İrəvanda silahlı insident baş verib, yaralananlar var
İrəvanda silahlı insident baş verib.
APA-nın “news.am” saytına istinadən verdiyi xəbərə görə, hadisə nəticəsində iki nəfər yaralanıb.
Yaralanan şəxslər xəstəxanaya yerləşdirilib. Hadisənin təfərrüatları hələlik məlum deyil.
Polis hücum edən şəxsin kimliyinin müəyyən edilməsi istiqamətində işlər aparır.