Deputat Dağlıq Qarabağ Muxtar Vilayətinin bərpasını təklif etdi
Milli Məclisin iclasında Azərbaycan Respublikasının tərkibində Dağlıq Qarabağ Muxtar Vilayətinin yenidən bərpa olunması təklifi irəli sürülüb.
APA-nın məlumatına görə, bu təkliflə deputat Zahid Oruc çıxış edib. O bildirib ki, 1990-cı illərdə ləğv edilən Dağlıq Qarabağ Muxtar Vilayəti adının bərpası hüququ həmin ərazinin sahibi kimi Azərbaycana məxsusdur.
Deputat işğal altında olan rayonların adlarının şadlıq saraylarına qoyulmasına da etiraz edib: “Şuşanın adını əyləncə, toyxana mərkəzinə qoyuruq. O rayonlar bizim işğal olunmuş bölgələrimizdir. Belə hallar yığışdırılmaldır”.