Bakı
0° C
Şuşa
0° C

Rusiyadan yolların açılması üçün Ermənistana 5 milyardlıq TƏKLİF

Ətraflı

Bərdədə erməni raketi ilə dağıdılmış ev “indi vurulmuş hayk evi” nə döndü…-FOTOLAR

Ətraflı

Ordumuzun azad etdiyi strateji əhəmiyyətli yüksəkliklər – ADLAR

Ətraflı

Ordumuzun erməni təxribatına cavabının yeni görüntüləri – VİDEO

Ətraflı

Millliyyətçilik və hibrid hay toplumu

Milliyyətçilik, nədir?  Əslində buna hər bir millətin muxtar olma mücadiləsi kimi baxılır, onun birlikdə yaşama və var olmasını sübut etməsi üçün atdığı ideoloji bir hərəkətə deyilir.  Ümumən  hər bir millətə  "modernist" yöndən baxılarsa, açıq görünər ki,  milli şəxsiyyəti yaradan da elə  milliyətçilik özüdür. Şəxsiyyət azadlığının əldə edilməsinə və bunların davam etdirilməsinə istiqamətli bu  kimi anlayışların ( yəni, milliyyətçilik qavramının) hər biri XVII və XVIII əsrlərdə Avropada ortaya çıxan yeni, fəlsəfi, tarixi və antropolojik ifadələrdən törəmişdir. Məsələn, "şəxsiyyət" anlayışının düz bir şəkildə "eynilik" (identification) olaraq başa düşünülməsi   mümkündür.  Bir tip düşüncəyə malik qrup mənsubları bənzər şəkillərdə geyinər, yeriyərlər, eyni dili danışarlar, eyni ənənələri qoruyarlar; bütün cəhətləri ilə özlərinə mənsub olmayan fərdlərdən fərqli olduqlarını göstərərlər. Bu bənzərlik – həm də bənzəməzlik görüntüsü, milli "şəxsiyyətin"  kəcb etdiyi mənalarından biridir. Burada insanların bir boydan,  bir etnik  kökdən gəlib gəlməməsi  o qədər də əhəmiyyətli deyil. Məsələn, bir zamanlar Monqolustanda etnik baxımdan monqol olub olmama əhəmiyyətli deyildi, əhəmiyyətli olan monqol qanununu qəbul etmək idi və mongollar kimi yaşamaqdı. Bu bir çox ölkələr üçün də uzun zaman yaşama və fəaliyyət göstərmə prinsipi olmuşdur.   

Erməni olaraq bildiyimiz Haylar üçün bu prinsip keçərli sayıla bilməz, çünki onların heç zaman dövləti olmamış və içərilərində etnik baxımdan onlara yaxın olan millətlər də olmamışdır. Bu mənada erməni milliyətçiliyinin  çatışmayan cəhətləri özünü qabarıq göstərir. Bunda zərərli bir şey yoxdur əslində.  Erməni milliyətçiliyi əvvəla, heç zaman  modernist olmamışdır, ikincisi isə  özü bir şey ifadə etməsə də onun millliyətçiliyi  başqa xalqlara “yuxarıdan aşağı” baxmaq kimi eqoist yönü ilə seçilmişdir. Erməni milliyyətçiliyi içi boşluq olan nəsnəni doldurmaq eqosu ilə ortaya çıxmışdır. Bu eqoist yanaşma imkan verməzdi ki, erməni milliyyətçiliyi sağlam düşüncənin üzərində köklənsin. Milliyətçilikdə ictimai mənsubluk bilinci gəlir. ​​ Belə halda mənsub olduğu cəmiyyəti şüurlu olaraq sevmə və cəmiyyətin inkişafı üçün səy göstərmə özünü qabarıq göstərir.Başqa cəmiyyətlərə qarşı hər hansı bir düşməncə rəftar qəbuledilməz sayılır. Haylarda (Ermənilərdə)  bunlar başqa anlamda təzahür etdiyindən biz onların bəzi cəhətlərini  açmağa çalışacağıq. Erməni milliyətçiliyinin antibəşəri xarakterini açmaq üçün biz öncə  milliyətçilik anlayışının erməni toplumunda necə qavranıldığına diqqət etməliyik. Ermənicə millət –ազգ (azq) sanki yalnız onlara aid olan bir qavramdır, digər xalqlar ազգ (millət) ola bilməzlər. Ermənilərin bu anlayışı fərqli anlamaları onların millətçilik xəstəliyinə tutulmaları ilə bağlıdır.  Millətçiliyə ideologiya kimi də, siyasi doktrina kimi də, yaşamaq, varolmaq üçün mübarizə üsulu kimi də baxmaq mümkündür. Qərbdə millətçilik öncə siyasi məqsədə çatmaq vasitəsi olub fərdi azadlıq əldə etmək düşüncəsi ilə sıx bağlı bir konsepsiya kimi götürülmüşdür. Müasir millətçiliyin Avropada əsasını fransızlar qoymuşlar. Bu sadəcə olaraq bir siyasi və ideoloji layihə olaraq ortaya çıxmışdır. Millətçiliyin klassik növü İngiltərədə bərqərar olmuşdur. Buna isə siyasətdən və ideologiyadan kənarda baxılmamışdır. Bu modellər, yəni “Qərb modeli” qorunub saxlanmışdırmı? XVIII əsrdən üzü bu yana ona yön verən isə Almanlar olmuşdur. Fransada yaranan millətçilik sosial və siyasi proekt idi, bu digər ölkə və xalqlarda da özünü məhz bu formada səciyyələndirirdi. Fransız milli ideologiyası alman mifləri ilə əvəzlənərkən özündə süni çalarları əks etdirməyə başladı.        

