“Ermənistanda ictimai-siyasi durum acınacaqlıdır” – Human Right Watch
Hafta.az-ın verdiyi xəbərə görə, "Human Right Watch" təşkilatı 2015-ci il üzrə işğalçı Ermənistandakı ictimai-siyasi durumla bağlı hesabatını açıqlayıb. Hesabatda bildirilir ki, Ermənistanda toplaşma azadlığı ilə bağlı ciddi problemlər var.
Həmçinin qeyd olunur ki, hakimiyyət dinc aksiyalara sərt müdaxilələrdən belə çəkinmir:
“Digər narahatlıqlar isə media azadlığı ilə bağlıdır. Azad jurnalistlər hakim dairələr və güc strukturları tərəfindən sıxışdırılır. Onlarla çox pis rəftar edilir. Saxlanma kameraları və həbsxanalar həddən artıq yoxsul və baxımsız şəraitdədir. Paytaxt İrəvanda "lezbiyan" və "gey"lərə qarşı aşırı nifrət hissi hökm sürür”.
Hesabatı hazırlayanlar faktlara əsaslanaraq bildirirlər ki, ötən il ümumilikdə dinc aksiyalarda 200-dən çox insan həbs edilib:
“2015-ci ilin iyun hadisələrində hakimiyyət dinc aksiyaçılara qarşı zor tətbiq etdi. Həmin hadisələr zamanı azı 25 nəfər polis hücumundan yaralandı. Polis saxlanılan 200 nəfərə 17 faiz əlavə tariflə işıq pulunu ödətdirib, buraxırdı. Bu yolverilməzdir. Hökuməti tənqid etdiyinə görə, Smbat Hakobyan ölümcül döyülüb. Hakimiyyət öz postunu qorumaq üçün qanunsuz konstitusiya islahatı keçirib. 24 aprel günü polis icazəli mitinq keçirmək istəyənləri həbs etdi. Onlara hələ də məhkəmə qərarı oxunmasa da, həbsdə saxlanılırlar”.