib.

No Comments »

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Xəbər lenti

• 20.09.2022, 10:53

Kosmik teleskopdan möhtəşəm görüntü – FOTO

• 20.09.2022, 9:58

MN: “Laçında 100 mina zərərsizləşdirilib” – FOTOLAR

• 20.09.2022, 9:56

Blinkendən Əliyevə gecə zəngi – ABŞ Ermənistanı intihara sürükləyir

• 20.09.2022, 9:02

“Əsrin müqaviləsi”nin imzalanmasından 28 il ötür

• 20.09.2022, 8:48

Azərbaycanın üç stolüstü tennisçisi erməni rəqiblərinə qalib gəlib

• 20.09.2022, 8:41

Ceyhun Bayramov üçtərəfli görüşdə Azərbaycanın mövqeyini AÇIQLADI

• 20.09.2022, 8:39

Blinken, Bayramov və Mirzoyan arasında görüş keçirilib

• 20.09.2022, 8:38

“İlham Əliyev və Paşinyan sülhə hazır olduqlarını bildirdilər” – Blinken

• 20.09.2022, 8:37

Rusiyadan yolların açılması üçün Ermənistana 5 milyardlıq TƏKLİF

• 16.09.2022, 9:28

KTMT Paşinyana “yox ”dedi – sərhəddə təxribatların davam etməsinin səbəbi nə?

• 16.09.2022, 9:25

“Qarabağ”ın qrupdakı ilk qələbəsindən şəkillər

• 16.09.2022, 9:24

“Qarabağ” Prezidentə təşəkkür etdi – Şəkil

• 16.09.2022, 9:23

“Bu qələbə Qarabağ adına, Azərbaycan adına yaraşır” – Qara Qarayev

• 16.09.2022, 9:22

“Avroliqada pley-off mərhələsinə yüksəlmək istəyirik” – Qurban Qurbanov

• 16.09.2022, 9:21

Bərdədə erməni raketi ilə dağıdılmış ev “indi vurulmuş hayk evi” nə döndü…-FOTOLAR

• 15.09.2022, 17:10

Ordumuzun azad etdiyi strateji əhəmiyyətli yüksəkliklər – ADLAR

• 15.09.2022, 14:16

Azərbaycan icması Ermənistanın sərhəd təxribatı ilə bağlı Fransa hökumətinə müraciət ünvanlayıb

• 15.09.2022, 14:09

Ermənistan hökümətinin iclası təxirə salındı

• 15.09.2022, 14:05

Ordumuzun erməni təxribatına cavabının yeni görüntüləri – VİDEO

• 15.09.2022, 14:04

Daha 21 şəhidimizin adı açıqlandı – YENİ SİYAHI

• 15.09.2022, 13:15

Azərbaycan qalib tərəfdir və sülhün tərəfindədir – MÜSAHİBƏ

• 15.09.2022, 13:14

Ötən gün ermənilərə dəstək verən ukraynalı müğənninin Bakıdakı konserti LƏĞV EDİLDİ

• 15.09.2022, 13:11

Bakı mantaşovların, şaumyanların şəhərinə necə dönmüşdü? – 15 sentyabr qurtuluşu…

• 15.09.2022, 13:10

Ermənistan parlamentində dava düşdü – VİDEO

• 15.09.2022, 13:07

KTMT ölkələrindən Ermənistana RƏDD CAVABI

sorğu

İşğal olunmuş torpaqlarımızın azad olunacağına inanırsız?

ən çox oxunanlar

Fevral 2016
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
29