Millətçiliyin “Şərq modeli” isə daha fərqli formada özünü göstərirdi. Biz bu mənada “millətçilik layihələrinə” erməni millətçiliyi nümunələrində təhlil etməyə çalışsaq həmin fərqi aşkar görərik. Adam Smit tərəfindən əsaslandırılan modeli çox asanlıqla Erməni nasionalizminə aid etmək olar. Burada ümumi əcdad-Hayka bağlılıq var, burada erməni “qızıl əsrinə” həsrət özünü göstərir ( guya ki, 1,5 min illik enmədən sonra yüksəliş gələcək), “Vətənin itirilməsi”nə yanğı və acıma var. Bu “millətçi mif” XIX əsrin sonlarında ,XX əsrin əvvəllərində bir qrup ziyalının ortaya çıxmasını şərtləndirmişdi. Onların arasında yazıçılar, publisistər, din adamları və s. vardı. Raffi, Leo,  Artsruni, Mıkrtiç Xrimyan… Bu ideologiyanı yayan mətbuat orqanlarına da malik idilər. “Mşak” qəzeti,  daha sonra “Hnçak”, “Droşaq” və digər yayın orqanları… Onların içərisinə erməni kökənli Rusiya vətəndaşları daxil olmuş və rus xalqçıları kimi onlar da xalqın içərilərinə, kəndlərə üz tutmuşdular.  İlk erməni millliyyətçiləri  sayılan mxitaristlər Venetsiyada maarifçi duyğularla yetişdirilib Şərqi Anadoluya göndərilirdilər ki, millli duyğuları oyatsınlar.  Buralarda erməni millətçiliyini yaymaq çətin deyildi, bunun üçün daha öncələrdə mxitaristlərin təsiri ilə silahlanmış qüvvələr ayaqda idilər.  Bu işdə onlara tarixi “qəhrəmanlıq mifləri”də köməyə gəlirdi. Məsələn, Sasunlu David mifi…   
Erməni tarixini şişirdilmiş formada təqdim edən yazar Leo, daha sonra xalqın yadellilərə-xüsusən də müsəlmanlara (türklərə!) mübarizəsindən bəhs edən romanlar müəllifi Raffi… Türkləri öldürməyi səsləyən Artsruni…
“Türk görüb öldürməmisənsə, sən erməni deyilsən” deyən Garegin Njde… Andranik, Şahan Natali və başqaları! Hamısının  içərisində mərkəzi rolda bir erməni separatizmi yatırdı. Başqalarının torpaqlarına iddialardan doğan erməni şovinizmi…  

Erməni milliyyətçiliyinin kökünü Vardavar deyilən qədim erməni bayramında axtarmağın daha məntiqli olduğunu iddia edənlər də var. Bu tip ideoloqlar keçmiş Ermənistana dönməklə milli özünüdərki möhkənləndirmək istəyirlər. Amma bunun mümkün olacağı çətin ehtimaldır. Qədim və ya keçmiş adlandırılan  “Armeniya” (bu Ermənistan demək deyildir) xəyali bir məfhumdur, heç bir elmi əsasa söykənməyən iddiadan başqa bir şey deyildir, onu hər hansı bir ideoloji düşüncə sisteminə daxil etmək isə suni baxış olacaqdır və elə də vardır. 301-ci ildə xristianlığı qəbul etdikləri iddia olunan ermənilər buna qədərki bütün məbədləri yıxıb dağıtmışlar, onun yerinə isə heç bir şey yarada bilməmişlər. Özlərini qonşularından, əsasən də müsəlmanlardan fərqləndirmək üçün yaşadıqları məkanları bu dinə sitayiş edən insanlardan uzaq tutmaq üçün nə milli, nə də dini bir ideologiya yarada bilməmişlər. Başqa sözlə xristianlıq bir millət olaraq Ermənilərə fərqli görünüm verməmişdir.  “Ermənilər xristianlığı rövnəqləndirmişlər” deyənlər dediyimiz eqodan xilas ola bilməyənlərdir. 

