Bakı
0° C
Şuşa
0° C

Rusiyadan yolların açılması üçün Ermənistana 5 milyardlıq TƏKLİF

Ətraflı

Bərdədə erməni raketi ilə dağıdılmış ev “indi vurulmuş hayk evi” nə döndü…-FOTOLAR

Ətraflı

Ordumuzun azad etdiyi strateji əhəmiyyətli yüksəkliklər – ADLAR

Ətraflı

Ordumuzun erməni təxribatına cavabının yeni görüntüləri – VİDEO

Ətraflı

Neftin ucuzlaşması Ohanyan ruhlandırıb?

Təmas xəttində təxminən 1 aydan artıqdır ki, davam edən nisbi sakitlikdən sonra Azərbaycan ordusu yanvarın 29-da itki verib.

Xəbər verildiyi kimi Müdafiə Nazirliyi həmin gün saat 15 radələrində Azərbaycan-Ermənistan dövlət sərhədində düşmənin açdığı atəşlə əsgər Səfərov Nahid Fikrət oğlunun həlak olduğunu açıqlayıb. Bu, ilin əvvəlindən bəri Azərbaycan ordusunun ikinci əsgər itkisidir. Ermənistan ordusunun rəsmən açıqlanan itkiləri haqda məlumat yoxdur.

Bu insident təmas xəttində və ümumiyyətlə münaqişə ətrafında vəziyyətə bir daha nəzər salmaq zərurəti yaradır. Belə ki, bütün ötən il boyu təmas xəttində vəziyyət olduqca gərgin olaraq qalmışdı. Vaxtaşırı olaraq kütləvi artilleriya və minomyot zərbələri, diversiya həmlələri haqda xəbərlər gəlirdi və bu atışmalarda hər iki tərəf itki verirdi.

Lakin itkilərin artması Ermənistanı məcbur etmişdi ki, KTMT üzrə müttəfiqlərini öhdəliklərinə sadiq qalmamaqda ittiham etsin və bütün beynəlxalq tribunalarda, həmsdr dövlətlər qarşısında Azərbaycanın təmas xəttində getdikcə daha iriçaplı silahlardan istifadə etməsindən şikayətlənsin. Azərbaycan silahlı qüvvələri düşmənə atəş zərbələrinin dozasını get-gedə artırırdı və ordumuz ötən ilin sonlarında təmas xəttində hətta son 20 il ərzində ilk dəfə tankları işə salmışdı.

Azərbaycan Müdafiə Nazirliyinin hesablamalarına görə Ermənistan ordusunun ötən il ərzində verdiyi itkilərin sayı 250-dən artıqdır. Hərçənd ki, işğalçı ölkənin Müdafiə Nazirliyi bu itkilərin təxminən üçdə birini etiraf edir. Bununla belə Ermənistan müdafiə naziri Seyran Ohanyanın ordudakı itkilərin məxfi saxlanılmasına dair xüsusi əmr verdiyi bir neçə ay əvvəl Helsinki Vətəndaş Assambleyasının Vanadzor ofisinə məlum olmuşdu.

Təmas xəttində vəziyyət prezidentlərin İsveçrənin Sürix şəhərində keçirilən, Azərbaycan prezidentinin bildirdiyi kimi, daha çox formal xarakter daşıyan görüşündən sonra nisbətən sakitləşdi. Doğrudur, Müdafiə Nazirliyi hər gün cəbhədə atəşkəsin pozulması və düşmən mövqelərinə endirilən zərbələr barədə xronikanı yayır. Ancaq ötən il olduğu kimi qızğın döyüşlər müşahidə olunmur. Belə görünür ki, prezidentlərin görüşü formal xarakter daşısa da tərəflər həmsdrlərin israrı ilə mövqe döyüşlərinin ən azından bir müddət səngiməsi barədə razılığa gəlmişdilər.

Buna baxmayaraq sonuncu insident də təsdiq edir ki, düşmən təmas xəttində yaranmış bu müvəqqəti, nisbi sakitlikdən istifadə etmək fürsətini əldən vermir. Burada şübhəsiz ki, təəcüblü heç nə yoxdur. Ancaq məsələyə neftin kəskin ucuzlaşması, Azərbaycanda manatın kəskin devalvasiyasından sonra baş verən neqativ iqtisadi proseslər, bəzi bölgələrdə sosial tələblərlə etirazların baş qaldırması, büdcə xərclərinin ixtisarı, o cümlədən hərbi xərclərin ixtisar ediləcəyinə dair bəzi KİV-lərin yaydıqları məlumatlar kontekstində nəzər salmaq gərəkdir. Çünki Azərbaycanda baş verən bu iqtisadi proseslər Ermənistanda da diqqətlə izlənməkdədir. Məsələn, Ermənistanda bir çoxları belə fikirlər irəli sürürlər ki, təmas xəttində hökm sürən nisbi sakitlik məhz bu iqtisadi problemlərlə əlaqəlidir. Və Ermənistanda deyəsən ruhlanıblar ki, bu iqtisadi problemlər Azərbaycan ordusunun döyüş ruhuna təsir edib.

