“Qarabağ” daha bir futbolçu ilə yollarını ayırdı
Antalyadakı qış hazırlığından geri dönən “Qarabağ”da islahatlar davam edir.
Publika.az xəbər verir ki, qış fasiləsinin başa çatmasına az qalmış komandada daha bir dəyişiklik edilib.
2015-ci ilin yayından “Qarabağ”ın uğurları üçün çalışan Elvin Məmmədovla qarşılıqlı razılaşma əsasında yollar ayrılıb.
Qeyd edək ki, “Qarabağ” Məmmədova qədər Raydell Pupon, Vladimir Dimitrovski və Çumbinyo ilə yollarını ayırmışdı.