Erməni milli ideolojiləri  xristian dini ilə sıx bağlı olmuşdur. Indi İrəvan yaxınlığında təxminən onun 32-ci kilometrliyində yerləşən Qarni məbədinə toplaşarkən bir neçə min erməni Vardavar bayramını kutlayarkən demək istəyirlər ki, əsil  haylar ( bizim anlamda ermənilər)  onlardır və dinləri də xristianlıq deyil, bax bu dindir, arevizmdir. Çox qəribədir ki, bu bayramı onlar Xristian təqvimlərinə də daxil etmişlər. Burada qəribə bir məntiqsizlik yaranır. Amma bu təriqət sahibləri özləri üçün müqəddəs kitab da yaratmışlar. “ Biz Ermənilər bilmirik ki əsil dinimiz nədir? Kilsədə şam yandırmaq və sinəsindən xaç asmaq xristian olmaq demək deyil. Ermənilərin hamısı bu dində səmimi deyillər.  Vardavar bayramında aktiv iştirak edənlərdən biri- “Erməni –Ari ordeni” adlı ultramilliyyətçi təşkilatın rəhbəri Armen Avetisyan Erməniləri Xristianlıqdan imtina etməyə səslədiyinə görə 2005-ci ildə 3 il həbsə atılmışdır. O həm də xalqı yəhudiləri məhv etməyə səsləmişdi. Avetisyan və onun silahdaşları əyinlərinə Erməni irqçi ideoloq Garesin Njdeni rəsmi çəkilmiş qara köynəklə gəzirlər. Xatırladaq ki, Garegin Njde (1886-1955 illərdə yaşamış Erməni şovinist ideoloqu) əldə silah türklərə və hətta bolşeviklərə qarşı vuruşmuş və erməni milliyyətçiliyinin əsaslarından bəhs edən əsərlərin müəllifi olmuşdur.  

Tsaxakron deyilən bir ultra şovinist təlim yaratmışdır. Bu şəxsin ideyaları əsasında Erməni İnqilabçı Federasiyası-Daşnaksütyun və o cümlədən Ermənistan Respublikaçılar Partiyası da daxil olmaqla bir çox siyasi təşkilatların platforması müəyyənləşdirilmişdir.

Erməni ideologiyasında çatışmayan məsələlərdən biri ermənilərin özləri ilə bağlı gerçəklərin bilinməməsidir. Qısa olaraq indi diqqətinizə çatdıracağımız məsələni onlara anlatmaq bizim də borcumuz olmalıdır. Əks təqdirdə bizim  bölgədə özünü tanımayan bir millət peyda olur və o gələcəkdə insanlıq üçün çox zərərli nəticələr verən ideolojilərin  əsirinə çevrilir. Ermənilər qəsdən özlərinin tarixi keçmişini qarışdıraraq dünya ermənişünaslarını da çaş- baş salıblar. Bir coğrafi ad olaraq “Arminiya” və ya “Armaniya” adına ən erkən Qədim Pars (Fars) imperatoru I. Daranın e.ə.510-cu il tarixli Bisutun Abidəsində rast gəlinir.  E.ə 399-ci ildə bölgəni gəzərək  buraları ətraflı təsvir edən yunan tarixçisi Ksenofonun əsərində ölkə adı “Armenia” olaraq keçir. Ermənilər bilməlidirlər ki, bu adın onlara heç dəxli yoxdur. Bunu kim anlatmalıdır. Əlbəttə ki biz anlatmalıyıq.  Məgət onlar Srtabonun əsərlərini oxumayıblar? Strabon “Coğrafya”sında (b. e. 1-ci  əsr) və Roma İmperatorluğunun inzibati  ərazisi bölgüsündə Armenia sərhədləri belə təyin olunur: Qərbdə Fırat çayı, cənubda Cənub-Şərqi Toros sıra dağları, cənub-şərqdə Hakkari dağları və Urmiyə gölü,  şimal- şərqdə Göyçə gölü və Qarabağ, Şimalda Çıldır gölü və Şərqdə Qara dəniz dağları. Orta əsrlər Ərəb qaynaqlarında eyni bölgənin adı Armaniyya və ya Ermeniyye (Ar: أرمنية) olaraq keçir.  Eski Türkçə mətnlərdə Erməniyyə adına 15-ci  əsrə qədər rast gəlinir. Əsrlərcə  yalnız tarixi bir ad olaraq xatırlanan "Armenia / Ermənistan" adı, 19-cu  əsrin milliyyətçi siyasəti dövründə təkrar aktual məna qazanmışdır. Ermənilər özlərinə Hay və ölkələrinə Hayastan və ya Haykdan gələn  adını verirlər.  