Hətta düşmən tərəfdə belə illüziya yaranıb ki, deyəsən Azərbaycan ordusu sursata da qənaət etməli olur. Bu günlərdə jurnalistlər müdafiə naziri Seyran Ohanyandan təmas xəttində hökm sürən nisbi sakitliyin Azərbaycandakı iqtisadi çətinliklərlə əlaqəsi haqda sual veriblər. Ohanyan isə lovğa-lovğa deyib ki, indiki nisbi sakitlik daha çox erməni ordusunun “düşməni yerində oturtması” ilə bağlıdır.

Belə görünür ki, Azərbaycan ordusu, müdafiə naziri Zakir Həsənov Ohanyanın bu illüziyalarının tamamilə əsassız olduğunu ləngimədən ermənilərə nümayiş etdirməlidir. Deyəsən Ohanyan əsgər tabutları üçün darıxıb axı, elə deyilmi?(virtualaz)

Fərhad Məmmədov

No Comments »

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Xəbər lenti

• 20.09.2022, 10:53

Kosmik teleskopdan möhtəşəm görüntü – FOTO

• 20.09.2022, 9:58

MN: “Laçında 100 mina zərərsizləşdirilib” – FOTOLAR

• 20.09.2022, 9:56

Blinkendən Əliyevə gecə zəngi – ABŞ Ermənistanı intihara sürükləyir

• 20.09.2022, 9:02

“Əsrin müqaviləsi”nin imzalanmasından 28 il ötür

• 20.09.2022, 8:48

Azərbaycanın üç stolüstü tennisçisi erməni rəqiblərinə qalib gəlib

• 20.09.2022, 8:41

Ceyhun Bayramov üçtərəfli görüşdə Azərbaycanın mövqeyini AÇIQLADI

• 20.09.2022, 8:39

Blinken, Bayramov və Mirzoyan arasında görüş keçirilib

• 20.09.2022, 8:38

“İlham Əliyev və Paşinyan sülhə hazır olduqlarını bildirdilər” – Blinken

• 20.09.2022, 8:37

Rusiyadan yolların açılması üçün Ermənistana 5 milyardlıq TƏKLİF

• 16.09.2022, 9:28

KTMT Paşinyana “yox ”dedi – sərhəddə təxribatların davam etməsinin səbəbi nə?

• 16.09.2022, 9:25

“Qarabağ”ın qrupdakı ilk qələbəsindən şəkillər

• 16.09.2022, 9:24

“Qarabağ” Prezidentə təşəkkür etdi – Şəkil

• 16.09.2022, 9:23

“Bu qələbə Qarabağ adına, Azərbaycan adına yaraşır” – Qara Qarayev

• 16.09.2022, 9:22

“Avroliqada pley-off mərhələsinə yüksəlmək istəyirik” – Qurban Qurbanov

• 16.09.2022, 9:21

Bərdədə erməni raketi ilə dağıdılmış ev “indi vurulmuş hayk evi” nə döndü…-FOTOLAR

• 15.09.2022, 17:10

Ordumuzun azad etdiyi strateji əhəmiyyətli yüksəkliklər – ADLAR

• 15.09.2022, 14:16

Azərbaycan icması Ermənistanın sərhəd təxribatı ilə bağlı Fransa hökumətinə müraciət ünvanlayıb

• 15.09.2022, 14:09

Ermənistan hökümətinin iclası təxirə salındı

• 15.09.2022, 14:05

Ordumuzun erməni təxribatına cavabının yeni görüntüləri – VİDEO

• 15.09.2022, 14:04

Daha 21 şəhidimizin adı açıqlandı – YENİ SİYAHI

• 15.09.2022, 13:15

Azərbaycan qalib tərəfdir və sülhün tərəfindədir – MÜSAHİBƏ

• 15.09.2022, 13:14

Ötən gün ermənilərə dəstək verən ukraynalı müğənninin Bakıdakı konserti LƏĞV EDİLDİ

• 15.09.2022, 13:11

Bakı mantaşovların, şaumyanların şəhərinə necə dönmüşdü? – 15 sentyabr qurtuluşu…

• 15.09.2022, 13:10

Ermənistan parlamentində dava düşdü – VİDEO

• 15.09.2022, 13:07

KTMT ölkələrindən Ermənistana RƏDD CAVABI

sorğu

İşğal olunmuş torpaqlarımızın azad olunacağına inanırsız?

ən çox oxunanlar

Yanvar 2016
BE ÇA Ç CA C Ş B
 123
45678910
11121314151617
18192021222324
25262728293031