Əslində kənardan gələn  xalqların Erməniyyə ölkəsi üçün istifadə etdikləri bir termin olan Armina və ya Arminiya ilk dəfə e.ə. 510-ci il tarixli  eski farsca (persçə) Bisutun yazıtında yazılmışdır. Qədim Fars İmperiyasının Arminiya əyaləti (satraplığı) Van Gölü hövzəsi mərkəz olmaq üzrə Ağrı Dağı bölgəsi və Araz və Arpaçay vadiləri ilə ən Qərbdə Elazığ və Erzincan bölgəsi də  daxil olmaqla Yuxarı Fərat hövzəsini əhatə etməkdə idi. Eyni bölgə  qədim dövr boyunca qədim  yunan və latın qaynaqlarında “Armenia”, İslam dövrünə aid ərəb qaynaqlarında isə Armaniyya / Ermeniyye olaraq adlandırılar. Erkən dövr Azərbaycan mətnlərdə coğrafi bölgə adı olaraq Ermeniyye termininə 15-ci əsrin əvvəllərinə qədər rast gəlinir.Bölgədə  eramızdan əvvəl 1-ci minillikdə, daha doğrusu  həmin   minilliyin ilk yarısında Urartu Krallığı hökm sürmüşdür. Urartu sivilizasiyasının e.ə. 7-ci əsrdən etibarən zəifləyib çökməsiylə, eyni bölgədə bir-birindən müstəqil hərəkət edən müxtəlif bəyliklərinin və Urartu dili ilə birbaşa  heç bir əlaqəsi olmayan erməni (hay) topluluğunun varlığı bilinməkdədir. Uraratuca çağdaş inquş dilinə bənzəyir və hay dili ilə heç bir əlaqəsi yoxdur, bu dildən kəlmə belə almamışdır  Erməni ünsürünün bölgədə həmişə Urartu suverenliyi altında mövcud olan bir ünsürmü, yoxsa Urartu nizamının zəiflədiyi dövrdə bölgəyə  kənardan  işğalçılarla birgə gələn toplummu olduğu  tarixçilər arasında həmişə mübahisə predmeti olmuşdur, erməni tarixçilər arasında da bununla bağlı  fikir birliyi yoxdur. Urartu, Hind-Avropalı olmayan (N.İ.Marrın deyimiylə, "yafetik") bir mədəniyyətdir; digər mədəniyyətlərə ciddi təsiri olmuşdur  və  milli zənginlik qaynağı təşkill etmişdir. Bu anlamda, digər  toplumların, xalqların  istifadə etdiyi "Erməni, Armenian, Armenien" sözünün də Farsların Urartu bölgəsinə verdiyi adla  "Arminia" ilə heç bir əlaqəsi  yoxdur.  Bu təkzibedilməz dəlildir. Bunu erməni alimləri qəbul edir, amma ideoloqlar qəbul etmirlər, ona görə ki, bu ad altında mənimsədikləri mədəniyyətlərin onlara aid olmadığı üzə çıxa bilər. 

Yenə ermənilərin özlərini adlandırdıqları  "hay" sözünün də bəzi Friq qəbilələrinin  bunlara  verdiyi ad olan "hayk"la heç əlaqəsi yoxdur. Bir millət  öncə özü özünə ad verər.  Özünü  başqasının verdiyi adla adlandırmaz. Buradan belə çıxır ki, erməni dediyimiz toplumun “hay” ismi də doğru deyildir. Ermənistana sonralar gəlmiş “axbar” deyilən İran və Şərqi Anadoludan gələn və indiki Ermənistanda yaşayan  ermənilər özlərinə “franq” deyirdilər. Bizcə, bu frigdir.  İndi adına erməni dediyimiz toplumun, belə nəticəyə gəlmək olar ki :

-"Erməni, Armenian, Armenien" adlarına iddiaları cəfəngiyyatdır;

– Tarixi Armaniyya və ya Ermeniyye  erməni xalqının ölkəsi demək deyildir;

– Urartulara heç bir dəxli yoxdur;

 -Haykla da  heç əlaqəsi yoxdur.

  Belə bir iddia da vardır ki, haylar Ermeniyyəyə gələrkən burada yaşayan Türk qəbilələrindən olan ərmənlərlə qaynayıb qarışmışlar. Onların hər ikisi  və burada yaşayan digər xalqların əksəriyyəti xristian olduqlarına görə onlara Ermniyyədə yanlış olaraq “erməni” deyilmişdir. İndi hayların özlərinə çıxdıqları qrabar da (qədim erməni dili) burada yaşayanların ümumi dili olmuşdur. Qrabarın  bildiyimiz ermənilərə aid olmamasını sübut edən alimlər, o cümlədən azərbaycanlı tədqiqatçı Bəxtiyar Tuncay haqlıdır. Bəs müasir hay-erməni dili necə yaranmışdır? Axı dilin yaranması ilə xalqın yaranması  eyni bir prosesdir. Akademik N.Y.Marr qeyd edir ki, erməni xalqı kimi, erməni dili də hibrid, calaq dildir. Erməni alimi, akademik M.Abeqyan da həmin fikri təkrar edir. “Erməni dili hibrid dildir. O biri yandan erməni qəbiləsi də hibriddir, Urartu və başqa qonşuları assimlyasiya etmişdir”. Müasir erməni-hay dilinin İran dillərinə daxil edilməsinin düzgün olamdığını göstərən M.Abeqyan yazır: “Hay dilinin təxminən 800-dək kökü iran mənşəli olması bəhanə olmuşdur”. Deməli, hay dili İran dillərindən deyil və ola da bilməz. Çünki haylar özləri sami mənşəlidirlər, hayların mənşəyi, hay xalqının törəməsi hay dilinin mənşəyini açmaq üçün də mühüm açardır.  Digər bir erməni alimi Hraçya Acaryan erməni dilinin etimolojisini hazırlayarkən etiraf etmişdir ki, erməni dilinə türk dilinin o qədər təsiri olmuşdur ki, o hətta özünün sintaksis quruluşunu dəyişmişdir. O ermənicədə işlədilən 5 minə yaxın sözü təsbit etmiş və bununla bağlı tədqiqatlar qparmışdır.  Eyni fikri böyük dilçi alim, professor Firudin Cəlilov (Ağasıoğlu) da söyləmişdir

Hayların Ermənistanın qədim əhalisi urartulularla genetik əlaqəsi olmadığı aydındır. Hayların yaranması haqqında bir nəzəriyyəyə görə onlar “inşaatçı xalq” kimi təqdim olunurlar. Doğrudan da hayların mənşəyi sıx şəkildə tikinti işləri ilə bağlıdır. Urartu ilə Assuriyaya arasında uzun sürən çəkişmələr zamanı çoxlu qul qənimət kimi bir əldən o biri ələ keçirildi və onlardan əsasən ağır tikinti işlərində istifadə edirdilər. Eramızdan əvvəl VIII əsrdə Urartu şahı Assuriya qarşı on dörd hərbi yürüş edir və nəticədə 91 min kişi, 52500 nəfər qadın və 74 min nəfər uşaq ələ keçirə bilir. Bu adam-işçi ələ keçirtmək siyasəti Urartu cəmiyyətində şah Argiştidən sonra da davam etmişdir. Bu qullar həm ev işlərində, həm də tikinti işlərində istifadə olunurdu. Assuriyadan qənimət kimi gətirilən qullar yalnız assuriyalılardan ibarət olmayıb, habelə müxtəlif millətlərdən olan hərbi əsirlər və müxtəlif zümrələrdən ibarət olan adamlar idilər. Haylar da Assuriyada ağır katorqalarda məcburi işlədilirdilər. Assuriyalıların özləri Urartuya qalib gələndə öz qullarını bu əraziyə gətirib və ağır tikinti materiallları əldə etmək üçün daş karxanalarında işlədirdilər. Nəticədə Assuriya qulları dağlıq ərazilərdə məskunlaşıb çoxalırdılar. Urartunun öz əhalisini isə assuriyalılar imperiyanın başqa yerinə aparırdılar. Hayların dağlarda məskunlaşmasına həm Urartu, həm də Assuriya kömək edirdi. İ.M.Dyakonov yazır: “Protoerməni dilinin yayılmasına urartulular, tutduqları ərazidən əhalini köçürmək siyasəti ilə çox kömək etdilər”. 

 Sonda məşhur Türk alimi Fahrettin Kırzıoğlunun bir fikrinin maraq doğuracağı qənaətindəyəm.  O deyirdi ki,  “Erməni” olaraq  bilinən tarixi tayfa Türk kökənli idi.  Həqiqətən də tarixi  surəc içərisində bu tayfanı haylarla qarışdırmaq düzgün deyildi, o onların xeyrinə işlədi.  Onlar həm Armeniya (Ermeniyyə) adını,  həm də bu çoğrafiyada yaşayan xalqların hər şeyini mənimsədilər.

Qafar Çaxmaqlı

No Comments »

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Xəbər lenti

• 20.09.2022, 10:53

Kosmik teleskopdan möhtəşəm görüntü – FOTO

• 20.09.2022, 9:58

MN: “Laçında 100 mina zərərsizləşdirilib” – FOTOLAR

• 20.09.2022, 9:56

Blinkendən Əliyevə gecə zəngi – ABŞ Ermənistanı intihara sürükləyir

• 20.09.2022, 9:02

“Əsrin müqaviləsi”nin imzalanmasından 28 il ötür

• 20.09.2022, 8:48

Azərbaycanın üç stolüstü tennisçisi erməni rəqiblərinə qalib gəlib

• 20.09.2022, 8:41

Ceyhun Bayramov üçtərəfli görüşdə Azərbaycanın mövqeyini AÇIQLADI

• 20.09.2022, 8:39

Blinken, Bayramov və Mirzoyan arasında görüş keçirilib

• 20.09.2022, 8:38

“İlham Əliyev və Paşinyan sülhə hazır olduqlarını bildirdilər” – Blinken

• 20.09.2022, 8:37

Rusiyadan yolların açılması üçün Ermənistana 5 milyardlıq TƏKLİF

• 16.09.2022, 9:28

KTMT Paşinyana “yox ”dedi – sərhəddə təxribatların davam etməsinin səbəbi nə?

• 16.09.2022, 9:25

“Qarabağ”ın qrupdakı ilk qələbəsindən şəkillər

• 16.09.2022, 9:24

“Qarabağ” Prezidentə təşəkkür etdi – Şəkil

• 16.09.2022, 9:23

“Bu qələbə Qarabağ adına, Azərbaycan adına yaraşır” – Qara Qarayev

• 16.09.2022, 9:22

“Avroliqada pley-off mərhələsinə yüksəlmək istəyirik” – Qurban Qurbanov

• 16.09.2022, 9:21

Bərdədə erməni raketi ilə dağıdılmış ev “indi vurulmuş hayk evi” nə döndü…-FOTOLAR

• 15.09.2022, 17:10

Ordumuzun azad etdiyi strateji əhəmiyyətli yüksəkliklər – ADLAR

• 15.09.2022, 14:16

Azərbaycan icması Ermənistanın sərhəd təxribatı ilə bağlı Fransa hökumətinə müraciət ünvanlayıb

• 15.09.2022, 14:09

Ermənistan hökümətinin iclası təxirə salındı

• 15.09.2022, 14:05

Ordumuzun erməni təxribatına cavabının yeni görüntüləri – VİDEO

• 15.09.2022, 14:04

Daha 21 şəhidimizin adı açıqlandı – YENİ SİYAHI

• 15.09.2022, 13:15

Azərbaycan qalib tərəfdir və sülhün tərəfindədir – MÜSAHİBƏ

• 15.09.2022, 13:14

Ötən gün ermənilərə dəstək verən ukraynalı müğənninin Bakıdakı konserti LƏĞV EDİLDİ

• 15.09.2022, 13:11

Bakı mantaşovların, şaumyanların şəhərinə necə dönmüşdü? – 15 sentyabr qurtuluşu…

• 15.09.2022, 13:10

Ermənistan parlamentində dava düşdü – VİDEO

• 15.09.2022, 13:07

KTMT ölkələrindən Ermənistana RƏDD CAVABI

sorğu

İşğal olunmuş torpaqlarımızın azad olunacağına inanırsız?

ən çox oxunanlar

Yanvar 2016
BE ÇA Ç CA C Ş B
 123
45678910
11121314151617
18192021222324
25262728293031